1. İş görmək, bir işlə məşğul olmaq, çalışmaq, əməyini tətbiq etmək. Tarlada işləmək. Əkində işləmək. Evdə işləmək. Axşamlar işləmək.
// Bir yerdə xidmət etmək. Məktəbdə işləmək. Zavodda işləmək.
// dan. Bir vəzifə daşımaq, bir peşədə çalışmaq,
…vəzifəsini yerinə yetirmək. Mexanik işləmək. Mühasib işləmək. İdarədə katib işləyir.
2. Çalışaraq yaratmaq, hazırlamaq, mükəmməlləşdirmək, yaxud tədqiq etmək, yaradıcı əməklə məşğul olmaq (çox vaxt “üzərində” sözü ilə). Öz rolu üzərində işləmək. Dissertasiya üzərində işləmək. Yazıçı yeni əsər üzərində işləyir.
□ Öz üzərində işləmək – öz biliyini, səviyyəsini, təcrübəsini artırmaq üçün daim məşğul olmaq, çalışmaq.
// Bir şeyi islah etmək üçün üzərində düşünmək. Əsərin üzərində çox işləmək lazımdır.
3. Müntəzəm surətdə öyrətməklə, yetişdirməklə, tərbiyələndirməklə məşğul olmaq. Kadrlarla işləmək. Uşaqlarla işləməyi bacarmaq lazımdır.
4. Hər hansı alət, cihaz, maşın və s. vasitəsilə iş görmək. Maşınla işləmək. İynə ilə işləmək. Çəkiclə işləmək.
5. Bədən üzvlərinin fəaliyyəti haqqında. Ürəyi işləmək. Nəbzi zəif işləyir. Mədəsi yaxşı işləmir.
6. Hərəkətdə olmaq, dayanmadan iş görmək (maşın və s. haqqında). Maşın işləyir. Telefon işləyir. Saat düz işləyir.
// Müəyyən istiqamət üzrə müntəzəm gedib-gəlmək. Bu küçədən avtobus işləyir.
// Saat haqqında. Saat 2-yə işləyir.
7. Hər hansı bir material və s. vasitəsilə hərəkət etmək, hərəkətdə olmaq. Parovoz daş kömürlə işləyir. Motor benzinlə işləyir.
8. Açıq olmaq, fəaliyyətdə olmaq, xidmət göstərmək. Poçt bütün günü işləyir. Kitabxana həftənin bütün günlərində işləyir. Teatr bu gün işləmir.
9. Prosesi davam etmək, uzanmaq (xəstəlik, yara və s. haqqında). Əlinin yarası işləyir.
10. Həkk etmək, qazımaq, yaxud naxış vurmaq, bəzək vurmaq. Qabın üstünü işləmək. Köynəyin yaxasını işləmək.
11. Bir şeyin içərisinə keçmək, dərinləşmək. Güllə bədəninə xeyli işləyib.
// Təsir etmək, keçmək, girmək, yerimək (çox vaxt “iliyinə” sözü ilə). Soyuq adamın iliklərinə işləyir.
// Girmək, nüfuz etmək. Su torpağın dərinliklərinə işləmişdi.
12. məc. Təsiri olmaq, hökmü çatmaq, nüfuzu çatmaq.
13. Açılmaq, atılmaq.
14. məc. Təsvir etmək, izah etmək, göstərmək. Yazıçı əsərdəki surətləri diqqətlə işləmişdir.
15. Etmək, yol vermək, görmək.
16. İşlək olmaq, gediş-gəlişli olmaq.
17. Bir sıra isimlərlə yanaşı, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ağzı işləmək, başı işləmək, fikri işləmək.