KID

kid1

n 1. uşaq; How are your wife and kids? Arvadın və uşaqların / Arvadınız və uşaqlarınız necədir?; 2. oğlaq; çəpiş; 3. layka (yumşaq dəri növü)

kid2

adj amer. balaca, kiçik; his ~ sister / brother onun balaca bacısı / qardaşı

kid3

v I aldatmaq, kələk / hiylə gəlmək, sataşmaq; to ~ smb. bir kəsi aldatmaq; He kidded his mother that he was ill O, anasını aldatdı ki, o, xəstədir

KICK
KIDNAP
OBASTAN VİKİ
Kid A
Kid A — İngiltərə rok qrupu Radiohead-in sayca dördüncü musiqi albomu. 2000-ci ildə işıq üzü görən albom qrupun musiqi baxımından bir çox dəyişiklik etdiyi albom hesab olunur. Qrup "Kid A" ilə əvvəlki albomlarındakı brit rok üslubundan eksperimental roka keçid edir.
Kid Krow
Kid Krow — ABŞ müğənnisi Konan Qreyin debüt studiya albomu. 20 mart 2020-ci ildə Republic Records tərəfindən buraxılıb.
Good Kid, M.A.A.D City
Good Kid, M.A.A.D City (orijinal adı: good kid, m.A.A.d city.) — ABŞ repçisi Kendrik Lamarın ikinci studiya albomu. 22 oktyabr 2012-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.
Billi Kid
Billy the Kid (azərb. Uşaq Billi‎) — XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Tomas Kid
Tomas Kid (1558, London – 1594, London) — ingilis dramaturgiyasının ilk görkəmli nümayəndələrindən biri. Tomas Kid 3 noyabr 1558-ci il anadan olmuş, 13 avqust 1594-cü il vəfat etmişdir.Öz zamanında yaxşı tanınmış, "İspan faciəsi"nin ilk redaktoru olmuşdur.Həyatı haqqında tam məlumat əldə olunmamışdır. Onun 1587-ci ildə yaranmış "İspan faciəsi" əsəri 1600-cü ilə qədər London səhnələrindən düşməmişdir. Bu "qisas faciəsidir", "Hamletin sələfidir". Hətta, deyilənə görə, T.Kid bizim dövrümüzə qədər gəlib çatmayan "Hamlet" adlı əsər də yazmışdır. Bu əsərdə qisasın rəmzi fiquru verilmişdir. O, əsərin finalında səhnəyə çıxır və elan edir ki, onun arzuları kədər və qanla yerinə yetirildi. Sonuncu pərdənin son səhnəsində isə bütün iştirakçılar qətlə yetirilir. "İspan faciəsi"ndə ölümlərin sayı "Hamlet"dən xeyli çoxdur. Vilyam Şekspirlə müqayisədə bu əsərin süjeti də həddindən artıq mürəkkəbdir.
Billy the kid
Billy the Kid (azərb. Uşaq Billi‎) — XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Entoni Kidis
Entoni Kiedis (1 noyabr 1962, Qrand-Rapids[d], Miçiqan) — amerikalı musiqiçi, musiqi yazıçısı və reperdir. Müğənni 1983-cü ildə yaradılmasında iştirak etdiyi Red Hot Chili Peppers qrupunun hal-hazırda da solistidir. Kiedis və digər qrup üzvləri 2012-ci ildə Rock and Roll Hall of Fame'ə daxil ediliblər. Uşaqlığını Miçiqanda, anası ilə ilə keçirən Kiedis 12 yaşına qısa müddət qalmış Hollivuda, atası ilə yaşamağa köçmüşdü. Fairfax məktəbində təhsil aldığı vaxtlarda Kiedis sonradan birlikdə qrup yaradacağı Flea və Hillel Slovakla da tanış olmuşdu. Məktəbdən sonra UCLAdə təhsil almağa başlayan müğənni 2-ci ilində universiteti atmışdı.
Finn Kidland
Finn Kidland (ing. Finn Erling Kydland) (1 dekabr 1943, Algard[d], Ruqalann[d]) — norveçli iqtisadçı. 2004-cü ildə Edvard Preskottla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hal-hazırda Kaliforniya Universitetində işləyir. == Həyatı == Finn Kidland 1968-ci ildə Norveç İqtisadiyyat məktəbindən məzun olmuş və 1973-cü ildə Karnegi Mellon Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra Norveç İqtisadiyyat məktəbində köməkçi dosent olaraq işləməyə başlamışdı. 1978-ci ildən isə Karnegi Mellon Universitetində dosent olaraq işləməyə başladı. Finn Kidland həmin müddətdən etibarən ABŞ-də yaşayır. Finn Kidland 1968-ci ildə Liv Kjellevoldla evlənmişdi. Cütlüyün dörd övladı oldu: oğulları Con Martin və Erik Tomas; qızları Kamilla və Keri.
Imagine Kids
Imagine Entertainment (əvvəllər Imagine Films Entertainment, həmçinin Imagine) — ABŞ kino şirkəti. Şirkət 1986-cı ildə Brayan Qreyzer və Ron Hovard tərəfindən birgə "Su pərisi" (1984) filminin uğurundan sonra əsası qoyulmuşdur. Şirkət digərləri ilə yanaşı, blokbaster filmləri olan "Apollo 13" (1995), "Ağıl oyunları" (2001) və "Da Vinçi şifrəsi" (2005) filmlərini istehsal etmişdir. "Imagine" şirkətinin "Imagine Features", "Imagine Television Studios", "Imagine Documentaries" və "Imagine Kids+Family" kimi törəmə şirkətləri var. Onun həmçinin, "Jax Media", "Jigsaw Productions" və "Marginal Mediaworks kimi törəmə şirkətləri var.
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. == Coğrafiyası == Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. == Tarixi == İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Kidan dili
Xitay dili, Kitay dili və ya Kidan dili — Monqol dillərindən olan Xitayların danışdığı dil idi.Xitay dili, Liao sülaləsi və Qaraxitaylar dövlətinin rəsmi dili olmuşdur.
Kidanlar
Xitaylar(çin. 契丹, Pinyin=Qìdān; fars. ختن‎, Khitan), Kitanlar və ya Kidanlar,IV əsrdə yaşayan və mənşələri Monqolustan və Mançuriyadan olan köçəri Monqol xalqı.Onlar Liao sülaləsini və Qaraxitaylar dövlətini təsis ediblər. == Kidanlar dövləti == V-VI əsrlərdə indiki Monqolustan,Mancuriya və Uzaq Şərq arası ərazilərdə bəzi Türk,Monqol və Tunqus mənşəli tayfaların ittifaqı yarandı.İttifaq əsasında 698-ci ildə Mancuriyada ilk dövlət qurumu olan Bohay dövləti təşəkkül tapdı.Tədqiqatçılara görə bu qurum əsasən tunqus mənşəli Mohe tayfasının dövləti idi. Lakin onu qədim türk tayfalarının qurumu Sayanlar da vardır.924-cü ildəQaraxitaylar( əslində bu tayfanın adı Kitaydır.Çinin şimal əyalətlərindədə yaşadıqlarına görə əraziləri Kitay adlanırdı) Bohay dövlətini zəbt etdi.Sonrakı illərdə Kidanlara qarşı yerli tayfaların üsyanları oldu,və Kidanlar geri çəkilmək məcburiyyətində qaldılar.Bu vaxt Uzaq Şərqdə Çin mənbələrində Çurçen adlandırılan bir tayfa da yaşayırdı. Bu tayfa Sunqari,Ussuri və Amur çaylarının hövzələrində və Çanbaşyan dağlarında yaşayırdılar.Mənbələrə görə onlar 72 tayfadan ibarət idilər. X əsrin əvvələrində feodal Ambaqan Qarakidan tayfalarını birləşdirərək,qüvvətli tayfa ittifaqı yaratdı.927-947-ci illərdə Kidanlar Çinin şimalını işğal etdilər.Pekin şəhəri onların paytaxtı oldu.985-ci ildə Kidanlar Çurçenlərin yaşadığı ərazilərə qarət məqsədi ilə növbəti hərbi səfər təşkil etdilər.993-cü ildə bir mənbəyə görə 880 minlik Kidan ordusu Çurçenlərin şəhər və kəndləri dağıtdı. Çurçen tayfa ittifaqının başçısı Şilu Kidanlara qarşı mübarizəyə başladı.Onun oğlu Uqun-Ay (1021-1074-ci illər) qüvvətli dövlət yaratdı.Sonra onun yerinə keçən 19 yaşlı oğlu Xelibo (1074-1092-ci illər) və varisi Polaşu (1092-1094-cü illər) vaxtında Çurçenlərin qüdrətli dövləti ortaya çıxdı.Çin mənbələrində bu dövlət "Qızıl imperiya" adlanır.Onlar 1114-cü ildə Kidanları qovub Şimali Çindən çıxardılar.Kidanlar Yeloydaşı xanın başçılığı ilə Qaraxanilər dövlətinə hücuma keçdilər,Yeddi-Su əyaləti və Cənubi Qazaxıstanı işğal etdi.Mənbələrə görə onların miqdarı 40 min çadır,yəni 200 min nəfər idi.1137-ci ildə Yeloydaşı xan Səmərqənd,Buxara və Xarəzmi işğal etdi. 1141-ci ildə Kidanlar Mavəraünnəhrə daxil oldular.Bu dəfə Səlcuq sultanı Səncər Qaraxanilərin tərəfini saxladı.Qaraxanilərin Səmərqənd hakimi Mahmud xan və Sultan Səncərin birləşmiş qoşunları Katvan çölündə Kidanların ordusu ilə üz-üzə gəldilər.Vuruşma Səncərin məğlubiyyəti ilə bitdi və ordusundan 30 min nəfər döyüşçü öldürüldü. Səncər və Mahmud Tərməzə qaçdılar.Səncərin düşərgəsi və arvadı Türkan Xatun Qaraxitayların əlinə keçdi.
Kidar imperiyası
Kidar imperiyası - 300-cü illərdə yaradılmış və 500-cü illərədək hakimiyyət sürən Hun dövlətidir. == Tarixi == 330-cü ildə Şi Lenin Xan Çao dövlətini dağıtması ilə birlikdə hunlar qərbə köçərək Əfqanıstan torpaqlarına qədər gəldilər. Hunların Ki qəbiləsi tərəfindən Kidarlar Uar tayfası üzvləri idilər. Kidara hökmdarı Qrumbat haqda Roma tarixçisi Marselli Ammian "Grumbates Chionitarum rex novus " adı ilə bəhs edir. Bu "Hunların yeni hökmdarı Qrumbat" deməkdir. Kidaraların Hun dövləti olmasına başqa bir sübut da yunanların onlara "Ounnoi Kidaritai" (Kidar Hunları) adı verməsidir. Qrumbat II Şapurun müasiri olmuş, onunla müharibələr aparmışdır. II Kidara isə Kuşan İmperiyasını darmadağın edərək öz torpaqlarına birləşdirmişdi. Tarixləri haqda çox məlumat qalmasa da hökmdarların adları numizmatik dəlillərlə mövcuddur. Kidarlar həm də Qırmızı Hunlar kimi də tanınır.
Kidas
Kidas və ya Kidus — samur (lat. Martes zibellina) və meşə dələsinin (lat. Martes martes) qarışığı olan bir hibrid. Təbiətdə müşahidə edilirlər. == Təsviri == Kidasların ölçüləri valideynlərin ölçülərindən biraz böyükdür. Kürkün görünüşü və keyfiyyəti, bəzi hallarda daha çox bir samura bənzəyir, digər xüsusiyyətlərinə görə isə meşə dələsini xatırladır. Daha uzun bir quyruğu və boğaz nahiyyəsində sarı ləkələrə sahib olurlar. Bir həyat tərzində görə sanki samurdur. İstər samur istərsə meşə dələsi ilə çütləşsələrdə balaları olmur.
Kidekşa
Kidekşa (rus. Кидекша) — Rusiya Federasiyasının Vladimir vilayətinin Suzdalsky rayonundakı bir kənd (selo), Suzdaldan 4 km (2.5 mil) şərqdə, Kamenka və Nerl çaylarının birləşməsində yerləşir. == Tarixi == "Kidekşa" sözü, böyük ehtimal ki, Fin-uqor mənşəli sözdür. Söz sonluğunu təşkil edən "-kşa" ifadəsi (ünsürü) naməlum fin-uqor mənşəli "su", "çay" mənalı söz kimi qəbul olunmuşdur. Bu regionda bir sıra "-kşa", "-ksa" sonluqları ilə qurtaran kiçik çayların mövcud olması ilə təsdiq edilir. Bəzi alimlər "ki" komponentinin mövcudluğunu "daş" mənası verən meryan sözü hesab edir. Beləliklə, Kideşa sözü indiki Kamenka "daşlı çay" sözünü ifadə edə bilər. Bununla yanaşı, soraq kitabçalarında (bələdçi) rus sözləri olan "atmaq", "tullamaq" kimi izah olunan başqa izahlara da rast gəlmək olur. Bu onunla izah edilir ki, Yuri Dolqorukiy qala tikməyi nəzərdə tutduğu bu yeri tullamışdır.. Başqa müəlliflər bunu (bu versiyanı) xalq etimologiyasına aid edirlər.
Kidispey Çoodu
Kidispey Daqbaeviç Çoodu (rus. Кидиспей Дагбаевич Чооду; 5 may 1908, Tes-Xem rayonu[d] – 17 dekabr 1946, Kızıl, Tuva Muxtar Vilayəti[d]) — aviasiya öncüsü, uçuş təlimatçısı və ilk Tuva pilotu idi. == Tərcümeyi-hal == Çoodu, 5 May 1918-ci ildə, hazırda Rusiya Federasiyasının Tuva Respublikasında yerləşən Tes-Xemskidə maldar ailəsində anadan olub. 1928-1930-cu illərdə Qızıl Orduda xidmət etdikdən sonra katib işləyir. Tuva Xalq Respublikası regional aviasiyanın inkişafına kömək istəməsindən sonra, Moskva, Orenburq Hərbi Aviasiya Pilotlar Məktəbinə hərbi təcrübəsi və rus dilini bilən iki Tuvalını qəbul etdi - Kidispey Çoodu və Lapşin Oyun. Məktəbə gəldikdən sonra diqqətləri cəlb etməmək üçün təlimlərdə istifadə etmələri üçün rus adları verildi və baş leytenant rütbəsi ilə təhsili başa vurduqdan sonra Tuvaya qayıtdılar. Qızılda bir hava limanı tikmək və SSRİ-dən təyyarə almaq qərarından sonra Çoodu, 6 iyul 1938-ci ildə SSRİ-də Abakandan Tuvaya yeni təyyarədən birini gətirdi və bölgədəki çətin naviqasiya şərtlərinə və aviasiya infrastrukturunun olmamasına baxmayaraq tayqaya təhlükəsiz enməyi bacardı. Tuvaya ilk dəfə bir təyyarə enmişdi və bu tarixi enişin baş veridiyi ərazi respublika rəhbərlərinin ziyarət etdikləri yer oldu, bəziləri təyyarələrə mindi. Daha sonra Çoodu, Qızıl Aeroport hava limanının inkişafına qatıldı, hava limanını idarə etmək və mexaniki, texniki işçilər və dispetçerlər də daxil olmaqla xidmət göstərmək üçün əlavə olaraq bir pist inşa etmək üçün kifayət qədər ideal bir yer axtarırdı. SSRİ daha sonra Tuvanın əsas yaşayış məntəqələrində radio stansiyaları quraşdıraraq hava limanının inşasına kömək etmək üçün daha çox avadanlıq təmin etməyə razı oldu.
Kids on the Slope
Kids on the Slope (yap. 坂道のアポロン Sakamichi no Aporon, azərb. Apollon yamacda‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Serial noitaminA bloku çərçivəsində Fuji Tv-də nümayiş olunmuşdu. == Məzmun == Hadisə 1966-ci ildə baş verir. Baş qəhrəman Kaoru Nişima paytaxt prefektura Kanaqavaya aid olan Yokosuka şəhərindən Naqasaki prefekturasında yerləşən Sasebo şəhərinə köçür. Kaoru həm daha isti iqlimə, həm də yeni məktəbdə onu gözlədiyi mühitə öyrəşməlidir. Yerli qeyri-formal Sentaro Kavabuçi ilə ünsiyyət qurduğdan sonra hər ikisinin musiqiyə marağı olduğu məlum olundu. Beləliklə, o, zərb alətlərində çalan Sentaro və ailəsinin studiya kimi istifadə oluna biləcək böyük zirzəmili musiqi alətləri dükanı olan sinifkomu Ritsuka ilə tanış olur. Bundan öncə yalnız klassik üslubda ifa edən Kaoru caza da marağının peyda olunduğunu görür.
Kidz TV
Kidz TV — Oflaz Medya Qrupu tərəfindən 3 fevral 2012-ci ildə yaradılan cizgi film və animasiya kanalıdır.
Nat Geo Kids Abu Dhabi
«Nat Geo Kids Abu Dhabi» — «Milli Coğrafiya Cəmiyyəti» və «Abu Dhabi Media Company» şirkətlərinin sahibləndiyi və uşaqlar üçün yayımlanan BƏƏ telekanalı. Telekanal 20 noyabr 2017-ci ildən Nilesat peyki vasitəsilə sərbəst şəkildə yayımlanır. Kanalın verilişləri həmçinin elm, coğrafiya və təbiət elmlərinə aid olan sənədli filmləri də əhatə edir. Doki DIY Science Animal Atlas Are we There Yet? Born to Explore Bear Nomad Super Genius Snapshots Cesar to the Rescue Majid Block Earth Tripping Vitaminix Weird but True!
Nikol Kidman
Nikol Meri Kidman (ing. Nicole Mary Kidman; 20 iyun 1967[…], Honolulu, Havay, ABŞ) — avstraliyalı kino aktrisası. Avstraliya və ABŞ vətəndaşıdır. O, 2003-cü ildə "Saatlar" (ing. The Hours) filmindəki ən yaxşı qadın roluna görə "Oskar" mükafatı qazanmışdır. 20 iyun 1967-ci ildə Havay Honolulu da doğulmuşdur, lakin uşaqlığının böyük qismi Avstraliyada keçmişdir. Atası Antoni Kidman biokimyaçı, psixoloq, yazar; anası Janel Kidman isə tibb bacısı, pedaqoq eyni zamanda yoldaşının kitablarına redaktorluq etməkdədir. Buşun milad bayramı (1983) / Bush Christmas Xəyali dünya (1985) / Wills & Burke Yəhərlənmiş külək (1986) / Windrider Kiçik hissə (1987) / The Bit Part Zümrüd şəhər (1988) / Emerald City Ölü sakitlik (1989) / Dead Calm İldırım günləri (1990) / Days of Thunder Eşqbazlıq (1991) / Flirting Billi Batqeyt (1991) / Billy Bathgate Uzaqdan uzaq (1992) / Far and Away Mənim həyatım (1993) / My Life Əbədi Betmen (1995) / Batman Forever Lider (1996) / The Leading Man Sülh yaradan (1997) / The Peacemaker Praktiki magiya (film, 1998) / Practical Magic Geniş bağlanmış gözlərlə (film, 1999) / Eyes Wide Shut Mulen Ruj! (film, 2001) / Moulin Rouge! Başqaları (film, 2001) / The Others Saatlar (film, 2002) / The Hours Doqvill (film, 2003) / Dogville Soyuq dağ (film, 2003) / Cold Mountain Stepford qadınları (2004) / The Stepford Wives Doğuluş (2004) / Birth Tərcüməçi (2005) / The Interpreter Xəz (2006) / Fur İstila (2007) / The Invasion Avstraliya (2008) / Australia Doqquz (2009) / Nine Dovşan yuvası (2010) / Rabbit Hole Yalanı nə gizlədir?
Stray Kids
Stray Kids (azərb. Küçə Uşaqları‎)— və ya qısaca SKZ kimi tanınan, JYP Entertainment tərəfindən eyni adlı 2017 realiti şou vasitəsi ilə qurulan Cənubi Koreyalı oğlan qrupudur. Qrup hazırda səkkiz üzvdən ibarətdir: Bang Chan, Lee Minho, Seo Çangbin, Hwang Hyun-jin, Han Jisung, Lee Felix, Seungmin ve I.N .Əvvəlcə doqquz nəfərdən ibarət olan qrupun üzvü olan (Woojin) Vucin, 2019-cu ilin oktyabr ayında şəxsi səbəblər üzündən Stray Kids-dən ayrıldı. 2017-ci ilin avqust ayında JYP Entertainment agentliyi yeni bir kişi idolunun ilk layihəsini həyata keçirmək üçün reallıqda qalma şousunu rəsmi olaraq elan etdi. Önümüzdəki iki ayda şounun adı "Stray Kids" də daxil olmaqla daha çox məlumat və teaser yayımlandı.17 Oktyabrda premyerasından əvvəl JYPE, Stray Kids-in "Hellevator" adlı bir mahnısına ilk musiqi videosunu yayımladı, daha sonra rəqəmsal bir sinql olaraq yayımlandı. Lee Know və Felix adlı iki üzv qrupdan çıxarıldı, lakin doqquz üzvün hamısı son sıraya çıxdı.Lee Know və Felix daha sonra qrupa geri qayıtdı. Stray Kids-in rəsmi saytının istifadəyə verilməsi ilə yanaşı, JYPE qrupun debut öncəsi Mixtape adlı genişləndirilmiş oyununun (EP) buraxılışını elan etdi. Üzvlərin birgə yazdığı və ortaq bəstələdiyi "Hellevator" və şou zamanı ifa etdikləri digər mahnıları da daxil olmaqla yeddi parçadan ibarətdir. EP, ""Beware"" adlı ikinci trekinin performans videosu ilə birlikdə 8 yanvar 2018-ci ildə, bir həftə sonra isə "Spread My Wings"-in performans videosu onlayn yükləndi. Bu Gaon-un Album Chart və Billboar-ın Dünya Albomlari siyahısında 2-ci sıraya çıxdı.
Stray Kids-in qazandığı mükafatların və namizədliklərin siyahısı
Aşağıda 2018-ci ildə JYP Entertainmnet tərəfindən qurulan Cənubi Koreya-lı oğlan qrupu Stray Kids-in qazandığı mükafatların və namizədliklərin siyahısı verilmişdir. Qrup hazırda səkkiz üzvdən ibarətdir: Bang Chan, Lee Know, Changbin, Hyunjin, Han, Felix, Seungmin ve I.N.Əvvəlcə doqquz nəfərdən ibarət olan qrupun üzvü olan Woojin, 2019-cu ilin oktyabr ayında şəxsi səbəblər üzündən Stray Kids-dən ayrıldı. Qrup eyni adlı 2017 realiti şou olan Stray Kids vasitəsi ilə qurulub. Qrup, 2018-ci ilin yanvarında genişləndirilmiş Mixtape albumu nümayiş etdirdi və 25 Martda rəsmi olaraq I Am Not ilə çıxdı.Dörd EP qrupa 2018-ci ildə və 2019-cu ilin əvvəllərində 2018 Mnet Asiya Musiqi Mükafatlarında Ən Yaxşı Yeni Kişi Sənətçisi, 33-cü Qızıl Disk Mükafatlarında Ən Yaxşı Yeni Sənətçi, 28-ci Seul Musiqi Mükafatlarında Rookie of the Year və 2018 Asia Artist Awards də daxil olmaqla altı yeni sənətçi mükafatı qazandırdı. I Am Who ayrıca, Disk Bonsang üçün Stray Kids-ə 33-cü Golden Disk Awards-da ilk bonsang namizədliyini verdi. Ayrıca, baş sinqlı "My Pace", 2018 Mnet Asya Musiqi Mükafatlarında Global Fan's Choice namizədliyini aldı. 2019-da qrup iki EP daha yayımladı: Clé 1: Martda Miroh və dekabrda Clé: Levanter, İyunda Clé 2: Yellow Wood. Stray Kids ayrıca İlin Artisti adına iki nominasiya aldı: biri Mnet Asian Music Awards-da, digəri Genie Music Awards-da və hər ikisi də 2018-ci ildə. 2019 Asia Artist mükafatlarında Stray Kids Star15 Populyarlıq Mükafatını qazandı.Qrupun ilk populyarlığı təqdir edildi.
Stray Kids diskoqrafiyası
Cənubi Koreyada fəaliyyət göstərən Stray Kids oğlan qrupu iki studiya albomu, üç tərtib albomu, bir yenidən nəşr, doqquz genişləndirilmiş oyun, bir sinql albomu və iyirmi üç sinql çıxardı.
Kidoniya (Mars)
Kidoniya (lat. Cydonia) — Marsda həm elmi , həm də populyar marağa səbəb olan ərazi . Əraziyə Albedo xüsusiyyətinə əsasən Kidoniya adı verildi. Ərazi Asidaliya düzənlikləri və Ərəbistan relyef yüksək dağları ilə həmsərhəddir . Bu bölgədə yastı üstü masa dağlarına bənzər yerlər, kiçik təpələr, həmçinin qabarıq yerlər və bir-birinə kəsişən dərələr var. Onların hamısı bu bölgədə yerləşir və adları Cydonia Mensae, Cydonia Colles və Cydonia Labyrinthus adlanır . Marsın digər albedo xüsusiyyətləri kimi, Kidoniya adı da qədim Yunanıstandan götürülüb. Ad, Krit adasında yerləşən tarixi polis (şəhər dövləti), Kidoniya şəhərinin adından götürülüb (q.yun. Κυδωνία) . İnsan üzünə bənzəyən Marsdakı üz relyefi, Kidoniyada, Arandas və Bamberq kraterləri arasında yerləşir .
Kidz Bop
Kidz Bop — xüsusi olaraq uşaqlar üçün musiqi buraxan Amerikanın məşhur musiqi markası. Onlar populyar mahnıların uşaqlar üçün uyğun kover versiyalarını hazırlayırlar.
Kapitan Kidd (mahnı)
Captain Kidd"Kapitan Kidd haqqında ballada" (azərb. The Ballad of Captain Kidd‎) və ya sadəcə olaraq " Kapitan Kidd" () — 23 may 1701-ci ildə Londonda piratlığa görə edam edilən kapitan Vilyam Kidd haqqında İngiltərə xalq mahnısı. Bu, Roud Xalq Mahnısı İndeksində 1900 nömrəli kimi qeyd edilmişdir. Mahnı 1701-ci ildə İngiltərədə çap olunmuş və "demək olar ki, dərhal" koloniyalara yayılmışdır. == Seçilmiş səsyazmalar == "Captain Kidd". Aleks Kampbell. 1964-cü il. "Captain Kidd". Eddi Trinkett və Hovi Mitçell. 1964-cü il.
Vilyam Kidd
Vilyam Kidd (ing. William Kidd; 1645, Dandi, Şotlandiya – 23 may 1701[…]), kapitan Vilyam Kidd və ya sadəcə kapitan Kidd kimi də tanınır — Şotlandiya kaperi. Onun erkən həyatı ilə bağlı ziddiyyətli hesablar var, lakin onun Dandidə anadan lolduğu güman edilir. Kidd sonradan Nyu-Yorkda məskunlaşmışdır. Kidd 1690-cı ilə qədər Şimali Amerikada və Vest-Hinddə İngiltərənin maraqlarını qorumaq üçün təyin edilmiş yüksək müvəffəqiyyətli kaper olmuşdur. Kidd 1695-ci ildə Hind okeanında dəniz quldurlarını və düşmən fransız gəmilərini ovlamaq üçün Nyu-York, Massaçusets körfəzi və Nyu-Hempşirin qubernatoru Riçard Kutdan kral tapşırığı almışdır. Səyahətində bir çox hədəf tapa bilməmiş, ekipajının çox hissəsini itirmiş və qiyam təhlükəsi ilə üzləşmişdir. İngiltərədəki siyasi mühit ona qarşı çevrilmiş və Kidd pirat kimi qınanmışdır. Kidd Bostona qayıtdıqdan sonra Bellomont onun həbsi üçün hazırlıqlar aparmış və onu Londonda məhkəmə qarşısına çıxarmağa göndərmişdir. Kidd günahkar bilinərək 1701-ci ildə asılmışdır.
ABC Kids (Avstraliya)
ABC Kids — Avstraliyanın uşaq telekanalı. Səhər saat 5-dən axşam 19:30-a qədər açıq olur. Kanalda 6 yaşdan kiçik uşaqlar, eləcə də məktəbəqədər yaş qrupunda olan uşaqlar üçün uyğun proqramlar nümayiş etdirilir.

Digər lüğətlərdə