Kimyəvi silah
Kimyəvi silah — zəhərləyici təsirə malik tseriksonik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır. Axırıncı dəfə kütəvi olaraq kimyəvi silahdan Birinci dünya müharibəsində istifadə olunub.
== Kimyəvi silahın növləri ==
Kimyəvi silahı aşağıdakı xüsusiyyətlərinə görə təsnif olunur:
İnsan orqanizminə təsir xarakterinə görə;
Taktiki təyinatına görə;
Təsir tezliyinə görə;
Dayanıqlığına görə;
Tətbiq vasitələrinə görə.Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür:
Öldürücü (sinir-paralitik, dəri- deşici, ümumi zəhərləyici, boğucu təsirli);
Ziyanverici (Psixotrop maddələr və İrritantlar).Təsir sürətinə görə kimyəvi silahlar:
Tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və bəzi psixotrop maddələr);
Gec(dəri- deşici, boğucu təsirli və bir neçə növ psixotrop maddə) təsir edən maddələr ayrılır.Təsir müddətinə görə kimyəvi silahlar:
Uçucu ya dayanıqsız (təsiri dəqiqələrlə hesablanır);
Dayanıqlı maddələr (təsiri bir neçə saatdan bir neçə həftəyə qədər).Elə kimyəvi tərkiblər var ki, onların istifadəsi canlı qüvvəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində ABŞ ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan dioksin "Agent Orange" istifadə etmişdilər.
== İnsanlara təsiri ==
İnsan orqanizminə təsirinə görə aşağıdakı 6 növ zəhərləyici maddə var.
Mərkəzi sinir sisteminə təsir edərək sinir-paralitik şok yaradan maddələr: zarin, zoman, tabun, V-qazlar
Dəri-deşici təsirli zəhərli maddələr: iprit, lyuzit. Bu tip maddələr əsasən dəriyə təsir edir, amma onları aerozol ya buxar şəklində istifadə edəndə tənəffüs orqanlarını da zədələyir.
Ümumi zəhərləyici maddələr: sinil turşusu, xlorsian. Bu tip maddələr orqanizmə düşəndə qandakı oksigenin hüceyrələrə verilişinin qarşısını alır.