KÓRPUS

[ lat. ]
1. Ümumi sahədə yerləşən binalardan hər biri, yaxud böyük binanın ayrıca hissəsi. Binanın baş korpusu. Xəstəxananın ikinci korpusu.
– Onlar yaşayan korpus cəmisi səkkiz palatası olan ikimərtəbəli bir bina idi. M.İbrahimov.
Bir az kənarda qırmızı kirəmit damlı geniş ağ korpuslar görünürdü. M.Rzaquluzadə.

2. Bir neçə diviziya və ya briqadadan ibarət iri qoşun birləşməsi. Tank korpusu.
3. Bir hökumət yanındakı xarici dövlətlərin nümayəndələri.
Bu ziyafətdə Təbrizdə olan bütün diplomatik korpus iştirak edəcəkdir. M.S.Ordubadi.

4. İnqilabdan əvvəlki Rusiyada: orta hərbi məktəb adlarının tərkibində işlənilir.
Vladimir Dubrovski kadet korpusunda tərbiyə almış və məktəbdən kornet rütbəsində qvardiyaya göndərilmişdi. Puşkindən.

5. mətb. On punktluq mətbəə şrifti (hürufatı).
KORPORÁSİYA
KORRÉKTOR
OBASTAN VİKİ
Korpus
Korpus (hidrovasitə) — gövdə, bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissə. Korpus (hərbi) — 3-4 diviziyadan ibarət olan hərbi vahid.
Korpus-Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
Korpus (hidrovasitə)
Gəmi korpusu, hidrovasitə korpusu, gəmi gövdəsi, hidrovasitə gövdəsi — bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissədir. Korpusun strukturu gəminin növünə görə dəyişikliklər göstərə bilir. Gəminin gövdəsi gəminin təyinatına görə gəminin üzmə qabiliyyətini, batmazlığını, möhkəmliyini, silahların və şəxsi heyətin, o cümlədən də mexanizmlərin yerləşdirilməsini təmin edir. Korpus sükan, lövbər, yanalma, yedəkləmə və qaldırıcı qurğularla təchiz edilir. Gəminin gövdəsinin içərisində əsas və köməkçi mexanizmlər, döyüş sursatları üçün nəzərdə tutulan anbarlar, yaşayış və xidməti otaqlar, yanacaq, yağ, su, zəncir qutuları, daşınan avadanlıqlar və yük üçün nəzərdə tutulan otaqlar, eləcə də çoxlu gəmi üçün nəzərdə tutulmuş cihazlar mövcuddur. Korpusun yuxarı göyərtəsi üst tikililər, konstruksiyalar və xidmət mexanizmləri üçün fundament funksiyası yerinə yetirir; onun üzərində dirəklər və borular yerləşdirilir. Gəminin gövdəsi əsas ölçüləri (uzunluğu, eni, çəkməsi), xarici konturların forması, komplektin struktur-güc sxemi, istehsalında istifadə olunan konstruksiya materialları (polad və (və ya) yüngül ərintilər, plastiklər, kompozit materiallar və ağac məhsulları) ilə xarakterizə olunur. Gəminin gövdəsinin forması onun gücünə, dənizə yararlılığına və manevr qabiliyyətinə ciddi formada təsir göstərir.
Korpus (hərbi)
Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant və Vitse-admiral tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.
Korpus Kristi
Korpus Kristi (ing. Corpus Christi) - Texas ştatının cənub hissəsində yerləşən Amerika Birləşmiş Ştatlarının şəhəri.
IX korpus (film, 2012)
IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film "Səlnamə" kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Ruskaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan və qəhrəmanlığından bəhs edilir. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
Cənub Federal Universitetinin əsas korpus binası
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.
Kimyəvi Korpus
Kimyəvi Korpus (ing. Chemical Corps) və ya əvvəlki adı ilə Kimyəvi Müharibə Xidməti (Chemical Warfare Service) — Amerika Birləşmiş Ştatları ordusunun kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə vəzifəsi daşıyan qolu. Kimyəvi Müharibə Xidməti 28 iyun 1918-ci ildə təsis edilmişdir və o vaxta qədər ABŞ federal hökumətinin beş ayrı qurumu arasında səpələnmiş fəaliyyətləri birləşdirmişdi. 1920-ci il Milli Müdafiə Aktı ilə Daimi Ordunun daimi qoluna çevrilmişdir. 1945-ci ildə Kimya Korpusu adlandırılmışdır.
Korpus dilçiliyi
Korpus dilçiliyi — mətn korpusunun inkişafı, yaradılması və istifadəsi ilə məşğul olan dilçiliyin bir sahəsidir. Termin 1960-cı illərdə korpusların yaradılması təcrübəsinin aparılması ilə meydana çıxmışdır və 1980-ci illərdə kompüter texnologiyasının inkişafı ilə əlaqədar istifadəyə başlanmışdır. Mətnlərin linqvistik və ya dil korpusu xüsusi linqvistik problemləri həll etmək üçün nəzərdə tutulmuş böyük, maşınla oxuna bilən, vahid, strukturlaşdırılmış, etiketlənmiş, filoloji cəhətdən səlahiyyətli dil məlumatlarının məcmusudur. Müasir korpusun əsas xüsusiyyətləri maşınla oxuna bilən format, reprezentativlik və metalinqvistik məlumatın mövcudluğudur. Reprezentativlik xüsusi mətn seçimi prosedurundan istifadə etməklə əldə edilir. Linqvistik korpus müəyyən prinsiplərə uyğun toplanmış, müəyyən standarta uyğun olaraq işarələnmiş və ixtisaslaşmış axtarış sistemi ilə təmin edilmiş mətnlər toplusudur. Bəzən korpus ("birinci dərəcəli korpus") sadəcə olaraq hansısa ümumi xüsusiyyət (dil, janr, müəllif, mətnlərin yaranma dövrü) ilə birləşdirilən hər hansı mətnlər toplusu adlanır. Mətn korpusunun yaradılmasının mümkünlüyü aşağıdakılarla izah olunur: linqvistik məlumatların real kontekstdə təqdim edilməsi; kifayət qədər böyük məlumatların təqdim olunması (böyük həcmli korpusda); müxtəlif linqvistik problemlərin həlli üçün bir dəfə yaradılmış korpusdan təkrar istifadənin mümkünlüyü, məsələn, qrafematik və leksiko-qrammatik mətn təhlilinin həyata keçirilməsi və s. İlk böyük kompüter korpusu 1960-cı illərdə Braun Universitetində yaradılmış və hər biri 2 min sözdən ibarət 500 mətn fraqmentindən ibarət olan və 1961-ci ildə ABŞ-də ingilis dilində istifadəyə verilən Braun korpusu (BK ing. Brown Corpus, BC) hesab olunur.
5-ci mexanikləşdirilmiş korpus
5-ci mexanikləşdirilmiş korpus — 8 sentyabr 1942-ci ildə 22-ci tank korpusunun əsasında formlaşmışdır. 12 sentyabr 1944-cü ildə Ali Baş Komandanlığının № 0306 sərəncamına əsasən 5-ci mexanikləşdirilmiş korpus 9-cu 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir.
Cənub Federal Universitetinin əsas korpusu
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.
I Qafqaz korpusu
Osmanlı ordusunun I Qafqaz korpusu (türkcə: I Kafkas Kolordusu ya da I Kafkas Kolordusu), Osmanlı ordusunun ordu korpuslarından biri. I Dünya Müharibəsi dövründə yaradılmışdır. 1916 dekabr, avqust 1917, yanvar 1918-ci illərdə korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, 36-cı Qafqaz diviziyası 1918-ci ilin iyun ayında korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, XV diviziya General-leytenant Yusif İzzət paşa — 1916–1917-ci illər. Kazım Qarabəkir paşa — 1917 dekabr 27-dən, 1918 dekabrın 25-nə qədər. Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir. Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir. 1916-cı ilin sentyabrında yaradılan ordu korpusu, 1918-ci ilin oktyabr ayının 21-də Mudros barışığına görə ləğv edilmişdir. Ordu korpusu ləğv edilsə də şəxsi heyəti Kazım Qarabəkir paşanın rəhbərliyi altında Türkiyə İstiqlaliyyət müharibəsinin sonuna qədər döyüşmüşdür.
Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusu
379 zabit, 19 gəmi, 14 təyyarə
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar maddəsi.
Rostov Dənizçilik Uçilişinin əsas korpusu
Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1914-cü ildə inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir. 1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır.
Rostov Universitetinin inzibati korpusu
Rostov Universitetinin inzibati korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1897-ci ildə inşa edilmişdir. Bina ilk dəfə Nikolayevski xəstəxananın binalarından biri olmuşdur. 1915-ci ildə Varşava Tibb Universiteti evakuasiyası zamanı bu binada yerləşdirilmişdir. Hazırda isə Rostov Tibb Universitetinin inzibati binası kimi istifadə edilir. Rostov Universitetinin inzibati korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov Universitetinin inzibati korpus binasının layihə müəllifi N. M Sokolova məxsusdur. İki mərtəbədən ibarət olan bina dəmir dam örtüyünə sahibdir. Fasadı suvanmamışdır. Binanın əsas fasadı Naxçıvan xiyabanına baxır.
Sülh Korpusu
Sülh Korpusu — ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək 200.000 Sülh Korpusu könüllüsü dünyanın 139 ölkəsində xidmət etmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirirlər. Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız Könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur.
Sülh Korpusu Azərbaycanda

Təyyarə korpusu
Təyyarə korpusu və ya fuzelyaj (/ f ju z əl ɑː ʒ /;dan fransızca fuselé “mil şəklində”) təyyarənin əsas hissəsidir. Ekipaj, sərnişinlər və yüklər də daxil olmaqla karqolar ümumiyyətlə burada saxlanılır. Tək mühərrikli təyyarələrdə ümumiyyətlə bir mühərrik olur, lakin bəzi amfibiya təyyarələrdə tək mühərrik üzən korpus kimi istifadə edilən təyyarə korpusuna bağlanmış bir dirəyə quraşdırılır. Fuzelyaj ayrıca idarəetmə və sabitləşdirmə səthlərini təyyarələrin sabitliyi və manevr qabiliyyəti üçün lazım olan qaldırıcı səthlərlə xüsusi münasibətlərdə yerləşdirməyə xidmət edir.
Varşava Universitetinin əsas korpusu (Rostov-na-Donu)
Varşava Universitetinin əsas korpusu (Rostov-na-Donu) - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 33 ünvanında yerləşən bina. Bina 1912-1914-cü illərdə İ. E. Çerkesianın layihəsi əsasında inşa edilmişdir. Bina Bolşoy Sadovnaya küçəsinin və Ostrovnaya xiyabanının küncündə yerləşir. Hal-hazırda Cənub Federal Universitetinin korpuslarından biridir. Rostov Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Modern stilində inşa edilmişdir. XX əsrin əvvəllərindı Poçtovı xiyabanı və Bolşoy Sadovnaya küçələri ərazisində 1-ci dərəcəli gildiya taciri N. İ. Çurilinə məxsus fabrik korpusu mövcud olmuşdur. 1912-ci ildə şəhər duması burada yeni gəlirli bina tikməyi qırara alır. Şəhər duması müsabiqə elan edir və bu yarışmada Sankt-Peterburq Dövlət Arxitektir-Tikinti Universitetinin tələbəsi İ. E. Çerkesianın layihəsi qalib gəlir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq kiyevli mühəndis İ. Q. Torov və rostovlu arxirektor Qriqori Nikolayeviç Vasilevin layihələri tutur.
İkinci Qafqaz korpusu
II Qafqaz korpusu, Osmanlı imperiyası tərəfindən I Dünya Müharibəsi dövründə qurulmuş olan bir ordu korpusu idi. 1916 dekabr, 1917 avqust, 1918 yanvarda ordu korpusu aşağıdakl formada təşkil edilmişdi: İkinci Qafqaz korpusu Qafqaz tüməni, XI Qafqaz tüməni, 37-ci Qafqaz tüməni General-leytenant Yaqub Şevki Subaşı — (7 sentyabr 1916-cı ildən 1917-ci il iyul ayına qədər) General-leytenant Fevzi Çaxmaq — (avqust 1917-ci ildən 1918-ci il iyun ayına qədər) Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir. Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir. Osmanlı ordusunun Fələstin və İraq cəbhəsində məğlub olmasından sonra bu ordu korpusu ləğv edilmişdir. Lakin şəxsi heyətinin mütləq əksəriyyəti müxtəlif ordu birləşmələrinin tərkibində Türkiyə İstiqlaliyyət müharibəsində də iştirak etmişdir.
İran İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri
İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri (farsca: نیروی دریایی سپاه پاسداران انقلاب اسلامی) qısaltması NEDSA (farsca: ندسا) – İran İslam Respublikasını dənizdən gələ biləcək bütün növ hücumlardan qorumalı olan ehtiyat qüvvədir. Komandiri Kommador (hərbi dəniz qüvvələrinin ali hərbi rütbəsi) Əli Fədəvidir. Bu qoşun növü 1979-cu ildə yaradılmışdır. 20.000 aktiv hərbçiyə malikdir. İran İnqilab keşikçiləri Ordusunun nəzarət altında olan 3-cü böyük qüvvədir. Nizami İran Hərbi Dəniz Qüvvələrindən əlahiddə fəaliyyət göstərir.
İran İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri
İran İnqilab keşikçiləri Ordusunun Aerokosmik Qüvvələri – İran İslam Respublikasını havadan edilə biləcək bütün hücumlardan müdafiə etmək vəzifəsini yerinə yetirən ehtiyat qüvvədir. Komandanı Briqadir Həsən Əbubasardır. Bu qoşun növü 1979-cu ildə yaradılıb. İran İnqilab keşikçiləri Ordusunun nəzarəti altında olan ikinci böyük qüvvədir. Nizami İran Hərbi Hava Qüvvələrindən ayrıdır. İnqilab keşikçiləri Ordusunun hava qoşunları daha çox Strateji raket qoşunu kimi tanınır. İran HDQ və İran HHQ kimi İİKK-nın aerokosmik qüvvələri də Silahlı Qüvvələrin ayrıca bir növüdür. Gələcəkdə İran İslam Respublikasının Hava qoşunları ilə bərabərləşdiriləcəyi ehtimal olunur. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələri bu təşkilatın aviasiya, raket və kosmik komponentlərindən ibarətdir. Onların vəzifələri düşmənin quru, hava və dəniz qüvvələrinə, hərbi və iqtisadi infrastruktur obyektlərinə raket zərbələri endirməkdən ibarətdir.
İran İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları
İran İnqilab keşikçiləri Ordusunun Quru Qoşunları (farscaنیروی زمینی سپاه پاسداران انقلاب اسلامی) qısaltması NEZSA (farsca :نزسا) – İranı qurudan gözlənilən hər bir hücumdan qorumalı olan ehtiyat qüvvədir. Rəhbəri Briqadir Məhəmməd Pakpurdur. Bu qoşun növü 1979-cu ildə yaradılıb. 70.000 şəxsi heyətə sahibdir. İran İnqilab keşikçiləri Ordusunun nəzarəti altında olan ən böyük qüvvə hesab olunur. Nizami İran Silahlı Qüvvələrinin Quru Qoşunlarından ayrıdır.
İran İnqilabı Keşikçiləri Korpusunun Raket Qüvvələri
İran İnqilab Keşikçiləri Ordusunun Raket Qüvvələri – İranın hava məkanının təhlükəsizliyi və İranın hava məkanına edilə biləcək hər hansı bir hücumdan ölkəni qorumağa məsuliyyət daşıyan ehtiyat qüvvə hesab olunur. Komandiri Briqadir Fariq Ənsaridir. Bu qoşun növü 1983-cü ildə yaradılmışdır. Təxminən 10.000 nəfərlik aktiv hərbçiyə malikdir. İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarəti altında olan ən kiçik hərbi qüvvədir. Nizami İran Hava Hücumundan Müdafiə Qüvvələrindən əlahiddə fəaliyyət göstərir. Daha çox İran İslam Respublikasının raket və kosmik qüvvələri kimi tanınır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri
İran İnqilab keşikçiləri Ordusunun Aerokosmik Qüvvələri – İran İslam Respublikasını havadan edilə biləcək bütün hücumlardan müdafiə etmək vəzifəsini yerinə yetirən ehtiyat qüvvədir. Komandanı Briqadir Həsən Əbubasardır. Bu qoşun növü 1979-cu ildə yaradılıb. İran İnqilab keşikçiləri Ordusunun nəzarəti altında olan ikinci böyük qüvvədir. Nizami İran Hərbi Hava Qüvvələrindən ayrıdır. İnqilab keşikçiləri Ordusunun hava qoşunları daha çox Strateji raket qoşunu kimi tanınır. İran HDQ və İran HHQ kimi İİKK-nın aerokosmik qüvvələri də Silahlı Qüvvələrin ayrıca bir növüdür. Gələcəkdə İran İslam Respublikasının Hava qoşunları ilə bərabərləşdiriləcəyi ehtimal olunur. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələri bu təşkilatın aviasiya, raket və kosmik komponentlərindən ibarətdir. Onların vəzifələri düşmənin quru, hava və dəniz qüvvələrinə, hərbi və iqtisadi infrastruktur obyektlərinə raket zərbələri endirməkdən ibarətdir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri
İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri (farsca: نیروی دریایی سپاه پاسداران انقلاب اسلامی) qısaltması NEDSA (farsca: ندسا) – İran İslam Respublikasını dənizdən gələ biləcək bütün növ hücumlardan qorumalı olan ehtiyat qüvvədir. Komandiri Kommador (hərbi dəniz qüvvələrinin ali hərbi rütbəsi) Əli Fədəvidir. Bu qoşun növü 1979-cu ildə yaradılmışdır. 20.000 aktiv hərbçiyə malikdir. İran İnqilab keşikçiləri Ordusunun nəzarət altında olan 3-cü böyük qüvvədir. Nizami İran Hərbi Dəniz Qüvvələrindən əlahiddə fəaliyyət göstərir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri
İran İnqilab keşikçiləri Ordusunun Aerokosmik Qüvvələri – İran İslam Respublikasını havadan edilə biləcək bütün hücumlardan müdafiə etmək vəzifəsini yerinə yetirən ehtiyat qüvvədir. Komandanı Briqadir Həsən Əbubasardır. Bu qoşun növü 1979-cu ildə yaradılıb. İran İnqilab keşikçiləri Ordusunun nəzarəti altında olan ikinci böyük qüvvədir. Nizami İran Hərbi Hava Qüvvələrindən ayrıdır. İnqilab keşikçiləri Ordusunun hava qoşunları daha çox Strateji raket qoşunu kimi tanınır. İran HDQ və İran HHQ kimi İİKK-nın aerokosmik qüvvələri də Silahlı Qüvvələrin ayrıca bir növüdür. Gələcəkdə İran İslam Respublikasının Hava qoşunları ilə bərabərləşdiriləcəyi ehtimal olunur. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələri bu təşkilatın aviasiya, raket və kosmik komponentlərindən ibarətdir. Onların vəzifələri düşmənin quru, hava və dəniz qüvvələrinə, hərbi və iqtisadi infrastruktur obyektlərinə raket zərbələri endirməkdən ibarətdir.

Digər lüğətlərdə