MƏĞZUBÜNƏLEYH
MƏHA
OBASTAN VİKİ
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
Dəlisov məhəbbət (film, 1992)
Deewana (Devnagari: दीवाना, mənası: Dəlisov məhəbbət) 1992-ci ildə istehsal olunan Bollivud filmidir. Filmin rejissoru Rac Kanvardır. Filmə Quddu Danoa və Lalit Kapur prodüserlik etmişdir. Baş rollarda Rişi Kapur, Şahrux Xan və mərhum aktrisa Divya Bharti yer almışdır. Bu film həmçinin Şahrux Xanın ilk rol aldığı filmdir. Şahrux Xan bu filmə görə "Ən yaxşı debüt" mükafatını almışdır. == Rollarda == == Resepsiyon == Deewana 1992-ci ilin ən yüksək gəlir gətirən ikinci filmi oldu. Film Hindistanda kassalardan 140 milyon məbləğində gəlir gətirmişdir və Box Office Hindistan tərəfindən 'Hit' elan olundu. == Musiqi == Musiqilərin müəllifi Nadim-Şirəvan cütlüyüdür. Onlar bu filmlə üçüncü dəfə olaraq Filmfare mükafatına layiq görülüblər.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. == Həyatı == Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Elmar Məhərrəmov
Elmar Məhərrəmov (şahmatçı) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Elmar Məhərrəmov (tarixçi) — tarix üzrə fəlsəfə doktoru.
Elmar Məhərrəmov (tarixçi)
Elmar Əli oğlu Məhərrəmov (d.9 iyul 1949, Sisian rayonu, Ermənistan SSR, SSRİ) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir. == Həyatı == Elmar Əli oğlu Məhərrəmov 1949-cu ildə iyul ayının 9-da keçmiş Ermənistan SSR-in Sisian rayonunda anadan olub. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır. 1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda işləyir. 2002-ci il dekabrın 25-dən İnformasiya mərkəzinin rəhbəri idi. 2004–2014-cü illərdə Tarix üzrə Problem Şurasının elmi katibi olub. Hazırda yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir. 2001-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan tarixinə dair bir sıra elmi məqalə, tezislər və dərs vəsaitinin, o cümlədən, ""Kommunist" qəzetinin yaranması və inkişafı (1920–1928-ci illər)" (rus dilində), ""Kommunist" qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpası məsələləri" (1920–1928-ci illər)" (rus dilində), "Xalq qəzeti: yaranması və inkişafı tarixindən" (A. E. Məhərrəmli ilə müştərək), "Azərbaycan tarixinin bir əsrlik salnaməsi" adlı monoqrafiyaların, "Azərbaycan Respublikasının Dövlət rəmzləri" (akademik İ. H. Əliyevlə müştərək) kitabçasının, abituriyentlər üçün 3 yardımçı vəsaitin (t.e.n. R. S. Məlikovla müştərək), orta məktəblərin 9-cu sinfi üçün "Yeni tarix" dərsliyinin I hissəsinin müştərək müəllifidir, 60-dan artıq elmi məqaləsi və kitabları işıq üzü görüb.
Elmar Məhərrəmov (şahmatçı)
Elmar Məhərrəmov (doğ. 10 aprel 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qrosmeyster (1992). Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrosmeysteri. Şahmat üzrə sonuncu SSRİ çempionatında (Moskva, 1991) Artaşes Minasyanla 1-2-ci yerləri bölüşdürmüş, lakin əlavə göstəricilərə görə ikinci olmuşdur. 1984-cü ildə Karpovla şahmat üzrə dünya birinciliyi uğrunda matçda Harri Kasparovun sekundantlarından biri olub. Qadınlar arasında 1991-ci il dünya çempionatında Maya Çiburdanidzeyə, 1993-cü il dünya çempionatında isə Nana İoselianiyə köməklik edib. 1992-ci ildə Sankt-Peterburq komandasının heyətində şahmat üzrə komandalararası Rusiya çempionu olub. Son illər BƏƏ-də məşqçi işləyir. Evlidir, iki oğlu var. Macarıstanlı beynəlxalq usta Tibor Karoyinin "Arxa plandakı dahi" (ing.
Elmira Məhəmmədova
Elmira Məhəmmədova (11 fevral 1972, Mahaçqala) — 1995–1996-cı illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Elmira Məhəmmədova 1995-ci ildə Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı və turnirin nəticələrinə əsasən 14 idmançı sırasında çempionatını 8-ci pillədə başa vurdu. 1996-cı ildə isə Elmira Məhəmmədova Norveçin Oslo şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə Norveç nümayəndəsi İne Barli üzərində qələbə qazanaraq Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Elmira Məhəmmədova həm də Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 24 yaşında idmanla vidalaşan Elmira Məhəmmədova hal-hazırda Rusiyada məşqçi olaraq çalışır. Onun yetirməsi Zamirə Rəhmanova 2011-ci il Dünya Çempionatının qalibi olub.
Elməddin Məhərrəmov
Elnur Məhərrəmov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elçin Məhərrəmov
== Siyahı ==
Elçin Məhərrəmov (şəhid)
Erməni məhəlləsi
Erməni məhəlləsi (ərəb. حارة الأرمن‎; ivr. ‏הַרֹבַע הַאַרְמֶנִי‎‏‎) — Yerusəlimdə (Qüds) olan köhnə şəhərin dörd məhəlləsindən biri. == Tarixi == === Zəmin === Tarixçilərə görə, ermənilər IV əsrdə xristianlığı qəbul etdikdən sonra Yerusəlim şəhərinə gəlmiş və orada erməni məhəlləsi qurmuşdur. Erməni məhəlləsi şəhər ilə birlikdə müxtəlif dövrlərdə Bizans, Xilafət, Osmanlı, Britaniya və başqa imperiyaların hakimiyyəti altında qalmışdır. Buna baxmayaraq, 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi nəticəsində şəhər 2 hissəyə bölünmüşdür. Erməni məhəlləsinin də yerləşdiyi Şərqi Yerusəlim nəticədə İordaniyanın nəzarətinə keçmişdir. 1967-ci ildə baş tutmuş Altı günlük müharibə nəticəsində İsrail qüvvələri Şərqi Yerusəlimi ələ keçirmişdir. Ermənilərin böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etsə də, ərəb ökələrinə səyahət şanslarını itirməmək üçün hələ də İordaniya pasportlarını saxlamaqla erməni məhəlləsində yaşayırlar. === İndiki dövrdə === Erməni məhəlləsi ağlama divarına gedən əsas yollardan biri üzərində yerləşir.
Ermənistan Konstitusiya Məhkəməsi
Ermənistan Konstitusiya Məhkəməsi (erm. Հայաստանի Հանրապետության սահմանադրական դատարան) — Ermənistanda konstitusiyaya nəzarət üçün ən yüksək hüquqi qurum. 1995-ci ildə yaradılmışdır. İcraedici, qanunverici və digər məhkəmə orqanlarından asılı olmayan bir məhkəmə orqanıdır. Qanunların və digər qanunvericilik aktlarının konstitusiyaya uyğunluğuna nəzarətdən məsuldur. Ermənistan Konstitusiya Məhkəməsinin qanunu həm Ermənistan Konstitusiyasında, həm də Ermənistan qanunveriliciyində müəyyən edilmişdir. == Tarixi == 1988-ci ilin dekabrında Sovet İttifaqı Konstitusiyasına edilən dəyişiklik əsasında Konstitusiyaya Nəzarət Komitəsi yaradılmışdır. SSRİ qanunvericiliyi ittifaqın hər bir respublikasında bir Konstitusiyaya Nəzarət Komitəsi yaratmağı nəzərdə tuturdu, lakin bu baş tutmamışdır. Konstitusiya Məhkəməsi haqqında qanun 20 noyabr 1995-ci ildə Ermənistan Milli Məclisi tərəfindən qəbul edilmiş və 6 dekabr 1995-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən imzalanmışdır. 5 və 6 fevral 1996-cı ildə Konstitusiya Məhkəməsinin üzvləri təyin olunmuşdur.
Eyvaz Məhəmmədhəsənov
Eyvaz Məhəmmədhəsənov (Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov) — Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin regionlar üzrə müavini, Qazaxıstan Xalqları Assambleyasının üzvü. == Həyatı == Eyvaz Məhəmmədhəsənov 1958-ci ildə martın 2-də Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana Jol (Yeni-Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb. Atası Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadı olub. Ailəsi 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məhəmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1999-cu ildə Qazaxıstanda dünyasını dəyişib. Tolebi rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. Eyvaz Məhəmmədhəsənov 1976-cı ildə hərbi xidmətini Ukraynanın Kiyev şəhərində başa vurduqdan sonra Almatı şəhərinə qayıdıb.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Firudin Məhərrəmov
Firudin Məhərrəmov (tam adı: Məhərrəmov Firudin Əliməmməd oğlu; 10 may 1959, Lerik rayonu) — teatr rejissoru, ssenarist, Azərbaycanın xalq artisti (2018). == Həyatı == Firudin Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur. 1966-cı ildə Sumqayıt 8 illik məktəbdə təhsil almağa başlayəb. 1970-ci ildə Sumqayıt şəhərində xalq teatrı dərnəyində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Macarıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra iki il kimya şirkətində çalışmışdır. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq fakültəsinə qəbul olunmuş eyni zamanda professor Xalq artisti Azərpaşa Neymətdən dərs almışdır. 1987-ci ildə oranı ümidverici bir rejissor kimi bitirmişdir. Tələbəlik illərində "Bir məhəbbətin tarixçəsi" (Rey Bredberi), "Kamança"(Cəlil Məmmədquluzadə), "Şirə bənzər"(R. İbrahimbəyov) və "Elektra" (Sofokl) kimi əsərlərə Tədris teatrında quruluş verən F. Məhərəmovun rejissor traktovkaları sənətşünaslar tərəfindən layiqincə qiymətləndirilmişdir. 1986-cı ildə tələbə kimi quruluş verdiyi M. F. Axundzadənin "Misyo Jordan və Dərviş Məstəlişah" tamaşası Azərbaycan televiziyasında lentə alınaraq nümayiş olunmuşdur.
Fərid Məhəmmədşin
Fərid Xeyrulla oğlu Məhəmmədşin (tatar. Фәрит Хәйрулла улы Мөхәммәтшин; d. 22 may 1947) — rus dövlət və siyasi xadimi. Tatarıstan Respublikası Dövlət Şurasının sədri (27 may 1998-ci ildən). Siyasət elmləri doktoru (2001). == Həyatı == Fərid Xeyrulla oğlu Məhəmmədşin 22 may 1947-ci ildə Tatarıstanın Əlmət şəhərində anadan olub. Əmək fəaliyyətinə 1963-cü ildə Əlmətdə benzin istehsal edən zavodda trestində avtonəqliyyat bürosunun sürücüsü kimi başlayıb. 1966—1968-ci illərdə Sovet ordusunda xidmət edib. 1968—1970 illərdə — "Almetyevneft" neft mədənləri idarəsində çilingər işləyib. 1972-ci ildə — Əlmət qaz sənayesi texnikumunu bitirib.
Fərid Məhərrəmov
Fəzl bin Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. == Ailəsi == 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Fəzl İbn Məhəmməd
Gil Məhlulu (1935)
Gil məhlulu (film, 1935)
Giriş/çıxış məhdudlaşdırması
Giriş/çıxış məhdudlaşdırması (en. input/output-bound (I/O-bound) ~ ru. ограничение по вводу-выводу ~ tr. giriş/çıkış sınırlı) – saxlanma qurğusunda (diskdə) uzunmüddətli oxuma və yazma əməliyyatları səbəbindən kompüterin mikroprosessorunun işinin ləngiməsi halı. Maşın o zaman giriş-çıxış məhdudlaşdırmasında olur ki, yerinə yetirilən iş tez-tez yazılmış informasiyaya müraciət olunmasını tələb edir, ancaq verilənlərin ötürülməsi kanalı və ya saxlama qurğusu mikroprosessorun işləmə sürəti ilə müqayisədə çox yavaşdır. Məsələn, mikroprosessor diskdə yazılmış böyük verilənlər bazasında tez dəyişiklik edə bilir, ancaq, əgər oxuma-yazma sürəti nisbətən yavaşdırsa, kompüter giriş-çıxış məhdudlaşdırılmasında olur. Əgər yalnız giriş və ya yalnız çıxış informasiyasının mikroprosessora çatdırılmasını məhdudlaşdırırsa, onda kompüter, sadəcə, giriş və ya çıxış məhdudlaşdırmasında olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gəncə məhəllələri
Qədim Gəncə şəhərinin 1727 ci ildə 14 məhəlləsi olub: Gəncə şəhri, Gəncə çayı ilə ikiyə ayrılmıştır, şəhrin dağlık yerində və dağlara doğru kəndlərdə Ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə Türklər yaşıyırdılar. Gəncənin Türk məhəllələri arasında Noreşen ismində bir Erməni məhəlləsi vardı Gəncənin Erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı və Hacıməlihli.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.

Digər lüğətlərdə