MƏRKƏZ

is. [ ər. ]
1. fiz. riyaz. Fiqurda hər hansı oxların, xətlərin kəsişdiyi nöqtə, bir cisimdə hər hansı nisbətlərin toplaşdığı nöqtə. Təzyiq mərkəzi. Dairənin mərkəzi. Simmetriya mərkəzi. Ellipsin mərkəzi.
2. Hər hansı bir şeyin ortası, orta hissəsi. İzdihamın mərkəzi.
// Şəhərin, adətən ortasında olan və inzibati binaların, əsas ticarət və bank idarələrinin və s. yerləşdiyi hissəsi. Şəhərin mərkəzi.
// Mərkəzi.
Qəzənfər … şəhərin mərkəz küçəsinə yaxınlaşdı. S.Vəliyev.

3. Hər hansı bir işin, rəhbərliyin, idarənin mərkəzləşdiyi yer. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi.
Hətta onun anasının dilindən mərkəzə bir ərz-hal da yazmışdı. S.Hüseyn.
[Səriyyə] əvvəlcə [Nuriyyəni] mərkəzdən gəlmiş təhkimçi hesab etdi. İ.Əfəndiyev.

4. Hər hansı bir yer, ölkə və s. üçün inzibati, sənaye, mədəni və b. cəhətdən əhəmiyyəti olan şəhər, böyük yaşayış məntəqəsi. İnzibati mərkəz. Ticarət mərkəzi.
– Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn.
Rayon mərkəzindən çıxıb sola burulanda pöhrəliyin ortası ilə dolayı yol uzanır. Ə.Vəliyev.

5. Hər hansı bir işi idarə edən ali rəhbərlik orqanı (orqanları). Mərkəzin göstərişi. Mərkəzdən alınan direktivlər.
6. Müəyyən işlə məşğul olan bəzi idarə və ya şöbə adlarının tərkibində işlədilir. Televiziya mərkəzi. Elmi informasiya mərkəzi. Sinoptika mərkəzi.
7. fiziol. Orqanizmin bu və ya başqa vəzifəsini tənzim edən sinir hüceyrələri qrupu. Hərəkət mərkəzi. Tənəffüs mərkəzi.
8. Parlamentlərdə: (sağlarla sollar arasında) aralıq partiyalar və qrupların adı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏRKƏZ 1. MƏRKƏZ, ORTA 2. mərkəz bax paytaxt

Antonimlər (əks mənalı sözlər)

  • MƏRKƏZ MƏRKƏZ – UCQAR Məni o yerin mərkəzi və şənbə bazarı olan Qəssan qəsəbəsinə sürdülər (M.Talıbov); Azərbaycanın ən ucqar rayonlarından biri də Xocavəndd
MƏRİZLİK
MƏRKƏZÇİ
OBASTAN VİKİ
Aerodinamik mərkəz
Maye içində hərəkət edən və ya səthlərindən maye hərəkətinə məruz qalan bir aerofoilin aerodinamik mərkəzi, hücum bucağı dəyişsə də, sabit qalan burun ucu nöqtəsidir. Simmetrik profillər üçün, hücum kənarından dörddə bir məsafədir. Bu nöqtə dörddə bir veter nöqtəsi adlanır. Sınaq xarakterli məlumatlar asimmetrik profillər üçün istifadə olunur və ya təxmini dəyərlər alınır.
Mərkəz
Mərkəz (şahmat) — Şahmat termini. Mərkəz (qəzet) — Azərbaycanda qəzet.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Mərkəz, Çekmeköy
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. == Haqqında == Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Mərkəz (qəzet)
Mərkəz — qəzet. == Haqqında == Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. == Redaksiya heyəti == Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva == Əlaqə == e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Mərkəz Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. == Həyatı == Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. == Mükafatları == Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Qalaktik Mərkəz
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür. Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir. == Kəşfi == Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır. İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı.
Gizli Mərkəz
Gizli Mərkəz (farsca:مرکز غیبی) — 1906-cı ilin oktyabrında Təbrizdə yaradılmış inqilabi təşkilat. Mərkəzi Təbriz şəhərində yerləşən və əsasən İran azərbaycanlılarının cəmləşdiyi bu təşkilat İran məşrutə inqilabında mühüm rol oynamışdır. Gizli Mərkəz Sosial Demokrat Partiyası ilə yaxın əlaqələrə malik idi. == Fəaliyyəti == Sosial Demokrat Partiyası və ya digər adı ilə İctimaiyyun-Amiyyun Təbrizdə gizli əlaqələrə malik idilər. Onların Bakıdan olan 3 üzvü - Məşədi İsmayıl, məşədi Məhəmmədəli xan və Hacı xan - 1906-cı ilin oktyabrında yerli tacirlərin yardımı ilə təşkilatın ilk qolunun əsasını qoyurlar. Bu əsası qoyulan qrupa əsasən Gizli Mərkəz deyə müraciət edilirmiş. Tiflisdəki hümmətçilərlə yaxın əlaqələrə malik olan Azərbaycanlı radikal tacir olan Əli Müsyo bu qrupun rəhbəri kimi fəaliyyət göstərirdi. Yaradılmasından demək olar ki, dərhal sonra Gizli Mərkəz özünün silahlı mücahid dəstələrini formalaşdırmağa başladı. Bu mərkəzin yayın orqanı olan Mücahid Təbrizdə 1907-ci ilin sentyabrından yayımlanmağa başladı. Bu qəzet növbəti aylardan Rəştdə də yayımlandı və tədricən Gizli Mərkəz sayəsində İctimaiyyun-Amiyyunun təsiri bütün şimal vilayətlərinə yayıldı.
Edinburq mərkəz məscidi
Edinburq mərkəz məscidi (ing. Edinburgh Central Mosque) — Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşən məscid. Məscid şəhərin mərkəzi hissəsində, Edinburq Universitetinin yaxınlığında yerləşir. Tikilini və ərazisinə daxil olan İslam Mərkəzinin memarı Vasil Əl-Bəyatidir. Altı il davam edən tikinti işləri 1998-ci ildə yekunlaşmış və toplamda 3.5 milyon funt sterlinqə başa gəlmişdir. Edinburq mərkəzi məscidi ənənəvi İslam memarlığı formasında inşa olunsa da, məsciddə şotland memarlığının ornamentlərindən də istifadə olunmuşdur. İbadət evinin daxilində daha çox adamın dua edə bilməsi üçün az sayda əşyadan istifadə edilmişdir. Qadınlar üçün xüsusi ibadətxana mövcuddur.
Elmi Mərkəz (1975)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxtəlif institutlarının elmi fəaliyyətinə həsr olunmuşdur.
Mərkəz (Azərbaycan qəzeti)
Mərkəz — qəzet. == Haqqında == Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. == Redaksiya heyəti == Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva == Əlaqə == e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (qəzet, Azərbaycan)
Mərkəz — qəzet. == Haqqında == Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. == Redaksiya heyəti == Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva == Əlaqə == e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz - Luara vadisi
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Mərkəz Federal Dairəsi
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri. == İqtisadiyyatı == Rusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur.
Mərkəz bölgəsi (Malavi)
Mərkəz bölgəsi — Afrika ölkəsi olan Malavinin üç bölgəsindən biri.. == Coğrafya == Mərkəz bölgəsinin sahahəsinə görə ölkənin bölgələri arasında birinci, əhalisinə görə isə ikinci yerdədir. Bölgə qərbdə Zambiya və Mozambik, şimalda Şimal bölgəsi, şərqdə Malavi Gölü, cənubda isə Mozambik və Cənub bölgəsi ilə qonşudur. == İnzibati quruluş == Bölgənin inzibati mərkəzi, həmdə ölkənin paytaxdı olan Lilonqvedir. Mərkəz bölgəsinin rayonlarıː Kasunqu mahalı Nxotakota mahalı Ntçisi mahalı Dova mahalı Mçini mahalı Lilonqve mahalı Salima mahalı Dedza mahalı Ntçeu mahalı == Əhali == Bölgə 2008-ci ilin məlumatlarına görə 5,491,034 nəfər yaşayır. Bu rəqəm Malavinin %42-ni əhatə edir.
Plyural mərkəz dil
Plyural mərkəz dil (həmçinin polimərkəz dili) — bir neçə müstəqil dövlətdə geniş yayılmış və hər biri öz norma və dil standartlarını müəyyənləşdirən təbii dil. Bu zaman dil variantları vahid dil çərçivəsində, ədəbi səviyyədə ümumi qaydalar işləyib hazırlamğa cəhd edirlər. Plyural mərkəs faktiki material əsasında de-fakto və nəzəri şəkildə de-yure olurlar. == De-yure plyural mərkəz dilləri == Alman dili. Almaniya, Avstriya və İsveçrə variantları vardır. İngilis dili. Öz variantlarına Böyük Britaniya və ABŞ malikdirlər; bununla belə bütün variantların yaxınlaşması hiss edilir. Kanda , bir qədər də Britaniya və Avstraliya variantları ABŞ varantına yaxınlaşırlar. İspan dili. Öz variantlarına İspaniya, Argentina, Meksika və digər ispandilli ölkələr malikdirlər.
Qlazqo mərkəz məscidi
Qlazqo mərkəz məscidi (ing. Glasgow Central Mosque) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən mərkəzi məscid. Məscid 1983-cü ildə inşa edilib. İş adamı Məhəmməd Tufail və şəhərdə yaşayan müsəlman icmasının maliyyə vəsaiti hesabına inşa edilən məscid 3 milyon funt sterlinqə başa gəlib. Qlazqo mərkəz məscidi ənənəvi ərəb memarlığı üslubunda inşa edilib. Xarici quruluşu ilə fərqlənən məscidin bir minarəsi var. Edilən son əlavələrdən sonra bu gün məsciddə eyni anda 2.500 müsəlmanın ibadət etməsi mümkündür. Şəhərdə yaşayan İslam icmasının əsas görüş yeri olan Qlazqo məscidi İslam dini ilə bağlı müxtəlif bayramların keçirilməsi üçündə istifadə edilməkdədir. Qlazqo mərkəz məscidi Şotlandiya ərazisində yerləşən ən böyük məsciddir. Dini ibadətgah yerləşdiyi ərazinin bütün dini inanclı insanları üçün xidmət edir.
Sabancı mərkəz məscidi
Sabancı mərkəz məscidi — Adananın Rəşadbəy bölgəsində, Mərkəzi parkın cənubunda və Seyhan çayının qərb sahilində yerləşir. 1998-ci ildə istifadəyə verilmişdir. 32 metr diametrli əsas günbəzi vardır. Məscidin layihə memarı Nəcib Dinçdir. Yaxın Şərqin və Türkiyənin ən böyük məscididir. Sabancı mərkəz məscidi tarixi bir struktur olmamasına baxmayaraq, monumental kütləsi, uğurlu arxitekturası və şəhər siluetində görkəmli duruşu ilə yerli və əcnəbi ziyarətçinin diqqətini cəlb edir. Sabancı mərkəz məscidi, Adana şəhərinin mərkəzində, Seyhan çayı sahilində yerləşən Türkiyənin ən böyük məscididir. 32 metr diametrli baş tağı ilə Türkiyənin ən böyük künbəzə malik məscidi oarak qəbul edilir. Yaxın şərqin ən böyük məscidi kimi də qəbul edilir. Sabancı mərkəz məscidi, mövqeyi etibarilə Adanada yerləşən baş arter-lərin, dəmir yolunun və Adana ətraf rayon və rayonlara birləşdirən yolların kəsim nöqtəsində və hündür minarələri kilometrlərlə uzaqdan görünür olması səbəbindən şəhərin sanki simvolu halına gəlmişdir.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi
"Qış albalısı" ticarət mərkəzində yanğın
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
"Qəbələnd" əyləncə mərkəzi
"Qəbələnd" əyləncə mərkəzi — Qəbələ şəhərində yerləşir. Ümumi ərazisi 16 hektardır. Azərbaycanın Disneylandı adlandırılır. Uşaqlar və böyüklər üçün Britaniya, İtaliya, Almaniya və İsrail istehsalı olan 60-dan artıq oyun aparatları, 6D attraksionu, "LaserMaxx", yarış avtomobilləri üçün iki trek, motosikllər üçün yol, buz meydançası, voleybol, basketbol və futbol üçün oyun meydançaları, fitnes-mərkəz, istər Azərbaycan, istərsə də dünya mətbəxinin xörəklərini təklif edən qəhvəxana və restoranlar, suvenir mağazası fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzində yeddi süni göl yaradılmışdır. Bura Azərbaycanlı turistlərdən başqa İran, Türkiyə və Rusiyadan da turistlər gəlir.
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". == Zəmin == Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. == SEMƏMT-in rəhbərləri == İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
7 Dünya Ticarət Mərkəzi
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
ABŞ Mərkəzi Komandanlığı
Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (ing: United States Central Command (USCENTCOM)) Birləşmiş Ştatların Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 yanvar 1983-cü ildə qurulmuşdur. Sürətli Yerləşdirməli Müştərək Əməliyyat Qüvvələrinin (Rapid Deployment Joint Task Force - RDJTF) əvvəlki vəzifələrini öz üzərinə götürmüş və əməliyyat sahəsi Yaxın Şərq, xüsusilə İraq və Afrikada Misir, həmçinin Orta Asiyadakı Əfqanıstandır. Baza qərargahı Florida ştatının Tampa şəhərindəki MacDill Hərbi Hava Qüvvələrinin bazasında yerləşir. Komandanlıq bir çox hərbi əməliyyatlarda, o cümlədən 1991-ci ildə İraqdakı Çöl Fırtınası Əməliyyatında, Əfqanıstan müharibəsi və Səddam Hüseynin devrilməsi ilə nəticələnən İkinci İraq müharibəsində Amerikanın əsas iştirakçı qüvvəsi rolunu oynamışdır. 2015-ci ildən etibarən CENTCOM qüvvələri ilk növbədə Əfqanıstan, İraq və Suriyada yerləşdirilir.
AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) - Azərbaycan Respublikasının informasiya və innovasiya mərkəzidir. EİM-in fəaliyyətinin məqsədi - yeni bilik və texnologiyaların istifadəsi, mənimsənilməsi və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşması prosesində koordinasiya funksiyasını icra etmək, respublikada yerinə yetirilən elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin və regionların innovasiya inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, qabaqcıl texnologiyaların transferi, innovasiyalar haqqında məlumatın toplanması, bu sahədə məlumat bazasının yaradılması və ondan istifadənin təmin edilməsi. == Strukturu == Direktor Direktorun I müavini Tədris-təhsil mərkəzinin direktoru Sahə elmləri üzrə informasiya resurslarının formalaşması şöbəsi Humanitar və ictimai elmlər üzrə informasiya resurslarının formalaşması şöbəsi Təhlil və proqnoz şöbəsi İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin kommersiyalaşdırılması və texnologiyaların transferi şöbəsi Elmi redaksiya şöbəsi Doktorantura və kadr şöbəsi Texniki və proqram təminatı şöbəsi Beynəlxalq əlaqələr şöbəsi == Məlumat bazaları == ETTKİ aparılan təşkilatların məlumat bazası ETTKİ üzrə aktual məlumat bazası Elmi kadrlar üzrə məlumat bazası Elmi mövzuların axtarışını təmin edən açar sözlərinin tezaurusu İnnovasiya texnologiyaları bazası Müdafiə olunmuş dissertasiya avtoreferatlarının bazası Azərbaycan elminin sitat indeksləri üzrə biblioqrafik baza == Nəşriyyat fəaliyyəti == «Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası
AMEA Mərkəzi Elmi Kitabxana və ya qısaca: AMEA MEK — Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana. == Tarixi == Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur. 1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı olur. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923–1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır.
AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
AMEA Elmi İnnovasiyalar Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) - Azərbaycan Respublikasının informasiya və innovasiya mərkəzidir. EİM-in fəaliyyətinin məqsədi - yeni bilik və texnologiyaların istifadəsi, mənimsənilməsi və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşması prosesində koordinasiya funksiyasını icra etmək, respublikada yerinə yetirilən elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin və regionların innovasiya inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, qabaqcıl texnologiyaların transferi, innovasiyalar haqqında məlumatın toplanması, bu sahədə məlumat bazasının yaradılması və ondan istifadənin təmin edilməsi. == Strukturu == Direktor Direktorun I müavini Tədris-təhsil mərkəzinin direktoru Sahə elmləri üzrə informasiya resurslarının formalaşması şöbəsi Humanitar və ictimai elmlər üzrə informasiya resurslarının formalaşması şöbəsi Təhlil və proqnoz şöbəsi İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin kommersiyalaşdırılması və texnologiyaların transferi şöbəsi Elmi redaksiya şöbəsi Doktorantura və kadr şöbəsi Texniki və proqram təminatı şöbəsi Beynəlxalq əlaqələr şöbəsi == Məlumat bazaları == ETTKİ aparılan təşkilatların məlumat bazası ETTKİ üzrə aktual məlumat bazası Elmi kadrlar üzrə məlumat bazası Elmi mövzuların axtarışını təmin edən açar sözlərinin tezaurusu İnnovasiya texnologiyaları bazası Müdafiə olunmuş dissertasiya avtoreferatlarının bazası Azərbaycan elminin sitat indeksləri üzrə biblioqrafik baza == Nəşriyyat fəaliyyəti == «Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri.
AMEA Lənkəran Regional Elmi Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi (LREM) - Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən və regional elmi mərkəzlərindən biri. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Lənkəran Regional Elmi Mərkəzinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmışdır.Lənkəran Regional Elmi Mərkəzi dövlət siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəldilmişdir. == Strukturu == AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin struktur bölmələri Tarix və ədəbiyyat şöbəsi Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsi Çay və subtropik bitkilər şöbəsi Nadir sitrus bitkiləri laboratoriyası Herontoloji tədqiqatlar şöbəsi İnsan resursları şöbəsi Təchizat və xidmət şöbəsi Mühasibatlıq Kitabxana == Direktorlar == Fərman Quliyev — 2015-2023-cü illərdə. Mehman Əliyev — 2023-cü ilin noyabr ayından günümüzədək. == Əsas fəaliyyət istiqamətləri == Lənkəran-Astara bölgəsinin floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi və qiymətləndirilməsi; Nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətlərinin öyrənilməsi; Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması; Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçirilməsi. == Əldə etdiyi əsas elmi nəticələr == Mərkəz tərəfindən çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarından yeni "Lənkəran Meyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edilib.Yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılıb və genefondun qorunması üçün təkliflər hazırlanıb. Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.
AMEA Mərkəzi Elmi Kitabxana
AMEA Mərkəzi Elmi Kitabxana və ya qısaca: AMEA MEK — Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxana. == Tarixi == Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur. 1923-cü ilin noyabr ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci ilin avqust ayında "Azərbaycanı Tədqiq və Tətöbbö Cəmiyyəti"nin Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı olur. Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər 1923–1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildə Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını daşımışdır.
AMEA Mərkəzi Nəbatat Bağı
Mərkəzi Nəbatat Bağı — Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs. "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin yaradılması və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin 7 yanvar 2022-ci il tarixində № 5 qərar imzalamışdır. == Tarixi == Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülmüşdü. O vaxtlar Bakı şəhəri iri neft sənayəsi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P. V. Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olundu və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanıldı. 1935–1938-ci illər ərzində burada institut binası, oranjereyalar, istixanalar, bağın əməkdaşları üçün yaşayış binası, emalatxanalar və təsərrüfat binalarının inşasına başlanıldı. Təşkil olunduğu 1936-cı ildən müstəqil təşkilat kimi fəaliyyət göstərdiyi 2000-ci ilədək Botanika bağı Botanika İnstitutunun şöbəsi olmuşdur. Botanika İnstitutunun ilk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı, akademik Aleksandr Alfonsoviş Qrossheym, Botanika bağının ilk direktoru isə Mixail Vasilyeviç Brjezitskiy təyin olunur. Bu vaxtdan etibarən Botanika bağının sahələrində Azərbaycan və ekzot floradan olan bitkilərin kolleksiyasının yaradılması ilə yanaşı, texniki, dərman bitkiləri üzərində elmi-tədqiqat işləri aparılır. 1937–1940-cı illərdə bağ üçün nəzərdə tutulan ərazilərdə neft hasilatı üçün quyuların qazılması ilə əlaqədar bağın sahəsi 16 hektar qalır.
AMEA Naxçıvan Regional Elm Mərkəzi
Naxçıvan Regional Elm Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzi, H. M. Abdullayev adına – Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrinin araşdırılması və s. sahələrdə tədqiqat işlərini gecləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 7 iyul tarixli qərarı əsasında təsis edilmişdir. == Tarixi == Mərkəzin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Mərkəzin yaradılmasına SSRİ Elmlər Akademiyasının icazəsi alınana qədər o, respublika rəhbərliyinin dəstəyi ilə, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-Üzvi və Fizika Kimya İnstitutunun strukturuna daxil edilmişdi. Mərkəzin tərkibinə 5 bölmə (fizika-riyaziyyat, kimya, biologiya, iqtisadiyyat və tarix) fəaliyyət göstərirdi. Mərkəz 3 bölməni (geobotanika, riyazi modelləşdirmə, elmi-texniki informasiya), 5 laboratoriyanı (bitki mənşəli maddələrin kimyası, mineral xammalın kimyası və texnologiyası, fiziki-kimyəvi tədqiqatlar, genetika və seleksiya, dekorativ bağçılıq) və metrologiya və standartlaşdırma qrupunu birləşdirdi. Burada 105 nəfər əməkdaş çalışırdı ki, onların 14-ü elmlər nazimədi idi (2001). == Fəaliyyəti == Kimyaçıların araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-ansen konsentratının, nəticədə isə, yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi, karbon qazı alınması ilə bağlı araşdırmalar (respublika dövlət mükafatına layiq görülmüşdür) mərkəzin uğurlarından sayılır. Mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işlənməsi üçün axtarışlar aparırdılar.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. 1998-ci ildən fəaliyyət göstərən mərkəzin respublika ərazisində 84 seysmik, 6 geofiziki, 5 geokimyəvi, 24 GPS stansiyaları fəaliyyət göstərir. == Tarixi == Azərbaycanda ilk dəfə seysmik hadisələrlə bağlı instrumental müşahidələrə XX əsrin əvvəllərində başlanılıb. 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Bakıda neft sənayesi ilə məşğul olan Nobel qardaşlarının təşəbbüsü ilə həmin il Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırılmış və bununla da instrumental müşahidələrə başlanılmışdır. SSRİ dövründə uzun müddət Azərbaycanda müstəqil seysmoloji xidmətin fəaliyyətinə icazə verilməsə də, 1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA Geologiya İnstitutunda "Geofizika" Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika partiyası yaradılmışdır. 1980-ci ildə isə bunun əsasında Təcrübi-Metodik Geofizika Ekspedisiyası təşkil edilmişdir. Ekspedisiyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru, professor Arif Həsənov rəhbərlik edib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17.12.1998-ci il tarixli 22/2 saylı qərarları ilə TMGE-yə 1999-cu ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilib. 2008-ci ildə Arif Həsənov dünyasını dəyişdikdən sonra mərkəzə AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Qurban Yetirmişli rəhbərlik etməyə başlayıb.
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarətdir. == Tarixi == Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 1972-ci il tarixli iclasnın qərarı ilə akademiyanın Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası (ŞZEB) yaradılmışdır. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət idi. Sonralar Elmi Bazada müvafiq qruplar “Geologiya”, “Genofond”, “Biokimya” və “Biofizika” qrupları yaradılmışdır. 1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir. Azərbaycan Pespublikasının Şəki-Zaqatala zonası zəngin təbii coğrafi şəraitə malikdir. Bu bölgə əlverişli iqlimi, məhsuldar torpaqları, rəngarəng bitki və heyvanat aləmi, sənaye və kənd təsərrüfatı obyektləri, yol və kommunikasya sistemləri, tarixi, mədəni, irsi və təbii sərvətləri ilə fərqləndiyinə görə və bu bölgədə kompleks elmi-tədqiqat işləri aparılması üçün hər cür şəraitin olması nəzərə alınaraq, Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilmiş, aşağıdakı problemlərin elmi araşdırılması Şəki ZEB-na və hal-hazırda AMEA-nın Şəki REM-nə həvalə olunmuşdur: Bölgənin landşaftının, yerli flora və fauna ehtiyatlarının öyrənilməsi və istifadə edilməsi, təbiət abidələrin bərpası; Torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması, meşə bitkilərinin inkişaf etdirilməsi, sel axınları ilə mübarizə tədbirlərinin müəyyənləşdirilməsi Bölgənin becərilən perspektiv bitkiləri üzrə genetika-seleksiya işləri və stasionar tədqiqatların aparılması; Biogeokimyəvi əyalətin tədqiqi. Bölgəyə xas olan yerli cins heyvan, quş və həşəratların genetikası və fiziologiyasının öyrənilməsi.
AME Elmi Mərkəzi
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz. AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir. == Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti == Redaksiya Heyətinin Sədri: İlham Heydər oğlu Əliyev Redaksiya Heyəti Sədrinin birinci müavini: R.Ə. Mehdiyev Redaksiya Heyəti Sədrinin müavinləri: A.A. Əlizadə, A.R. Rzayev Məsul Katib: T.M. Nağıyev === Redaksiya Heyətinin Üzvləri === F.H. Abdullazadə, A.Q. Abiyev, İ.A. Babayev, T.Ə. Bünyadov, Ö.H. Eldarov, C.Ə. Əliyev, T.A. Əliyev, F.Ə. Əlizadə, V.M. Fərzəliyev, İ.M. Hacıyev, İ.Ə. Həbibbəyli, A.M. Həşimov, F.Q. Xəlilov, M.İ. İbrahimbəyov, A.C. İsmayılzadə, K.M. Kərimov, Ə.Ə. Qəribov, Ə.S. Quliyev, Y.M. Mahmudov, A.Ş. Meydiyev, A.M. Məhərrəmov, A.C. Məlikov, V.M. Məmmədəliyev, Q.Ş. Məmmədov, A.M. Paşayev, F.C. Məmmədova, Ş.M. Muradov, A.Ə. Paşayev, M.N. Rəhimova, M.İ. Rüstəmov, T.T. Salahov, Z.Ə. Səmədzadə, N.M. Vəlixanlı, X.B. Yusifzadə.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M.Ə.Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S.İ.Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi N.M.Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N.M.Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998-2005-ci illərdə institutun direktoru vəzifəsini K.T.Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir.
Aland Mərkəzi Partiyası
Aland mərkəzi (isv. Åländsk Center) — Aland adalarıda fəaliyyət göstərən aqrar-mərkəzçi siyasi partiya. Əsası 1976-cı ildə qoyulmuşdur. 2003-cü ildə Aland adalarında keçirilmiş parlament seçkilərində partiya 24,1% səs toplayaraq, 30 mümkün yerdən 7-sini, 2007-ci ildə 23,5% səslə 8-ni, 2011-ci ildə 23% səslə 7 yeri əldə etmişdir. Partiyanın hazırkı lideri Yorqen Petterssondur.
Aland mərkəzi
Aland mərkəzi (isv. Åländsk Center) — Aland adalarıda fəaliyyət göstərən aqrar-mərkəzçi siyasi partiya. Əsası 1976-cı ildə qoyulmuşdur. 2003-cü ildə Aland adalarında keçirilmiş parlament seçkilərində partiya 24,1% səs toplayaraq, 30 mümkün yerdən 7-sini, 2007-ci ildə 23,5% səslə 8-ni, 2011-ci ildə 23% səslə 7 yeri əldə etmişdir. Partiyanın hazırkı lideri Yorqen Petterssondur.
Alaşşünaslıq tədqiqat mərkəzi
Alaşşünaslıq tədqiqat mərkəzi — 2008-ci ildə Semey Dövlət Pedaqoji İnstitutu nəzdində yaradılmış tədqiqat mərkəzi. Mərkəzin yaradılmasına əsas kimi Semey şəhərinin sol hissəsinin XX əsrin əvvəllərində Alaş şəhəri olması və Alaş Orda tarixində xüsusi yer tutması göstərilirdi. Mərkəzin direktoru Şanbay Turdıkuldur. Mərkəzin müasir biliklərə əsaslanan sahə proqramı konkret elmi istiqamətlərlə sistemli və hərtərəfli müəyyənləşdirilmişdir. Mərkəzin fəaliyyətinin prioritet istiqaməti Alaş Orda xadimlərinin həyat və yaradıcılığını öyrənməkdir. Nəticədə 100 cildlik "Alaş kitabxanası" seriyası işıq üzü görmüşdür. İlk 10 kitab həmin il nəşr olunmuşdur. Mərkəzin konseptual istiqaməti "Alaş" ensiklopediyasının hazırlanmasıdır. Ensiklopediyanın lüğəti ətraflı hazırlanaraq ekspertlərin müzakirəsinə təqdim edilmişdir. Mərkəzin fundamental tədqiqat istiqaməti alaşşünaslığa dair silsilə elmi topluların formalaşdırılmasıdır.
Almaniya Berlin Ürək Mərkəzi
Almaniya Berlin Ürək Mərkəzi (alm. Deutsches Herzzentrum Berlin‎ və ya qısaca: DHZB) — qeyri-kommersiya fondu kimi təşkil edilmişdir. Berlinin tibb və tədqiqat mərkəzidir. Mərkəz ürək-damar xəstəliklərinin müalicəsi sahəsində və həmçinin ürək və ağciyər transplantasiyası üzrə ixtisaslaşmışdır. == Ümumi məlumat == Bu mərkəzin ilk təməl daşı 1983-cü ildə qoyulmuş və ilk əməliyyat 1986-cı ilin aprel ayında keçirilmişdir. Hal-hazırda DHZB-də 3000-ə yaxın açıq ürək əməliyyatı və 2 000-dən artıq digər ürək əməliyyatları olunur. Bundan əlavə 100-ə yaxın ürək və agciyər transplantasiyası və 500-dən çox anadangəlmə ürək çatışmazlığının aradan qaldırılması üzrə əməliyyat keçirilir. Hər il mərkəzdən 8000 stasionar və 16000 ambulator xəstə keçir. 1 yanvar 2011-ci ilin statistikasına görə mərkəzdə 1700-dən çox ürək transplantasiyası edilib, onlardan 174-ü uşaqlarda transplantasiya olunub, və həmçinin 1668 süni ürək implantasiyası aparılıb, onlardan 135-i uşaqlara implantasiya olunub. Almaniya Berlin Ürək Mərkəzi ictimai qeyri-kommersiya fond xarakterli Vətəndaş Hüquqları Qürumudur (alm.
Amsterdam Mərkəzi Stansiyası
Amsterdam Mərkəzi Stansiyası — Hollandiyanın paytaxtı Amsterdamın əsas xətt qatar stansiyasıdır. Stansiya ölkənin ən böyük stansiyası olan Utrext Mərkəz Stansiyasından sonra ikinci ən böyük stansiyasıdır və Hollandiyanınnın ən çox ziyarət olunan tarixi irsidir.
Ankara Mərkəzi Qapalı Həbsxanası
Ankara Mərkəzi Qapalı Həbsxanası və Gözaltı Evi ya da Ulucanlar Həbsxanası — Ankaranın Altındağ mahalının Ulucanlar səmtində 1925–2006 arasında fəaliyyət göstərən bir həbsxanadır . Türk siyasi və ədəbi həyatında əhəmiyyətli bir yeri olan Ulucanlar Həbsxanasını bərpa edərək muzey və mədəniyyət və sənət mərkəzinə çevirmək layihəsi Altındağ Bələdiyyəsinə verildi. 2009-cu ildə başlanan bərpa işləri 2010-cu ildə tamamlandı. == Tarix == Hərbi anbar kimi xidmət etmək üçün 1923-cü ildə tikilən bir binada qurulan həbsxana, 1925-ci ildə edilən təmirdən sonra həbsxana olaraq istifadə olunmağa başladı. 68 nəslin öndə gələn adlarından Deniz Gezmiş, Yusuf Aslan və Hüseyin İnan, 6 May 1972-ci ildə həbsxana həyətindəki qovaq ağacının altında edam edildi. 1980 İnqilabının ilk edamları bu həbsxanada 8 oktyabr gecəsi solçu Necdet Adalı və sağçı Mustafa Pehlivanoğlunun edamı ilə baş verdi. 13 dekabr 1980-ci ildə Erdal Erenə verilən ölüm cəzası burada icra edildi. Həbsxanada Cüneyt Arcayürek, Mahmut Alınak, Fakir Baykurt, Hatip Dicle, Orhan Doğan, Bülent Ecevit, Yılmaz Güney, Nâzım Hikmet, Yaşar Kamal, Yavuz Öbekci, Selim Sadak, Sırrı Sakık, Kamal Tahir, Metin Toker, Muhsin Yazıcıoğlu və Leyla Zana Bir çox məşhur məhbus və məhkum qaldı. 29 sentyabr 1999-cu ildə başladılan Həyata Dönüş Əməliyyatı zamanı 10 nəfər həbsxanada öldü, 100-ə yaxın insan yaralandı. Ulucanlar Həbsxanası 1 iyul 2006-cı ildə bağlandı.

Digər lüğətlərdə