MESS

mess1

n I 1. qarmaqarışıqlıq; səliqəsizlik; nizamsızlıq; 2. çirkab; çirk; palçıq; toz-torpaq; 3. çətinlik; bəla; to get oneself out of a ~ özünü çətin vəziyyətdən çıxarmaq; to get oneself into a ~ özünü çətin vəziyyətə salmaq

n II ümumi stol arxasında yemək yeyən insan qrupu (orduda və s.)

mess2

v I 1. qarışdırmaq; qarışıq salmaq, alt-üst etmək; pozmaq; qarışmaq; 2. üst-başını toz-torpaq etmək; üstünü çirkləndirmək / batırmaq; başını qatmaq, izdivaca girmək, sevişmək

v II birgə yemək, durub-oturmaq, bir yerdə olmaq

MESMERIZE
MESS HALL
OBASTAN VİKİ
Beautiful Mess
Beautiful Mess (azərb. Gözəl qarmaqarışıqlıq‎) — Bolqarıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Kristian Kostov "Beautiful Mess" mahnısı ilə Bolqarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmiş və ikinci yeri qazanmışdır. Mahnı Borislav Milanov, Sebastian Arman, Yoakim Bo Persson, Aleks Omar və Aleks Varqas tərəfindən bəstələnmişdir.
Bettange-sur-Mess qəsri
Bettange-sur-Mess Castle (fr. Château de Bettange-sur-Mess) — Lüksemburqun cənub-qərbində Dippach yaxınlığındakı Bettange-sur-Mess kəndində yerləşir. 1753-cü ildə René Louis de Geisen tərəfindən tikilən qala bir neçə dəfə mülkiyyətini dəyişdirmişdir. 1996-cı ildən bəri, Valideynlər Dərnəyi Əlilliyi Əlillər Dərnəyi tərəfindən idarə olunan əqli qüsurlu insanlar üçün yenidən təhsil mərkəzidir.
Facebook Messenger
Facebook Messenger, yaxud sadəcə Messenger — Facebook-un yaratdığı və inkişaf etdirdiyi yazılı, səsli və görüntülü xəbərləşmə servisi. Messenger Facebook istifadəçilərinə həm əsas sayt, həm də mobil tətbiq üzərindən əlaqə qurmaq üçün şərait yaradır. Günümüzdə 5 milyarddan çox insan Messenger istifadə edir.
Junior Messias
Junior Valter Messias (13 may 1991, Belu-Orizonti) — Braziliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.
Lionel Andres Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Matteo Messina Denaro
Matteo Messina Denaro (26 aprel 1962, Kastelvetrano[d] – 25 sentyabr 2023, L'Akuila, L'Akuila) — Koza nostra – Siciliya mafiya təşkilatının başçılarından biri. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır. Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilir. 1993-cü ildən etibarən polisdən gizlənərək, Forbs jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında VI yeri tutur. Onun evində axtarış zamanı tapılan məktubdan: == Həyatı == Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyanın Kastelvetrano kommunasında (Trapani əyalətində) siciliyalı mafioz Françesko Messina Denaronun ("Don Çiçço" kimi tanınan) ailəsində dünyaya gəlmişdir. Atası Françesko mafioz fəaliyyətə qeyri rəsmi muzdlu qatil, rəsmi isə zəngin mülkədar və bankir (it. Banca Sicula) D‘Ali ailəsinin silahlı müafizəçisi kimi başlamış, sonralar isə irəli çəkilərək həmin ailənin icarə torpaq mülklərinin inzibatçısı təyin edilir. Yaxşı işinə görə D’Ali ailəsi ona Dzanqara rayonunda böyük bir mülk bağışlamışdır. Françesko 14 yaşlı oğlu Matteoyaya silahdan istifadəni öyrətmişdir.
Messalina
Valeria Messalina (Messalina) , (lat. Valeria Messalina) (təqribən 17/20 — 48) — Roma imperatoru Klavdinin 3-cü arvadı, Britanik və Klavdiya Oktaviyanın anası, hakimiyyətpərəst, böyük təsir dairəsinə malik olmuş, əxlaqsız xarakteri ilə seçilmiş və Xatirənin lənətlənməsi damğası almış romalı qadınlardan biridir. Valeriya 20-ci ildə konsul olmuş patrisian əsilli aristokrat Valerilərin nümayəndəsi Mark Valeri Messal Barbotun tək qızı idi. Anası b.e.ə. 16-cı ildə Konsul olmuş Lusi Domisia Aqenbabın qızı gənc Domisia Lepid idi. Anası və atası eyni ananın və müxtəlif atanın evladları (bacı-qardaş) olmuşlar . Antik mənbələrə görə 13 yaşından gəzəyən həyat tərzinə başlamış Messalina xəsis, ağır və axmaq nimfoman xasiyyətə malik olmaqla yanaşı cinsəl şəhvət hərisi olmuşdur. Tasit və Svetoniy öz səlnamələrində bu barədə dönə-dönə yazmışlar. Messalina yalançı ad (Liçiska Messalina) altında ehtiraslarını təmin etmək üçün lupanariyə (lat. lupānar ya da lupānārium; lupa sözünün mənası dişi (vulq.
Messel karxanası
Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir. 1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı.
Messenat Holding
Messenat Holdinq
Messeniya
Messeniya nomu (Yunanca: Νομός Μεσσηνίας / Nomos Messenias) — Yunanıstanın Mora coğrafi bölgəsinə daxil olan bir rayon.
Messerschmitt Bf 109
Messerschmitt Bf (Me) 109, İkinci dünya müharibəsinin döyüş təyyarəsi . Willy Messerschmitt (Vili Mesırşimit) tərəfindən 1930-cu illərdə layihəsi hazırlanıb. Messerschmitt 109, ilk uçuşunu prototip Bf 109 V1 olaraq may 1935-ci il də etdiyi zaman dövrünün ən inkişaf etmiş tək nəfərlik ovçu təyyarəsi idi. 1937-ci ilin Fevralında istehsalına başlanan Jumo mühərrikli "B-1", Luftwaffedə xidmətə girdi. Jumo 210 mühərriyi, "B", "C" və "D" modellərində də istifadə edildi.1939-cu ilin Yanvarından 1942-ci ilin əvvələrinə qədər istehsalda qalan Bf 109 E modelində Daimler-Benz DB 601 mühərriki istifadə edilmişdir. "G" modelinin istehsalına 1942 Mayında başlanmışdır. Messerschmitt 109, təxminən 24,500 dənəsi Bf 109 G olmaq üzrə cəmi 35,000 ədəd emal edilmişdir. Bf 109 Alman Hava Nazirliyinin (Reichsluftfahrtministerium, RLM) orijinal tərifinin. Bf qısaltması təyyarəsi emal edən firma olan Bayerische Flugzeugwerke 'nin baş hərflərindən ibarətdir. 1938-ci ildə firmanın adı baş dizayneri Willy Messerschmitt 'in firmanı almasıyla Messerschmitt AG olaraq dəyişmişdir.
Messerschmitt Bf 110
Messerschmitt Me 110 — İkinci dünya müharibəsi zamanı hazırlanmış Alman ağır ovçu təyyarəsi. Bf 110 ağır ovçu olaraq hazırlanan və sonraları gecə ovçusu və ya yer bombardman təyyarəsi olaraq istifadə edilmişdir.
Messerschmitt Me 163
Me 163 Komet — Aleksandr Martin Lippisch tərəfindən tərtib edilmiş tarixdə yeganə reaktiv mühərrikli döyüş təyyarəsidir. Almaniya Hərbi Hava Qüvvələri tərəfindən İkinci Dünya Müharibəsi zamanı istifadə edildi. İnqilabi dizaynına və rəqibsiz performansına baxmayaraq, istifadəsinin çox təhlükəli olmasına görə yalnız bir neçə Müttəfiq qırıcı təyyarəsini vurmağa nail olmuşdur. Konstruksiya işləri Deutsche Forschungsanstalt für Segelflug (DFS) - Almaniya Playner Uçuş İnstitutunun tələbləri ilə başladı. İlk dizaynları daha əvvəl hazırlanmış Lippisch Delta IV, digər adı ilə DFS 39 modelindən dəyişdirilərək əldə edilmişdi və təyyarə skeletini sınamaq üçün tam bir playner şəklində istifadə edilmişdir. Daha böyük bir yeni versiyası kiçik bir pərvanəli mühərrikə sahib idi və DFS 194 adı ilə konstruksiya edilmişdir. Bu versiyada qanad ucuna bağlanmış hündürlük tənzimləyicilərindən istifadə edilmişdir. Lippisch, bu dizaynın yüksək sürətlə problem yaratacağını düşündü və sonrakı modellərə adi arxa şaquli stabilizator da daxil etdi. Dizaynda playner atalarından vacib xüsusiyyətlər mövcud idi, bu xüsusiyyətlərdən uçuş zamanı çəkilə bilən və eniş üçün istifadə edilən xüsusi xizəklər də var idi. Qalxma üçün xüsusi hazırlanmış çarpaz oxların uclarına asanlıqla bağlanıla bilən bir cüt təkərlərdən istifadə edilmişdir.
Messerschmitt Me 262
Messerschmitt Me 262 Schwalbe (almanca "Qaranquş") İkinci dünya müharibəsinin sonlarına doğru istehsalına başlanılmış və döyüşdə aktiv iştirak etmiş cüt reaktiv mühərrikli alman döyüş təyyarəsidir. İlk reaktiv mühərrikli qırıcı olaraq bilinir. Müharibənin son zamanlarında Almanların ümid bağladığı üstün silahlardan biri olaraq bilinsə də ilk dizayn yanaşmaları 1939-cu ildə başlamışdır. Aviasiya və döyüş Nazirliyində taktika yanaşma və doktrinaya çıxan zabitlərin döyüşü qazanmaq üçün dövrün ənənəvi piston mühərrikli , pərvanəli təyyarələri kafi görməsi üzərinə , bu layihədən döyüşün ilk illərində istifadə edilməmişdir. Villi Messerşmittin təyyarələrdə yüksək sürətlərdə ibarət müqavimət və müqavimət problemləri üçün təyyarə gövdəsinə bucaqlı şəkildə bərkidilmiş qanadlar üzərində işləri 1935-ci ilə dayanır. Me 262də də ilk başda 18.5 dərəcə bucaqlı qanadlar istifadə edilmişdir. Mühərriklər və gövdənin yerə paralel bir vəziyyətə gətirilməsi , son şəklini almamış prototipləri üzərində görülən bu problemlər təsirli şəkildə həll edilmişdir. İlk test uçuşları təyyarənin skeletini test etmə məqsədli olaraq 1941 aprelində başlamışdır. Bu vaxt istifadə edilməkdə olan BMW 003 reaktiv mühərriklərinin qeyri-kafi qala biləcəyi düşüncəsiylə təyyarənin burnuna bir pərvanə və güc qaynağı olaraq Junkers Jumo 210 mühərriyi əlavə olunmuşdur. Yalnız reaktiv mühərriklərinin istifadə edildiyi ilk uçuşu iyul 1942 — edilmişdir.
Messeturm
Messeturm (alm. Messeturm‎) — Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşən, 257 metr yüksəkliyində 63 mərtəbəli bir göydələn. Messeturm 1991–1997-ci illərdə Avropanın ən hündür binası olub hal-hazırda Almaniyanın ikinci, Avropa İttifaqının isə üçüncü ən hündür binası hesab edilir. Göydələn 1988-ci il 13 iyul tairixində tikilməyə başlanmışdır.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Messi (ada)
Messi adası (ing. Massey Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. Adada yaşayış yoxdur (2012). Adanın sahəsi 432 km², sahil xətdinin uzunluğu 113 km təşkil edir. Adanın uzunluğu (şərqdən qərbə) 46 km, maksimal eni (şimaldan cənuba) — 11,4 km. Adanın daxili platodan ibarətdir və burada hündürlük 100-210 metr arası dəyişir. Messi adası — Aleksandr, Messi, Vane, Kameron adaları arasında ən kiçiyidir. Vane adasından (şimaldan) 2 km eni olan Pirs boğazı, Baters adasından Erskin körfəzi, Melvill (ada)sından isə Bayam-Martin boğazı, Aleksandr adasından Boyer boğazı ayırır. Messi adasından cənub-qərbdə kiçik Mark (56 km²) adası yerləşir .
Messi (dəqiqləşdirmə)
Lionel Messi (1987 təvəllüdlü) — Argentinalı futbolçu. Messi həmçinin bu mənaları ifadə edə bilər: Messi adası — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. Adada yaşayış yoxdur (2012). Messi (puma) — Instagram və Youtube platformalarında məşhur olan ev puması.
Messi (puma)
Messi (rus. Месси; d. 30 oktyabr 2015) – Instagram və Youtube platformalarında məşhur olan ev puması. Aleksandr və Mariya Dmitriyev cütlüyü tərəfindən saxlanılır. Onlar Messinin 2016-cı ildə yerli zooparkdan qəbul etmişdirlər. Hazırda isə cütlük Messi ilə birlikdə Rusiyanın Penza şəhərində yerləşən ikimərtəbəli böyük evdə yaşayırlar. 2017-ci ildə Dmitriyev ailəsi Messi üçün Instagram hesabı və Youtube kanalı açmışdır. Tezliklə Messi sosial şəbəkələrdə məşhurlaşmış və böyük izləyici kütləsi toplamışdır. Messi Rusiyanın Saransk şəhərində yerləşən bir zooparkda doğulmuşdur. O, həmin dövrdə "Barselona" klubunda çıxış edən futbolçuların şərəfinə adlandırılmış və yenicə doğulmuş olan 3 puma balasından biri idi.
Messiah (serial, 2020)
Məsih (ing. Messiah) — ABŞ internet-televiziya serialı. Birinci mövsüm, 2020-ci ilin yanvar ayında Netflix-də verilmişdir. Ümumilikdə 10 bölümdən ibarətdir. Netflix 26 mart 2020-ci ildə birinci mövsümdən sonra serialı ləğv etdi. Serial, ilk əvvəl Orta Şərqdə meydana gələn və izləyicilərinə İsa Peyğəmbərin (İslam dinli İsa Peyğəmbər) esxatoloji qayıdışı olduğunu iddia edən bir adama müasir dünyanın reaksiyasına əsaslanır. Birdən-birə meydana gəlməsi və görünən möcüzələri, CIA işçisi tərəfindən araşdırılan adam, əslində kim olduğu mövzusunda şübhələr yaradaraq beynəlxalq izləyici topladı.
Messidor
Messidor (fr. messidor, lat. messis — məhsul və yun. δῶρον — hədiyyə) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən X ay (19/20 iyun — 18/19 iyul) .
Messier 100
NGC 4321, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Veronikanın Saçları bürcü istiqamətində yerləşir. SBbc tipli qalaktikadır. Fransız astronomu Pierre Mechain tərəfindən 1781-ci ildə 7.62 sm (3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier 51
Messier 51 (M51, NGC 5194/95), Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. 30 milyon işıq ili uzaqlıqdadır və göy üzündə Tazılar bürcü istiqamətində yerləşir. Sbc tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1773-cü ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier 88
NGC 4501, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Veronikanın Saçları bürcü istiqamətində yerləşir. Sb tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1781-ci ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier cisimləri
Messier cisimləri — Çarlz Messierin orjinalı 1771-ci ildə yayımlanan, Dumanlıq və ulduz qrupları (Catalogue des Nébuleuses et des Amas d'Étoiles") kataloqundakı səma cisimləridir. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər astronavtlara, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilməsinə kömək etməkdir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir.