1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. Çarx mili. Dəyirman mili.
// Saat və s. mexanizmlərdə əqrəb.
2. Corab və s. toxumaq üçün ucu küt, uzun iynə.
3. Parçada zolaq, zol, xətt.
4. Evlərin üstündə qurulan taxtapuşların ən yuxarısında başdan-başa qoyulan uzun ağac, tir. Damın mili.
5. Əldə oynadılan bir ucu nazik, o biri ucu yoğun idman aləti.
6. Gözə sürmə çəkmək üçün sümükdən və s.-dən nazik alət; milçə.
◊ Mil qalmaq (durmaq, dayanmaq) – düz durub əmr gözləmək.
Mil qalxmaq – dik qalxmaq, dik durmaq.