NƏSİMİ
NƏSİRƏ
OBASTAN VİKİ
Nəsir Bakuvi
Nəsir Bakuvi (XIII əsr – XIV əsr) — azərbaycanlı şair. == Həyatı == Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazmışdır. O, Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Azərbaycan dilində şeirlər yazan bu şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar. Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından çox da məşhur deyil. Ərqun xanın üçüncü oğlu, 23 yaşlı Olcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. 11 bəndlik müxəmməsdə şair hökmdara İslamı qoruduğu, xristianları rədd etdiyi, İslam dinini ucaltdığı üçün təşəkkür edir, onu böyük adam adlandırır.
Nəsir Məmmədov
Nəsir Məmmədov (tam adı: Məmmədov Nəsir Nəsirzadə;10 may 1907, Dəstə, Ordubad rayonu – 25 iyul 1982, Bakı) — dilçi alim == Həyatı == 10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur. === Təhsili === 1925-ci ildə orta məktəbi bitirmiş, 1928-1929-cu illərdə Zaqaf­qaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. === Pedaqoji və elmi fəaliyyəti === 1942-1945-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır. Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.
Nəsir Paygozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Paygüzar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Payqozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Sadıqzadə
Nəsir Müseyid oğlu Sadıqzadə (1926, Şuşa, Dağlıq Qarabağ – 1996, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru, pedaqoq və müəllimi. == Həyatı == Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1965–1966-cı illərdə Gəncə teatrında baş rejissor,1970–1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzəİbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (27 dekabr 1972), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib. Bir sıra filmlərdə çıxış edib."Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik və pedaqoji fəaliyyətlə məşğul olub. == Filmoqrafiya == Mən ki gözəl deyildim (film, 1968) Şeytan göz qabağında (film, 1987) Qətl günü (film, 1990) Zirzəmi (film, 1990) Bəxt üzüyü (film, 1991) Qəzəlxan (film, 1991) Qara "Volqa" (film, 1994) Həm ziyarət, həm ticarət...
Nəsir Tağıyev
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim. == Həyatı == Nəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur. 1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib. == Siyasi fəaliyyəti == Nəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur. O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir yelqovanı
Nəsir yelqovanı - İranda istehsal edilən ilk elektrik avtomobili İranda istehsal edilən ilk elektrik avtomobili olan "Nəsir yelqovanı"nın təqdimat mərasimini 2009-cu ilin sentyabr ayının 3-də İran Nəqliyyat və Yanacaq Rəhbərliyi Qərargahı keçirib. “Nəsir yelqovanı” adlandırılan və cəmi iki sərnişini daşıya bilən avtomobili Tehranın Xacə Nəsir Universitetinin 14 nəfərlik tələbə qrupu istehsal edib. Avtomobilin çəkisi 700 kiloqramdır. Bir dəfəyə azı 50 kilometr məsafəni qət edə bilər. Sürəti saatda 80 kilometrdir və bütün yoxlamalardan müvəffəqiyyətlə çıxmış yığcam bir avtomobildir. Avtomobil əvvəlcə elektrik avtomobillər arasında keçirilən yarışma məqsədi ilə nəzərdə tutulsa da, sonradan onun kütləvi istehsalına və vətəndaşların istifadəsinə verilməsinə qərar verilib.
Nəsir İmanquliyev
Nəsrulla Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). == Həyatı == Nəsirulla Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır. Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur.
Nəsir Əhmədli
Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. == Həyatı == Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Məşədi Nəsir Lövhi
Sadıqov Məşədi Nəsir Hacı Sadıq oğlu (Məşədi Nəsir Lövhi) — Azərbaycan şairi. == Həyatı == Məşədi Nəsir Lövhi Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məclisi-üns üzvlərindən olmuşdur. Qardaşı Məşədi Əyyub Baki də şair idi. Məşədi Nəsir Lövhi 1901-cü ildə vəfat edib.
Nəsir bəy Tağıyev
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim. == Həyatı == Nəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur. 1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib. == Siyasi fəaliyyəti == Nəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur. O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir xan Şahsevən
Nəsir xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (Ərdəbil – Ərdəbil) — Ərdəbil xanlığının 1763-cü ildən 1808-ci ilə qədər ikinci xanı, O, qardaşı Nəzərəli xan Şahsevən ilə şərik hakimiyyətə malik idi.
Nəsir yüzbaşı Yağləvəndli-Cavanşir
Nəsir Şibl əd-Dəvlə
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Asif Nəsirov
Asif Nəsirov (tam adı: Asif Musa oğlu Nəsirov, d.25 dekabr, 1958 - ö.8 noyabr, 2016 Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı alim, texnika elmləri namizədi, bir ixtira, 8 kitab və 82 elmi əsərin müəllifi, iki Beynəlxalq elmi simpoziumun iştirakçısı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti. == Həyatı == Asif Musa oğlu Nəsirov 25 dekabr 1958-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitar texniki işlər fakültəsinə daxil olub. 1980-ci ildə institutu «İstilik-qaz təchizatı və ventilyasiya» ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək «inşaat mühəndisi» ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə layihəçi mühəndis kimi başlamışdır. 1981-ci ildən 1993-cü ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin «İstilik təchizatı və İstilik texnikası» kafedrasının nəzdindəki Ümumittifaq əhəmiyyətli “3 saylı Sahə Еlmi-Тədqiqat Laboratoriyası”nda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, 1982-85-ci illərdə АzMİU-nun aspiranturasında əyani təhsil almış, 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən kafedrada saat hesabı dərs aparmağa başlamış, 1993-ci ildə müsabiqə yolu ilə kafedraya müəllim keçmiş və ömrünün sonunadək kafedrada dosent vəzifəsində işləmişdir. İşlədiyi dövrdə А.М.Nəsirov özünü savadlı mütəxəssis, çalışqan və intizamlı işçi, yüksək mənəvi keyfiyyətlərə malik ali kateqoriyalı müəllim kimi göstərmişdir. Universitetin professor-müəllim heyəti və tələbələri arasında yüksək nüfuz və hörmətə malik olmuş, ictimai işlərdə yaxından iştirak edmişdir. Asif Musa oğlu Nəsirov 8 noyabr 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında yarımmüdafiəçi kimi çıxış edən Azərbaycan futbolçusudur. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elman Nəsirov
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elmir Nəsirov
Elmir Zülfü oğlu Nəsirov (13 iyul 1991, Əhmədbəyli, Füzuli rayonu – 27 sentyabr 2020, Yuxarı Əbdürrəhmanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib. === Ailəsi === Ailəli idi, iki qız övladı var. == Hərbi xidməti == 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. 2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulmuşdur. Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzulinin azad edilməsinın və İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə həlak olmuşdur.
Elçin Nəsirov
Elçin Ramiz oğlu Nəsirov (13 yanvar 1988, Əhmədalılar, Füzuli rayonu – 25 oktyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nəsirov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı Qorqan istiqamətində şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Elşad Nəsirov (hüquqşünas)
Elşad Nəsirov (Elşad Haqverdi oğlu Nəsirov; d. 1 iyul 1971. Babacan, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin dekan müavini, fakültə Elmi Şurasının katibi. Konstitusiya hüququ kafedrasının baş müəllimi. == Həyatı == Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib. 1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.
Elşad Nəsirov (siyasətçi)
Elşad Nəsirov (1960, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. == Həyatı == Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Fuad Nəsirov
== Siyahı ==
Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır.
Hacı Ələkbər bəy Nəsirbəyov
Nəsirbəyov Hacı Ələkbər bəy Atakişi bəy oğlu (1857, Dədəli, Şuşa qəzası – 1923, Qaryagin, Qaryagin qəzası) — qurucu, xeyriyyəçi, məmur == Həyatı == Hacı Ələkbər bəy Atakişi bəy oğlu 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında doğulmuşdu. Molla yanında, sonra məktəbdə oxumuşdu. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Quberniya katibi mülki çini vardı. Hacı Ələkbər bəy qurucu və xeyriyyəçi bir şəxsiyyət idi. Qaryagin kəndində dəyirman, məscid, klub tikdirmiş, kəhriz vurdurmuşdu. == Ailəsi == Ələkbər bəy Mina xanım Məşədi Ələkbər bəy qızı Zöhrabbəyova ilə ailə qurmuşdu. Sona xanım, Tovuz xanım, Mələk xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağlı hüquqşünaslar, Tarixi-ensiklopedik tədqiqat, Bakı Mütərcim, 2012, 252 səh.
Hafis Nəsiroğlu
Hafis Nəsiroğlu (1950, Bakı) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü. 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən Kirpi jurnalı nın baş rəssamı kimi fəaliyyət göstərir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
Hicran Nəsirova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir. 1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Qara Nəsirov
Qara Eldəniz oğlu Nəsirov (5 yanvar 1999, Beyləqan rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Qara Nəsirov 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitəndə mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qara Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qubad Nəsirov
Nəsirov Qubad Əsədulla oğlu (9 may 1925, Boradigah, Lənkəran qəzası – 2007, Boradigah, Masallı rayonu) — Sosialist əməyi qəhrəmanı. == Həyatı == Qubad Nəsirov 9 may 1925-ci ildə Masallı rayonu Boradigah kəndində anadan olmuşdur. Sosialist əməyi qəhrəmanıdır (1949). 1944–1975-ci illərdə Telman adına sovxozda briqadir, manqabaşçısı, Masallı şəhər sovetinin sədri, 1976-cı ildən Boradigah qəsəbə sovetinin sədri olmuşdur.
Qəhrəman Nəsirov
Qəhrəman Fərman oğlu Nəsirov (28 noyabr 2000; Bryansk, Rusiya — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəhrəman Nəsirov 28 noyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Qəhrəman Nəsirov 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Qəhrəman Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Nəsirov 10 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Nəsirov
Rafiq Əliş oğlu Nəsirov (27 may 1947, Sabirabad) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar (2000) və xalq rəssamı (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2017). == Həyatı == Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. Sonra 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == 1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edir ve həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir. Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub. == Ad və mükafatlar == "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 18 dekabr 2000 "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti Akademiyası Humay mükafatı — 2003 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 1 avqust 2007 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə) — 31 iyul 2017 == Filmoqrafiya == Rəssam kimi Bədbəxtliyin astanasında (film, 1977) (qısametrajlı bədii film) Əzablı yollar (film, 1982) (tammetrajlı bədii film) Yeddi gözəl (film, 1982) (tammetrajlı bədii film) Meyl (film, 1988) (qısametrajlı bədii film) Musiqili xaş (film, 1984) (qısametrajlı bədii film) Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film) Cin mikrorayonda (film, 1985) (tammetrajlı bədii film) Qəm pəncərəsi (film, 1986) (tammetrajlı bədii film) Araqarışdıran (film, 1987) (tammetrajlı bədii film) Şeytan göz qabağında (film, 1987) (tammetrajlı bədii film) Yaramaz (film, 1988) (tammetrajlı bədii film) Dəvətnamə (film, 1989) (qısametrajlı bədii film) Sahilsiz gecə (film, 1989) (tammetrajlı bədii film) Zirzəmi (film, 1990) (tammetrajlı bədii film) Bəxt üzüyü (film, 1991) (tammetrajlı bədii film) Qəzəlxan (film, 1991) (tammetrajlı bədii film) Nakəs (film, 1991) (tammetrajlı bədii film) Pəncərə (film, 1991) (tammetrajlı bədii film) Təbəssüm (film, 1992) (qısametrajlı bədii film) Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film) Yük (film, 1995) (tammetrajlı bədii film) Otel otağı (film, 1998) (tammetrajlı bədii film) Sarı gəlin (film, 1998) (tammetrajlı bədii film) Nə gözəldir bu dünya... (film, 1999) (tammetrajlı bədii film) Dronqo (serial, 2002) Hacı Qara (film, 2002) (tammetrajlı bədii film) Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) Küçələrə su səpmişəm (film, 2004) (tammetrajlı bədii film) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film) Məhkumlar (film, 2007) (tammetrajlı bədii film) Günaydın, mələyim! (film, 2008) (tammetrajlı bədii film) Ev (film, 2007) (qısammetrajlı bədii film) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) İlahi məxluq (film, 2011) (tammetrajlı bədii film) Vəkil hanı?
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. == Klub karyerası == Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Ramiz Nəsirov
Ramiz Kamal oğlu Nəsirov (d.1953, 7 dekabr), Xocalıda yaradılmış yerli özünümüdafiə batalyonunun döyüşçüsü. == Həyatı == Ramiz Nəsirov 7 dekabr, 1953-cü ildə Xankəndidə anadan olmuşdur. Orta təhsilini 1960–1971-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1971-ci ildə Sankt-Peterburq şəhərinə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini bitirdikdən sonra elə burada qalmışdır. 1975-ci ildə, Butko Tatyana Dmitriyevna adlı qadınla ailə qurmuşdur. Qarabağda erməni terroru başladıqdan sonra, 1988-ci ildə Azərbaycana gəlmiş, Xankəndidən qovularaq Xocalıda yerləşən qohumlarının yanına yerləşmişdir. Bir müddət sonra isə rus mənşəli həyat yoldaşı da buraya gəlmişdir. == Döyüş yolu == 1988-ci ildə Rusiyadan Azərbaycana qayıtdıqdan sonra Qarabağda yerli özünümüdafiə batalyonlarının yaradılmasında iştirak etmişdir. Xocalı soyqırımına qədərki müddətdə Xocalını müdafiə edən əsas şəxslərdən biri hesab edilir.
Roman Nəsirov
Roman Nəsirov (tam adı Roman Mixayloviç Nəsirov; d. 3 mart 1979-cu il) — Ukrayna Ali Radasın ın VII çağırış deputatı. == Həyatı == Roman Nəsirov 3 mart 1979-cu ildə anadan olmuşdur. 2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitunu "maliyyə" ixtisası üzrə bitirmişdir. 2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq ixtisasını bitirmişdir. Şərqi London Universitetinin maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi vardır. 2005-ci ildə ABŞ Cantor Fitzgerald / BGC investisiya bankının London ofisində broker işə düzəlir. 2008‑ci ildə Ukraynaya qayıdır və Concorde Capital-ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edir. 2009-cu ildə "Renaissance" Kiyev filialına rəhbərlik edir. 2014-cü ildən Deputat seçilənə qədər "БТГ Пактуал Комодітіс (Україна)" MMC-nin direktoru olub.
Ruslan Nəsirov
Ruslan Talıbxan oğlu Nəsirov (10 iyun 1974 – 6 mart 2015, Bakı) — Azərbaycan kino və dublyaj aktyoru. == Həyatı == Ruslan Nəsirov 10 iyun 1974-cü ildə anadan olub. Uşaq rollarının ifaçılarından biri idi. Ruslan Nəsirov Azərbaycan televiziyasında əcnəbi filmlərin dublyajı ilə məşğul olub. Ruslan Nəsirov 6 mart 2015-ci ildə Bakıda vəfat etmişdir. == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — dublyaj: Rüstəm (Revaz Çxikvişvili) Park (film, 1983) — rol: Marat (uşaq) Tənha narın nağılı (film, 1984) — rol: Sadıq Bəyin oğurlanması (film, 1985) — rol: Qasım Qəm pəncərəsi (film, 1986) — rol: Əhməd Yaramaz (film, 1988) — rol: Papiros satan Pəncərə (film, 1991) — rol: Köçəri Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — rol: Cəfər Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) — rol: Cəmil Bir anın həqiqəti (film, 2003) — rol: Fərəcov Qüdsi (film,2007) — film səsləndirən: Aleksandr Puşkin Adam (film, 2010) — Daşdəmir Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — səsləndirən Bəstəkar Cahangir Cahangirov (film, 2013) — Mətni oxuyan Günaydın, mələyim!
Röyal Nəsirov
Röyal İmran oğlu Nəsirov (16 mart 1997, Cəlilabad rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Rəşad Nəsirov
Rəşad Nəsirov (tam adı: Rəşad Nəsirov Barat oğlu; 24 iyul 1977, Bakı) — Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sabiq sədr müavini. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri (2023-h.h.). == Həyatı == Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı şəhəri 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. ANS, "Lider" telekanallarında və İctimai Televiziyada çalışıb. 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunub. 24 fevral 2020-ci il tarixində tutduğu vəzifədən azad olunub. 24 yanvar 2023-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.

Digər lüğətlərdə