Ness gölü bədheybəti
Ness Gölü bədheybəti (ing. Loch Ness Monster) və ya Nessi (ing. Nessie) — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. Uzun adı Loch Ness Monster (Ness Gölü bədheybəti) sayılır. İlk dəfə 1933-cü ildə dünyada xəbər olsa da ,tarixi 6-cı əsrə gedib çıxır. Onun mövcudluğunu iddia edənlər onu Plesiosauria cinsinə aid edirlər .Ancaq elm adamları Nessienin həqiqətən var olduğuna inanmır.
7-ci əsrdə Adomnan tərəfindən yazılmış "Müqəddəs Kolumbanın həyatı" əsərində bildirilir ki ,Ness çayında bir adam "su yırtıcısı" tərəfindən öldürülür .
22 iyul 1933-cü ildə George Spicer və onun arvadı yoldan keçən böyük bədənə sahib olan bir varlıq görürlər .
1933-cü ilin avqustunda gecə vaxtı Arthur Grant suiti və plesiosaurın hibridi olan və uzun boynu olan heyvan görür və o, iddia edir ki,Nessie də Arthuru gördükdən sonra gölə qayıdır .
1934-cu ilə aid olan bu şəkildə Nessienin başı ve boynu görwnwr.