NORTH-EASTWARD

north-eastward1

n şimal şərq

north-eastward2

adj şimal-şərq; ~ wind şimal-şərq küləyi

north-eastward3

adv şimal-şərqə, şimal-şərq istiqamətində

NORTH-EASTERN
NORTH-WEST
OBASTAN VİKİ
Rockstar North
North American Aviation
North American Aviation (NAA), mərkəzi qərargahı ABŞ-də yerləşən təyyarə istehsalı ilə məşğul olan şirkət idi. 1928-ci ildə yaradılıb, 1967-ci ildə North American Rockwell şirkətinin bir parçası olmuşdur. Hal-hazırda Boeing şirkətinin bir parçasıdır.
North Bay Nugget
"North Bay Nugget" — Kanadanın Ontario ştatının Nort-Bey şəhərində nəşr olunan qəzetdir. Qəzet hal-hazırda "Postmedia"ya məxsusdur. "Southam Newspapers" 1996-cı ildə "Thomson Newspapers" şəbəkəsini satın alaraq "Nugget və Star"ı ümumi mülkiyyət altında birləşdirmişdir. Qəzetlər 2001-ci ildə "Osprey Media"ya və 2007-ci ildə "Sun Media"ya satılmışdır. "Postmedia" 2015-ci ildə "Sun Media"nı satın almışdır.
North West Construction
Flora of North America
Şimali Amerikanın Florası (həmçinin ŞAF adlanır)ABŞ, Kanada, Müqəddəs Pierre və Mikelon və Qrenlandiya da daxil olmaqla Şimali Amerikanın yerli bitkilərini və təbiiləşdirilmiş bitkilərini təsvir edən çoxcildli əsərdir. Buraya briofitlər və damar bitkiləri daxildir. Bütün taksonlar təsvir edilir və dixotom açarlara daxil edilir, bütün növlərin və infraspesifik taksonların paylanması xəritələnir və növlərin təxminən 20%-i haqqında üçün xüsusi hazırlanmış xətt təsvirləri ilə təsvir olunur. Tamamlandıqda 30 cildi dolduracağı və Meksikanın şimalındakı bütün məlum floranın müalicəsi üçün ilk iş olacağı gözlənilir. Cildlərin iyirmi biri nəşr edilmişdir. Dərcdən qısa müddət sonra məzmunlar onlayn olaraq əlçatan olur. ŞAF dünyanın hər yerindən 1000-ə yaxın müəllif, rəssam, rəyçi və redaktorun əməkdaşlığıdır. == İstinadlar == "Flora of North America" eFloras.org 2012-11-05 ŞAF rəsmi saytı.
North American A-27
North American A-27 (Azərbaycanca: Şimali Amerika A-27), North American T-6 Texan döyüş təyyarəsinin hücum versiyasıdır, Taylandda yüngül hücum təyyarəsi kimi istifadə edilmişdir.
North American X-10
North American X-10, Bell X-9 Shrikedən sonra əldə edilən uçuş məlumatlarından sonra davam edən test proqramı. Proqramın məqsədi pilotsuz uçuş texnologiyası, müasir döyüş raketi köməkçisi proqramı və texnologiyasını inkişaf etdirməkdir.
North American X-15
X-15 A, çox yüksək hündürlüklərdə işləyə bilən, pilotlu, raketlə işləyən, hipersonik bir tədqiqat vasitəsidir. Bu vasitə; Boeing B-52 Stratofortress təyyarəsindən havada buraxılır və eniş nöqtəsinə göndərilir. Onun sürəti təqribən 6.7 Max (7200 km/saat) təşkil edir. NASA, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Dəniz Qüvvələri və North American Aviation aviasiya şirkətinin birgə proqramı nəticəsində çox yüksək sürətlə və çox yüksək yüksəkliklərdə insan və maddi amillər haqqında məlumat toplamaq üçün hazırlanmışdır. İlk uçuşunu 8 iyun 1959-cu ildə (B-52 daşıyıcı təyyarəsindən buraxılıb süzülərək) motorsuz etdi və motorlu olaraq ilk uçuşunu 17 sentyabr 1959-cu ildə həyata keçirmişdir. Cəmi 3 ədəd istehsal edilən bu təyyarə 22 avqust 1963-cü ildə yerdən 107 kilometr yüksəklikdə uçaraq hündürlük; 3 oktyabr 1967-ci ildə səs sürətini 6,7 dəfə (7200 km/ saat) üstələyərək sürət rekordlarını qırmışdır. 2004-cü ildə onun rekordunu NASA X-43 təzələmişdir. X-15 proqramı, Gemini layihəsi, Merkuri layihəsi, Apollon proqramı və kosmik servis kimi idarə olunan kosmik uçuş proqramları üçün hipersonik hava axını, aerodinamik istiləşmə, hipersonik sürətdə nəzarət və sabitlik, atmosferə nəzarət kimi mövzularda çox əhəmiyyətli məlumatlar verdi. Proqram 24 oktyabr 1968-ci ildə son uçuşu ilə başa çatdı. Təyyarəni idarə etmiş 12 pilot arasında Neil Armstrong kimi astronavtlar olmuşdur.
North Atlantic Treaty Organization
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
North American A-36 Apache
North American A-36 Apache/Invader (az: Şimali Amerika A-36 Apaçi/İşğalçı), North American Aviation şirkəti tərəfindən istehsal olunan North American P-51 Mustang qırıcı təyyarəsinin yer hücumları üçün nəzərdə tutulan versiyası; şığıyıcı bombardmançı versiyası. Düzbucaqlı şəklində mövcud idilər, İkinci dünya müharibəsinin Şimali Afrika, Aralıq dənizi, İtaliya və Çin-Myanma-Hindistan cəbhələrində cəmi 500 A-36 şığıyıcı bombardmançı təyyarəsindən istifadə edilmişdir. Vahidinin dəyəri 49.000 ABŞ dolları təşkil etmişdir. 1994-cü ildə A36, P51 və P51A versiyalarından ibarət Allison Motorlu Mustang seriyası buraxıldı. Bu seriyanı plastik modellər hazırlayan bir qrup şəxs tərəfindən yaradılan kiçik bir şirkət olan “Accurate Miniatures” (“Dəqiq miniatürlər”) şirkəti istehsal etmişdir.
North American B-25 Mitchell
North American B-25 Mitchell (North American NA-62), İkinci dünya müharibəsi dövründə ABŞ Silahlı Qüvvələrinin quru qoşunları, hərbi hava qüvvələri donanmasının hava qüvvələri tərəfindən Üçüncü Reyx və Yaponiyaya qarşı istifadə etdiyi cüt motorlu, North American Aviation tərəfindən istehsal olunan bombardmançı təyyarə. Təyyarənin adı general Billy Mitchelldən gəlir. B-25 Mitchell, xüsusi bir insan adı daşıyan hava qüvvələrinin yeganə təyyarəsidir. Mitchell, Birləşmiş Ştatların hava qüvvələrinin qurulması və inkişafında mühüm xidmətləri olmuş öncül bir əsgərdir. İstehsalı başa çatana qədər təxminən 10,000 B-25 səmaya qalxa bilmişdir. Bunların içərisində ondan ilhamlanaraq hazırlanmış bəzi versiyaları da vardır. Məsələn, Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi PBJ-1 bombardmançı təyyarəsi və Hərbi Hava Qüvvələrinin istifadə etdiyi F-10 fotoqrafik kəşfiyyat təyyarəsi kimi. Yaponiyanın Pearl Harbor hücumundan sonra, qisas hücumu olaraq planlaşdırılan “Doolittle Raid” (komandir: podpolkovnik Jimmy Doolittle) adlı hücumda istifadə edildi və daha çox B-25 adını buradan dünyaya tanıtdırmışdır. 28 iyul 1945-ci il, səhər saat 9:49-da bir ədəd B-25 Empayr Steyt Bildinq binasının şimal fasadına çırpılmışdır. 79 və 80-ci mərtəbələrə tuş gələn bu qəza nəticəsində 14 nəfər ölüb.
North American F-86 Sabre
F-86 Sabre (az: Qılınc), "North American" şirkəti tərəfindən istehsal olunan transonik qırıcı təyyarəsidir. İlk uçuşunu 1947-ci ildə həyata keçirmiş və təxmini olaraq bu qırıcıdan 9860 ədəd istehsal edilmişdir. Müasir F-15 təyyarələri meydana çıxana qədər ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmiş olan ilk havada üstünlüyü təmin edən təyyarə olmuşdur. Öz dövrünün ən üstün performansına malik olan təyyarələrindən biri olmuşdur və bunu rəqibi olan SSRİ mənşəli MiQ-15 təyyarələrinin qarşısında sübut etmişdir. Kanada tərəfindən də, lisenziya altında istehsal edilmişdir. Yer kürəsində uçan sonuncu F-86 Sabre hərbi təyyarəsi 1994-cü ildə Boliviya Hərbi Hava Qüvvələrindən istefaya göndərilmişdir. Uzun müddət ərzində Türkiyə Hərbi Hava Qüvvələrində də, xidmət etmişdir. Bu təyyarə bir ədəd General Electric J47-GE-27 turbojet motoru (Kanada istehsalı olan təyyarələr də daxil olmaqla) istifadə etmişdir. Müşahidə bucağı yüksək kanopi, hava-hava döyüşlərində atış avantajı təmin edən radarı, etibarlı və daşıdığı altı ədəd M3 Browning pulemyotu ilə üstünlüyünü sübut etmiş bu təyyarə Koreya müharibəsində də uçmuşdur. F-86 ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) ilk arxaya doğru əyilmiş reaktiv qırıcısıdır, ilk uçuşunu 1 oktyabr 1947-ci ildə həyata keçirmişdir.
North American P-51 Mustang
North American P-51 Mustang (Masteng), Böyük Britaniya-ABŞ ortaqlığı əsasında yaradılmış olan İkinci dünya müharibəsi qırıcı təyyarə modelidir. Yüksək hündürlükdə uçan ağır bombardmançıları müşayiət etmək üçün hazırlanmışdır. İkinci dünya müharibəsinin ən uğurlu təyyarələrindən biridir. Növü: Qırıcı təyyarə Mənşə: ABŞ İstehsalçı: North American Aviation İlk uçuş :26 oktyabr 1940 Xidmətə qəbul ili: 1942 Xidmətdən kənarlaşdırılması: 1984 Mövcud vəziyyəti: Xidmətdən kənarlaşdırılmışdır. Akrobatik nümayişlərdə hələ də istifadə olunur. Əsas istifadəçi: ABŞ Hərbi Hava Qüvvələri Digər istifadəçilər: 1) Kral Hərbi Hava Qüvvələri 2) Çin Respublikası Hərbi Hava Qüvvələri İstehsal sayı :15,000 ədəddən çox Vahidinin dəyəri: 50,985 US$ (1945) (2018-ci ildə 570,000 US$-a bərabərdir) Baza modelləri: 1) North American F-82 Twin Mustang 2) Piper PA-48 Enforcer 3) Rolls-Royce Mustang Mk.X Dəyişdirilmiş versiyaları: 1) North American A-36 Apache 2) Rolls-Royce Mustang Mk.X 3) Cavalier Mustang İkinci dünya müharibəsindən əvvəl və müharibənin əvvəlində bombardmançı fəlsəfəsi yalnız sürü halında və sıx nizam vəziyyətində bombardmançı basqının təsirli olacağını proqnozlaşdırmışdı. Bu təyyarələrin müdafiə silahları daha sonra inkişaf etdirilsə də, atəş gücünün bu qədər artırılması belə bir müddət sonra kifayət etməyəcəkdir. P-51 bu vəziyyətə bir həll yolu məqsədilə hazırlanmışdır. Yüksək hündürlükdə uçan uzun məsafəli Amerikan bombardmançılarını qorumaq P-51-lərin əsas vəzifəsi olmuşdur. Bu hədəf əsnasında yüksək hündürlükdə uçmaq üçün hazırlanmışdırlar.
North American XB-70 Valkyrie
North American XB-70 “Valkyrie”, USAF Strateji Hava Komandanlığı tərəfindən 1950-ci illərdə istənilən səs sürətinin (Mach 3) 3 qatında uçacaq bir nüvə bombardmançısının tələbi ilə hazırlanmışdır. Bu təyyarənin yaradılmasının Sovet İttifaqında yaratdığı təlaş nəticəsində MiG-25 Foxbat proqramı başladılmışdır. Layihənin təklif olunan dəyəri 1960-cı illərdə istehsal olunan iki prototipin uğurlu uçuşlarına baxmayaraq proqramın ləğvi ilə nəticələndi. Prototiplərdən biri 1966-cı ildə hava qəzası nəticəsində məhv olmuş, digər prototip isə nümayiş üçün ABŞ Hərbi Hava Qüvvələri Milli Muzeyinə yerləşdirilmişdir. Vahidinin dəyəri 1.5 milyard ABŞ dolları təşkil etmişdir.
North American XF-108 Rapier
XF-108 Rapier, North American Aviation aviasiya şirkəti tərəfindən SSRİ mənşəli supersonik kəşfiyyat və qırıcı təyyarələrinə qarşı (MiG-25 Foxbat) ABŞ və Kanadanı qorumaq üçün hazırlanması dizayn mərhələsində ikən dayandırılmış hərbi təyyarə. Layihənin proqram qiyməti 141.9 milyon ABŞ dolları təşkil etmişdir.
North American F-100 Super Sabre
F-100 Super Sabre (Super Qılınc); ilk prototip uçuşu 25 may 1953-cü ildə reallaşdırılmış, North American firması tərəfindən yaradılmış və dizaynı North American F-86 Sabre modelinə əsaslanan bir qırıcı-bombardmançı təyyarədir. SSRİ rəqibi Mikoyan-Gurevich MiG-19 olmuşdur. F-100C modellərinə əlavə olaraq qırıcı-bombardmançı tip olan F-100D modelləri də yaradılmış və çox geniş istifadə sahəsinə malik olmuşdur. Qırıcı qabiliyyətləri inkişaf etdirilmiş, 4 ədəd AIM-9 hava-hava tipli döyüş raketi ilə təchiz edilmiş və taktiki bombardmançı təyyarə olaraq gövdə altında M-61 nüvə silahı daşıya biləcək vəziyyətə gətirilmişdir. Ayrıca olaraq iki nəfərlik təlim təyyarəsi versiyası olan F-100F modeli də, mövcuddur. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən də, bu təyyarələrdən geniş şəkildə istifadə edilmişdir. 1953–1959-cu illər arasında 2294 ədəd istehsal edilmişdir ki, bunların da 1274 ədədi F-100D modeli olmuşdur. Bu təyyarələrdə Pratt & Whitney şirkəti tərəfindən F-86 təyyarələri üçün istehsal edilmiş olan J47 reaktiv mühərriklərinin təkmilləşdirilmiş versiyası olan J57 modelləri istifadə edilmişdir. "Afterburner"li olan bu mühərriklər 10.000lb gücündə itələmə gücü istehsal edən ilk ABŞ turbojetidir. F-100 təyyarələrinin ləqəbi "Super Sabre" olmuşdur.