QIRPIM

is. (adətən “bir”, “bircə” sözü ilə).
1. Göz yumub açınca keçən vaxt; an, ləhzə.
Dilbər bir qırpım dayandı. C.Cabbarlı.
Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız … qəzəblə dilləndi. M.Rzaquluzadə.

□ Bir qırpımda, bir göz qırpımında – bir anda, göz açıb yumunca, çox tez.
Bir qırpımda divardan aldı ələ qılıncı. S.Rüstəm.
Bir qırpımda gedirəm min illik bir həyata. R.Rza.
[Ayaz] bir göz qırpımında atın üstünə sıçrayıb … gözdən itdi. Ə.Məmmədxanlı.

2. Heyvanın (qoyunun, inəyin və s.-nin), yaxud qazın bir dəfəyə qırpa biləcəyi qədər az miqdar. Bir qırpım ot. Bir qırpım yonca.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIRPIM an — ləhzə
QIRPILMAQ
QIRPINMA
OBASTAN VİKİ
Bir göz qırpımı (roman)
"Bir göz qırpımı" - Fransız yazıçısı Ann Filip tərəfindən yazılmış monoloq. == Məzmun == Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu, vəfat etmiş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsl məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır. İnsan kitabı oxuduqca özünü, sevən bir qadının düşüncə selində hiss edir, onun yaşadığı iztirabları, sevincləri anbaan yaşayır. Ann Filipin ürək dağlayan bu sözləri bizə əsl sevginin nə olduğunu bütün çılpaqlığı ilə göstərir: “Sənə on gözlə baxmaq istəyirdim, hərəkətlərini, baxışlarını gözlərimə yığırdım. Gülümsəyirdim ki, sənin təbəssümünü görüm; əlini öpürdüm ki, əlimi necə öpdüyünə bir də baxım. Özüm-özümü arxayın edirdim ki, bunlar heç vaxt yadımdan çıxmayacaq. İstərdim əlinin yerləri bədənimdə həmişəlik qalsın, mənim çəkdiyim sığallar isə sənin bədənini çürüməyə qoymasın...

Digər lüğətlərdə