QIYMAQ₁

f. Heyfi gəlməmək, əsirgəməmək; bir şeyi başqasına rəva görmək.
Könül rəva görməz səni yad görə; Səni özgəsinə qıyan deyiləm. M.P.Vaqif.
[Tükəz:] Sənin evində zəhirmar da tapılmaz; olsaydı onu da qıyıb bizə verməzdin. M.F.Axundzadə.
[Sadıq:] Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ə.Haqverdiyev.

Omonimlər

  • QIYMAQ QIYMAQ I f. Gözlərini yarı yumaraq, qısaraq baxmaq. Hesabdar gözlərini qıyıb üfüqdə iki boy qalxmış günəşə baxdı (M

Antonimlər (əks mənalı sözlər)

  • QIYMAQ QIYMAQ – AÇMAQ Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı (M.İbrahimov); Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı

Etimologiya

  • QIYMAQ “Kəsmək” mənasını verən qıy sözü ilə bağlıdır. Bir şeyi kiməsə qıyanda sanki öz boğazından kəsib ona verirsən
QIYMA
QIYMAQ

Digər lüğətlərdə