QƏHİRƏ
QƏLBİ
OBASTAN VİKİ
Qəhrəman
Qəhrəman (q.yun. ἥρως) — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs, şöhrətləndirilmiş döyüşçü; həddindən artıq heyranlıq və sədaqət obyekti (kumir); fövqəlbəşəri güclərə malik ənənəvi miflərin (qəhrəmanlıq miflərinin), dastanların və əfsanələrin əsas personajı; ədəbi əsərin, tamaşanın, filmin və s. baş qəhrəmanı (ədəbi qəhrəman); müəyyən vaxt ərzində ümumi diqqəti cəlb edən şəxs (günün qəhrəmanı, qəzet xronikasının qəhrəmanı və s.); hər hansısa hadisənin, tarixi dövrün və ya hərəkatın mərkəzi fiquru; xarakteri və hərəkətləri ilə hansısa mühiti və ya dövrü ifadə edən şəxs (dövrümüzün qəhrəmanı); ideallaşdırılmış obrazı tarixin fərdiləşdirilməsinə xidmət edən milli siyasi mifin bir hissəsinə çevrilmiş şəxs (milli qəhrəman). Qəhrəman sözü ilk dəfə olaraq yunan mifologiyasından personajlar kateqoriyasına aid edilmişdir. Bu termin daha sonra digər mifologiyaların əlaqəli personajlarına şamil edildi: mifoloji, epik və ya əfsanəvi fiqur, çox vaxt ilahi mənşəli, böyük gücə və ya qeyri-təbii qabiliyyətlərə malik obrazlara Şumer-Akkadlarda Gilqameş, yunanlarda Axilles və Odissey, anqlosaksonlarda Beovulf, fransızlarda Roland, ruslarda İlya Muromets, amerikalılarda Hörümçək-adam, Azərbaycanda Koroğlu və s. buna misal göstərmək olar Qəhrəmanlıq mifləri mifoloji qəhrəmanın tərcümeyi-halı ətrafında qurulur və qəhrəmanın möcüzəvi şəkildə doğulmasından, yaşlı qohumları və ya düşmən qüvvələr tərəfindən sınanmasından, həyat yoldaşı axtarışı və evlilik sınaqlarından, bədheyvətlərə və digər istismarlara qarşı mübarizədən və ölümündən bəhs edir. Qəhrəmanlıq miflərinin ən mühüm elementini sınaqlar təşkil edir. Qəhrəmanlıq mifi qəhrəmanlıq eposları və nağıllarının formalaşmasının ən mühüm mənbəyidir .
Aşıq Qəhrəman
Aşıq Qəhrəman Hacallı (Qəhrəman Ələsgər oğlu İbrahimov) — Azərbaycan aşığı, şair, mahir söz ustadı == Həyatı == Aşıq Qəhrəman Ələsgər oğlu İbrahimov 1884-cü ildə Gəncə quberniyasının, Qazax qəzası, Yuxarı Hacallı (İndiki Tovuz rayonu Yuxarı Hacallı kəndi) kəndində dünyaya göz açıb. Uşaqlığı və gəncliyi Hacallı kəndində keçmişdir. Gənc yaşlarından aşıq-ozan sənətinə maraq göstərməsi, sazda gözəl havalar ifa etməsi ustad aşıqların diqqətini çəkib. Aşıq Qəhrəman Hacallının sazda hələ yeniyetmə yaşlarından “Ruhani”, “Ovşarı” və “Cəngi” havalarını nəfəs dərmədən səsləndirməsi indi də aşıqlar tərəfindən yada salınır. Aşıq Qəhrəman Aşıq Aslan(Köhnə Qışlaq kəndi), oğulları Aşıq Əlixan və Ziyadxan, Köçəsgərli Aşıq Avıl, Mülkülü Aşıq Musa kimi tanınmış yetirmələri var. O, sinədəftər və hazır cavablığı ilə xalq arasında şöhrət qazanmışdır. Aşıq Qəhrəman Hacallı Aşıq Səməd Öysüzlü və Aşıq Ələsgərdən dərs almışdır. Ustad Aşıq Ələsgərin sevimli şagirdlərindən biri olan Aşıq Qəhrəman “Koroğlu”, “Tufarqanlı Abbas, “Qurbani”, “Xəstə Qasım” və digər Azərbaycan Xalq dastanlarının mahir bilicisi olmuşdur. O saatlarla saz havalarnın müşaiyəti ilə dastan söyləmək qabiliyyətinə malik idi. Aşıq Qəhrəman 1936-cı ildə Azərbaycan SSR Aşıqlar Qurultayının nümayəndəsi olmuşdur.
Cəbrayıl Qəhrəman
Qəhrəmanov Cəbrayıl İsmayıl oğlu (1 sentyabr 1958, Laçın rayonu, Güləbird kəndi) ― pedaqogika üzrə fəlsəfə doktoru (2001), fizika metodikası üzrə alim, şair, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2016), "Bilik" tədris mərkəzinin direktoru. == Həyatı == Cəbrayıl Qəhrəman 1 sentyabr 1958-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. O, 1975-ci ildə Güləbird kənd orta məktəbini, 1981-ci ildə isə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1981–1991-ci illərdə Güləbird kənd orta məktəbində fizika müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. Cəbrayıl Qəhrəman 1992-ci ildə Laçının işğalından sonra Bakı şəhərində məskunlaşmışdır. O, 1993–1998-ci illərdə Bakı şəhərində fəaliyyət göstərən 34 saylı Laçın tam orta məktəbində fizika müəllimi işləmişdir. 1995-ci ildən Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun(indiki Təhsil Problemləri İnstitutu) dissertanturasına daxil olmuşdur. 1995–2000-ci illərdə orta məktəbdə fizika müəllimi işləməklə yanaşı, elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1998-ci ildən Laçın rayon 6 saylı tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. Cəbrayıl Qəhrəman 1998-ci ildə "Bilik" tədris mərkəzini təsis etmiş, hal-hazıra kimi həmin tədris mərkəzinə rəhbərlik edir.
Elxan Qəhrəman
Elxan Cahangir oğlu Qəhrəman (22 aprel 1965, Bakı) — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri (2016—2022), diplomat. == Həyatı == Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
Qəhrəman (Urmiya)
Qəhrəman (fars. قهرمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (21 ailə).
Qəhrəman (dəqiqləşdirmə)
Qəhrəman — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs. Həmçinin bu mənalara da gələ bilər: Qəhrəman (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Qəhrəman kəndi — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Qəhrəman (film, 1983) — 1983-cü ildə istehsal olunan hind filmi. Qəhrəman şəhər — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad.
Qəhrəman 108
Qəhrəman: 108 (ing. Hero: 108) — Cartoon Network və Cartoon Network beynəlxalq kabel şəbəkələrində və Yenq-Minq Törnc tərəfindən yaradılan ABŞ-də Kabillion OnDemand kanalında amerikan-ingilis-tayvan dillərində yayımlanan animasiya televiziya serialıdır. Serial, "Gamania", "Hong Ying Animation", "Telegael Teoranta" və "Turner Entertainment Networks International Ltd." ilə birlikdə "MoonScoop" tərəfindən istehsal edilmişdir. 1 Mart 2010-cu ildə yayıma başlamışdır. Cizgi serialı 7 may 2012-ci ildə Cartoon Network (Rusiya və Cənub-Şərqi Avropa), İngiltərədə, 30 aprel Cartoon Network-də yayımlanmağa başlayan başqa bir mövsüm üçün yeniləndi. Serial 9 iyul 2012 tarixində sona çatdı.
Qəhrəman Ağayev
Qəhrəman Hüseyn oğlu Ağayev (16 avqust 1950, Şahtaxtı, Noraşen rayonu) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində doğulub. Orta təhsilini 1956-1966-cı illərdə Naxçıvan şəhər 23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur və oranı 1972-ci ildə uğurla bitirir. Qəhrəman Ağayev 1975-ci ildən AMEA-da elmi fəaliyyətə başlamışdır. 1975-1991-ci illər ərzində Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzində, indiki AMEA-nın Naxçıvan Bölməsində elmi işçi vəzifəsində işləmişdir. 1991-ci ildən etibarən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətini davam etdirir. 1976-1979-cu illər ərzində SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda tanınmış arxeoloq, t.e.d., professor R.M.Munçayevin rəhbərliyi altında elmi fəaliyyətini davam etdirmiş, sonralar isə, 1981-1993-cü illər ərzində, ayrı-ayrı vaxtlarda elmi stajirovkalarda olmuşdur. 1977 və 1978-ci illərdə SSRİ Aexeologiya İnstitutunun Stavropol vilayətində fəaliyyət göstərən, Aleksandrovsk, 1991-1992-ci illərdə isə, Krasnoyarsk diyarının Xakasiya arxeoloji ekspedisiyalarında aparılan arxeoloji qazıntı işlərində iştirak etmişdəir. 1979-cu ildən etibarən Azərbaycanın, eyni zamanda Qafqazın, Yaxın Şərqin möhtəşəm və maraqlı abidələrindən biri olan, Şahtaxtı arxeoloji abidələr kompleksində müstəqil olaraq arxeoloji tədqiqat işləri aparır. Arxeoloji ədəbiyyatda son tunc-ilk dəmir dövrü abidəsi kimi tanınan Şahtaxtı abidələr kompleksində son illərdə aparılan arxeoloji tədqiqatlarla bu abidənin daha qədim dövrlərə aid olması müəyyənləşdirilmişdir.
Qəhrəman Binnətli
Qəhrəman Binnətli — (d. 04.03.1942- ö. 01.01.2004) Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Binnətli Qəhrəman Hümmət oğlu Gürcüstan Respublikasının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində dünyaya gəlmiş və Bakı şəhərində vəfat etmişdir. == Təhsil və elmi fəaliyyəti == 1964 Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1964–1992 Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) müəllim işləmişdir. 1990 Fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1991 Fizika üzrə Professor olmuşdur. 1992–1997 Аzərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləmişdir. 1995-1997-ci illərdə Türkiyənin Kütahya şəhərində yerləşən Dumlupınar Universitetində elmi ezamiyyətdə olmuşdur. 1997-2002 Аzərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri və eyni vaxtda Qafqaz Universitetində tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
Qəhrəman Məmmədov
Qəhrəman İsrafıl oğlu Məmmədov (13 avqust 1897, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı politexnik məktəbinin memarlıq-inşaat şöbəsini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Qəhrəman Nəsirov
Qəhrəman Fərman oğlu Nəsirov (28 noyabr 2000; Bryansk, Rusiya — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəhrəman Nəsirov 28 noyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Qəhrəman Nəsirov 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Qəhrəman Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Nəsirov 10 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəhrəman Qaraqaşlı
Qəhrəman Tağı oğlu Qaraqaşlı (1 may 1899, Yelizavetpol - ?) — ilk sovet etnoqrafı, tarix elmləri namizədi (1964). == Həyatı == Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Yelizavetpol (Gəncə) şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir. 1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar.
Qəhrəman Qəhrəmanov
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycan alimi, neyro-fizioloq, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1971). == Həyatı == Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Zəngəzur qəzasında anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir. == Elmi fəaliyyəti == 1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında "İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan ЕА-nın akademiki, professor Abdulla Qarayev olmuşdur. Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun "Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası"nda "Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair" mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur. Qəhrəman Qəhrəmanov 1971-ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı.
Qəhrəman Qəhrəmanzadə
Qəhrəman Qəhrəmanzadə (Tam adı:Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə; d.22 mart 1913; İran, Qaradağ mahalı, Əhər, Vərdin k. - ö.23 yanvar 1990, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Qəhrəman Qəhrəmanzadə 1913-cü ildə martın 22-də İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən Qaradağ mahalında, Əhər deyilən yerdə Vərdin kəndində doğulub. Kiçik yaşlarından Azərbaycanın Gəncə şəhərinə köçmüş, 1928-33-cü illərdə burada 6 saylı birinci dərəcəli ibtidai məktəbi bitirib Bakı pedaqoji texnikumunda təhsil almışdır. İki il Lək və Çobanabdallı kəndlərində ədəbiyyat müəllimi olmuş, 1935-37-ci illərdə APİ-də təhsilini davam etdirmişdi. 1943-44-cü illərdə "İran-Sovtrans"ında yanğınsöndürən vəzifəsində işləyib. 1945-ci ildə Hızbı-Tudeyi İran partiyası sıralarına daxil olub. Təbriz şəhər partiya komitəsinin büro üzvü seçilmiş, İranın cənubunda Düiful şəhərində iki il sürgündə qalmışdır. 1956-58-ci illərdə siyasi fəaliyyəti səbəbində ailəlikcə zindana salınmış 7 ay Tehranda işlədikdən sonra 1958-ci ilin oktyabrında Bakıya köçmüş, burada 1959-63-cü illər Bakı ali partiya məktəbində təhsil almış, 1963-1990-cı illərdə isə Azərittifaqda işləmişdir. 1990-cı ildə yanvarın 23-də Bakıda vəfat etmişdir.
Qəhrəman Rzayev
Qəhrəman Bəhmən oğlu Rzayev (16 oktyabr 1996; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəhrəman Rzayev 16 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Məmmədyar Fərzəliyev adına Beyləqan rayon Kəbirli kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Renat adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Qəhrəman Rzayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Qəhrəman Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Rzayev 7 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin atdığı minaatan mərmisi nəticəsində həlak olmuşdur.
Qəhrəman Süleymanzadə
Qəhrəman Rəfi oğlu Süleymanzadə (1 avqust 1910, Salyan, Cavad qəzası – 29 iyul 2001, Bakı) — Azərbaycan SSR partiya və dövlət xadimi. == Həyatı == Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsigəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926–1928) "Qırmızı Muğan" nəşriyyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931–1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934–1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935–1938) işləmişdir. 1938–1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940–1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942–1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946–1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948–1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957–1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966–1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir.
Qəhrəman ana
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Qəhrəman şəhər
Qəhrəman şəhər (rus. город-герой; ukr. місто-герой; belar. горад-герой) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. II Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir. Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi.
Qəhrəman Əhmədov
Əhmədov Qəhrəman Məmmədəli oğlu (7 oktyabr 1953, Gürcüstan SSR) — "Azvirt" MMC-nin baş direktorunun elmi işlər üzrə müavini, Texniki elmlər doktoru (2017), Əməkdar Mühəndis (2011), MDB ölkələrinin Fəxri yol işçisi (2012), Nəqliyyat doktoru, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki. == Həyatı == Əhmədov Qəhrəman Məmmədəli oğlu 7 oktyabr 1953-cü ildə Gürcüstan SSR-də anadan olmuşdur. 1970-ci ildə Tbilisi şəhərində orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Nəqliyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisas üzrə tikinti mühəndisi, avtomobil yolları mütəxəssisidir. Bundan başqa, Azərbaycan Dövlət İqtisadiyyat Universitetini (maliyyə və kredit mütəxəssisi) və Azərbaycan Patentləşdirmə İnstitutunu (ekspert-patentçi mütəxəssisi) fərqlənmə ilə bitirmişdir. İstehsalatdan ayrılmadan Ümumittifaq Dövlət Yol Elmi-Təqdiqat İnstitutnun (SOYUZDORNİİ) aspiranturasını bitirərək, 1988-ci ildə "Azərbaycan SSR şəraitində yol örtüklərində bitumtərkibli süxurların tətbiqi" mövzusunda disertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi, alimlik dərəcəsi almışdır. "Təbii-iqlim və qrunt-hidroloji şərayətlarini nəzarət almaqla beynəlxalq avtomobil yollarının qeyri-şərt yol geyimlərinin layihələndirilməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiya müvəfaqiyyətlə müdafiə edib. İxtisas 05.23.11 — Yolların metropolitenlərin, aeroportların, körpülərin və naqliyyət tunellərin tikintisi və layihəndirilməsi. == Əmək fəaliyyəti == 1976–1977-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunun böyük mühəndisi; 1977–1978-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Texniki İdarəsində böyük mühəndis, böyük ekspert; 1978–1985-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyınin Elmi-Tədqiqat Laboratoriyasında elmi işlər üzrə direktor müavini; 1985 −1990-cı illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elmi-Tədqiqat Laboratoriyasının direktoru; 1990 −1993-cü illərdə Azərbaycan Respublikası "Avtoyol" İstehsalat Birliyinin baş mühəndisi; 1993–1994-cü illərdə Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin vitse-prezidenti; 1994–1996-cı illərdə "AzərSənayeTikintiMaterialları" Dövlət Şirkətinin Xarici İqtisadi Assosiyasiyasının baş direktorunun birinci müavini; "Bakfininvestbank"ın Idarə Heyətinin Sədrinin birinci müavini və Müşahidə Şurasının sədri; 1996–1997-ci illərdə Xüsusi Quraşdırma Tikinti Nazirliyi "Santexquraşdırma" İstehsalat Birliyinin rəis müavini; 1997–1998-ci illərdə "Azərbaycannəqliyyatyoltikinti" Dövlət Şirkətinin vitse-prezidenti; 1998–2004-cü illərdə "AzQur" Səhmdar Cəmiyyətində tikinti rəisi, icraçı direktoru; 2004–2014-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də magistral yolların tikintisinin Layihə İdarəetmə Qrupunun direktoru vəzifəsində işləmişdir.
Qəhrəman Əliyev
Qəhrəman Əliyev (şair) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü. Qəhrəman Əliyev (məşqçi) — Peşəkar futbol məşqçisi.
İlham Qəhrəman
İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İlham Qəhrəman 24 aprel 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub. İbtidai və orta təhsilini Laçında alıb. 1983-cü ildə Bakı Maliyə-kredit texnikumunu fərqlənmə diplomu ilə bitirib və mühasib ixtisasına yiyələnib. Oxuduğu zaman Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Təyinatı Bakıda Material Ehtiyatları Komitəsinə ("Qossnab") verilmiş, ordan da "Azərtəchizkom"a (Azersnabsbıt) göndərilmiş, böyük iqtisadçı vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Laçın seçki dairəsindən deputatlığa namizəd olmuşdur. 2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub. Evlidir, üç övladı var.
Şahin Qəhrəman
Şahin Qəhrəman (tam adı: Rəhimov Şahin Qəhrəman oğlu; 1 may 1979, Maştağa) — Azərbaycan kinorejissoru. == Həyatı == Şahin Rəhimov (Şahin Qəhrəman) 1979-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 1986–1996-cı illərdə 187 saylı orta məktəbi, 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğunu bitirib. 2005–2009-cu illərdə ANS TV-də, 2009–2011-cu illərdə Azad Azərbaycan TV-də rejissor kimi çalışıb. === Ailəsi === 2004-cü ildə ailə qurub. Ailəlidir. 2 övladı var. == Filmoqrafiya == Qışlama əməliyyatı (2008, tammetrajlı film-tamaşa) rejissor Ssenarinin dağılması 2009 tammetrajlı film-tamaşa)- rejissor Yatmış gözəl (2009, tammetrajlı film-tamaşa) rejissor Birinci demokratın ölümü (2009, sənədli televiziya filmi) – rejissor Xilaskar bulaq (2010, sənədli televiziya filmi) – rejissor Qorxulu Rasputin (2010, sənədli televiziya filmi) – rejissor Azərbaycan sirləri (2010–2011, sənədli serial) – rejissor, montajçı Qərib yurdum – İrəvan (2011, sənədli televiziya filmi) – rejissor Ögey ata (film, 2013) — rejissor Toy gecəsi (serial, 2013) — rejissor Səni ürəyim sevdi (serial, 2014–2015) — rejissor Dəfnə ağacı (teleserial, 2016) — rejissor Günəşim ol (teleserial, 2016) — rejissor Laləli saray (film, 2017) — rejissor O gecə serialı 2018–2019- rejissor Bir qadın serialı 2019–2020- rejissor Vağzalı filmi-2019 Son nəfəs serialı 2020-?
Qəhrəman Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Qəhrəman Süleymanlı
Qəhrəman (film, 1983)
Hero (mənası: Qəhrəman) 1983-cü ildə istehsal olunan hind filmidir. Filmin rejissoru Subaş Qaydır. Ceki Şrof filmin əsas rolunda yer almışdır. O bu filmlə ilk uğurlarını qazanıb. Minakşi Sişadri isə 1981-ci il Hindistan gözəli müsabiqəsində iştirak edən və bu filmlə kifayət qədər uğur qazanan digər əsas rol ifaçısıdır. == Rollarda == Ceki Şrof — Ceki/Caykişan Minakşi Sişadri — Radha Matxur Sanciv Kumar — Damodar Matxur Şami Kapur — Şrikant Matxur Amriş Puri — Paşa Madan Puri — Baharat Rancit Bindu — Camuna — Radhanın dul xalası Baharat Buşan — Ramu Şakti Kapur — Cimi Tapa Urmila Bhat — Sandiya Matxur == Musiqi == Musiqilərin müəllifi Laxmikant Pyarelal cütlüyüdür. Sözlərin müəllifi Anand Bakşidir.
Mehdi Abbasov (milli qəhrəman)
Mehdi Abbasov (1 yanvar 1960, Yeniyol, Amasiya rayonu – 13 yanvar 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. SSRİ idman ustası. == Həyatı == Mehdi Abbasov 1960-cı il 1 yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. 1980-ci ildə Mehdi sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim etmişdir. Bir ildən sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi. O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman ustası" adını aldı.
Milli Qəhrəmanlar
Bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. == Tarix == Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 200 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 220 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri == İctimai-siyasi fəaliyyəti == SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. == Ailəsi == Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır.
Muğan Qəhrəmanı (1973)
== Məzmun == Televiziya filmi məşhur energetik Sarvan Salmanova həsr edilmişdir.
Muğan qəhrəmanı (film, 1973)
== Məzmun == Televiziya filmi məşhur energetik Sarvan Salmanova həsr edilmişdir.
Mübariz İbrahimov (milli qəhrəman)
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır. Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 45, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Mübariz Əhmədov (milli qəhrəman)
Mübariz Əhmədov (1 yanvar 1963, Sabirabad – 24 sentyabr 1992, Abdal, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur. == Döyüşlərdə iştirakı == Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi.
Məhəmməd Hacıyev (Sovet İttifaqı Qəhrəmanı)
Məhəmməd İmadutdinoviç Hacıyev (20 dekabr 1907, Qunib, Dağıstan vilayəti — 12 may 1942, Barens dənizi) — Sovet İttifaqı Qəhrəmanı, 2-ci dərəcəli kapitan, Şimal Donanmasının sualtı briqadasının birinci bölməsinin komandiri. "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülən ilk dağıstanlı. == Həyatı == Məhəmməd İmadutdinoviç Hacıyev 7 dekabr (20) 1907-ci ildə Dağıstanın Qunib rayonunun Meqeb Darqin kəndində kəndli ailəsində anadan olmuşdur. Atası İmadutdin avar, (digər versiyaya görə dargi),, papaq ustası idi. Anası Xurbiçə Qumuqdan olan lak idi. Bu səbəbdən MəhəmmədHacıyevin milliyyəti varlar, dargilər və laklar tərəfindən mübahisəyə çevrilib. Rəsmi olaraq Avar qeyd edilib. Uşaqlığı Qumuxda keçib. 1920-ci ilin aprelindən 1922-ci ilin mayına qədər Qırmızı Orduda xidmət edib. Telefon operatoru olaraq Şimali Qafqazdakı döyüşlərdə iştirak edib.
Məhəmməd Hüseynov (əmək qəhrəmanı)
Məhəmməd Hüseynov və ya Hacı Mir Məhəmməd Hüseynov (tam adı:Məhəmməd Səməd oğlu Hüseynov; 10 may 1927, Xırmandalı – 28 aprel 2001, Bakı) — Əməkdar inşaatçı, Sov.İKP-nin üzvü (1954), Sosialist Əməyi Qəhrəmanı (1980). == Həyatı == Məhəmməd Hüseynov 10 may 1927-ci ildə Masallı rayonu Xırmandalı kəndində andan olmuşdur. O, 1954-cü ilden Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə kolxozda başlamışdır. 1949-cu ilden Baki Baş Tikinti İdarəsində işləmişdir. Onun briqadası kommunist əməyi kollektivi adlanırdı. SOV. İKP 25 və 26-cı qurultaylarının nümayəndəçisi olmuşdur. == Fəaliyyəti == AzTV-nin inzibati binası, "Bakı" mehmanxanası, A. Şərifzadə adına "Aktyorlar evi", "Yaşıl teatr", Parlament binası, C. Cabbarlı adına Azərbaycan Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi ("Azadlıq" pr. 4), Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu onun müəllifliyi ilə inşa olunmuşdur. 1959–60-cı illərdə yaşıl teatrn tikintisi işlərini həyata keçirib.
Məhəmməd Həsənov (milli qəhrəman)
Məhəmməd Ələsgər oğlu Həsənov (9 avqust 1959, Qarasüleymanlı, Qasım İsmayılov rayonu – 18 noyabr 2020, Gəncə) — Azərbaycan hərbi xadimi, Azərbaycanın Milli Qəhrəmanı (1992). Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir. == Həyatı == Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. 1966–1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Kiyev şəhərinə gedir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilir. 1987-ci ildə Vətənə qayıdır və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir. 9 noyabr 2020-ci ildə avtomobil qəzasına düşür və 18 noyabr 2020-ci il tarixində vəfat edir.
Məhərrəm Seyidov (milli qəhrəman)
Məhərrəm Mirəziz oğlu Seyidov (7 sentyabr 1952, Alışar, Noraşen rayonu – 19 yanvar 1990, Kərki, Sədərək rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N. Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. 1969-cu ildə buradakı N. Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.
Məhərrəm Əliyev (əmək qəhrəmanı)
Əliyev Məhərrəm Əkbər oğlu (16 noyabr 1931, Təklə, Astraxanbazar rayonu – 5 sentyabr 2015, Təklə, Cəlilabad rayonu) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1951). == Haqqında == 16 noyabr 1931-ci ildə Azərbaycan SSR, Astraxanbazar (indiki Cəlilabad rayonu), Təklə kəndində anadan olmuşdur. 1948–1968-ci illərdə Astraxanbazarda Puşkin adına kolxozda kolxozçu, komanda rəhbəri, mühasib müavini və usta kimi fəaliyyət göstərmişdir. 1968-ci ildən etibarən Cəlilabad rayonunda Nərimanov adına fermanın müdiri olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 iyul 1951-ci il tarixli fərmanı ilə 1950-ci ildə yüksək tütün məhsulu aldığına görə Əliyev Məhərrəm Əkbər oğluna "Lenin" ordeni, "Oraq və Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı adı verildi. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1951-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 2002-cü ildən Azərbaycan Prezidentinin fəxri təqaüdü verilmişdir. 2015-ci il 5 sentyabrda yaşadığı Təklə kəndində vəfat etmişdir == İstinadlar == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Məkan Qəhrəmanov
Məkan Mübariz oğlu Qəhrəmanov (3 fevral 1999; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan — 10 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Ağcabədi rayon Minaxorlu kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Məkan Qəhrəmanov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində etmişdir. Hərbi xidmət müddətində 2018-cı il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında iştirak etmiş və fərqlənmişdir. Hərbi xidmətini 2020-ci ilin iyul ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məkan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məkan Qəhrəmanov 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Məlahət Qəhrəmanova
Məlahət Cəmil qızı Qəhrəmanova (d. 2 mart, 1961, Qazax, Azərbaycan SSR, Azərbaycan ) — araşdırmaçı-mütəxəssis, alim, Taras Şevçenko adına Kiyev Milli Universitetinin elmi işçisi və dissertantı, Nərgiz klinikasının direktoru və baş həkimi, Türkiyənin Beynəlxalq Altın Göl Başarı Mükafatı Laureatı və tibb elmləri doktoru. == Həyatı == Məlahət Qəhrəmanova 1961-ci il martın 2-də Qazax rayonunda anadan olmuşdur. 2006-cı ildən Bakıda fəaliyyət göstərən Nərgiz klinikasının başhəkimi və direktorudur. 7 Azərbaycan, 4 Avrasiya və 1 Dünya patentinin sahibidir. Hepatoprotektiv, ödqovucu, iltihab əleyhinə alınmış dünya patenti 2018-ci ilin İxracatçılıq Sahəsində Beşinci Respublika Müsabiqəsinin qalibi olmuş III- Dərəcəli Diploma layiq görülmüşdür. Bu dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir. Alim kimi bir çox ölkələrin xalq təbabətinin və təbii müalicə vasitələrinin araşdırılmasında iştirak etmişdir. 2016- ci ildə İqtisadiyyat Nazirliyinin xətti ilə keçrilən müsabiqədə qalib olaraq dövlət ixrac missiyasında iştirak etmiş, patentlər əsasında hazırlanmış məhsullarının, həmçinin saçın tökülməsinə qarşı olan Məlahət Balzamı və Gelinin xarici ölkələrdə təqdimati olmuş və böyük marağa səbəb olmuşdur. Bir çox xarici ölkələrdə sertifikat və diplomlara layiq görülmüş, həmçinin elmi məqalələri dərc olunmuşdur.
Məmməd Cəfərov (əmək qəhrəmanı)
Məmməd Abdulla oğlu Cəfərov (16 dekabr 1926, Şahtaxtı, Naxçıvan MSSR – 13 noyabr 1997, Naxçıvan) — Sosialist əməyi qəhrəmanı (1949). == Həyatı == Məmməd Cəfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1941–82-ci illərdə keçmiş Naxçıvan rayonundakı "Azərbaycan" kolxozunda briqadir, sonralar sədr, Naxçıvan şəhər inkubator stansiyasında direktor, Şərur rayonundakı 3 saylı tütünçülük sovxozunda direktor və s. vəzifələrdə işləmişdir. 1982-ci ildən Babək rayonundakı Böyükdüz cins düyə yetişdirmə kompleksinin direktoru idi. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı seçilmişdir. "Əmək şöhrəti" ordeni ilə təltif edilmişdir.
Məmməd Məmmədov (Sovet İttifaqı Qəhrəmanı)
Məmmədov Məmməd Cəbrayıl oğlu (1920, Baydarlı – 24 yanvar 1945, Ratovise[d], Aşağı Sileziya voyevodalığı[d]) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Məmməd Məmmədov 1920-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. Orta təhsilini Qax rayonu Baydarli kənd məktəbində almış və 7-ci sinfindən sonra Nuxa Pedaqoji Məktəbinə daxil olaraq 1939-cu uldə oranı bitirmişdir. Sonralar Qax rayonunun Almalı kənd orta məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuşdur. 1945-ci ilin yanvarında Almaniya ərazisindəki döyüşlərdə xüsusilə fərqlənmişdir. Yanvar ayının 22-də döyüş meydanından 4 yaralı əsgəri çıxarmış, yanvarın 23-də isə Qızıl Ordu komandirinin və 16 yaralının həyatını xilas etmişdir. 24 yanvarda Məmməd yaralılara kömək etmək məqsədilə almanlardan yenicə geri alınmış evə daxil olaraq faşistlərlə vuruşmağa başladı. Bu ev iki küçənin kəsişməsində yerləşdiyindən alman müdafiəsi uçun böyük əhəmiyyət kəsb edirdi. Odur ki, binaya yönəldilmiş əks-hücumun ardı-arası kəsilmirdi.
Məmmədsəfa Qəhrəmanov
Məmməd Səfa (25 iyul 1960, Şabran rayonu) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), ADMİU-nun professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi (2023). == Həyatı == Məmməd Səfa 25 iyul 1960-cı ildə Şabran rayonunda (keçmiş Dəvəçi) anadan olmuşdur. 1967–1977-ci illərdə Şabran şəhər 2 nömrəli tam orta məktəbində təhsil alıb. 1977–1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan dərs alıb. Buranı fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstutunun Dram və Kino aktyorluğu fakültəsinə daxil olub. 1980–1984-cü illərdə M. A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir. Burada Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" (Şahbaz bəy), Fridrix Şillerin "Qaçaqlar" (Şpigelberq), Stoyan Boyaqiyevin "Avtobus" (ər), Mar Bayciyevin "Duel", Qriqori Qorinin "Herostratı unudun" əsərlərinin tamaşalarında oynayıb.
Nadir Qəhrəmanov
Qəhrəmanov Nadir Fərrux oğlu (24 may 1945, Urud, Sisian rayonu) — Azərbaycanın tanınmış alimi, Sumqayıt Dövlət Universitetinin sabiq rektoru (2000-2013). BDU-nun "Ümumi fizika" kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Nadir Qəhrəmanov 1945-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində anadan olub.1967 -Azərbaycan Dövlət Universitetinin (BDU fizika fakültəsini bitirmişdir.1968 −2000-BDU-nun "Ümumi fizika" kafedrasında, laborant, müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.1976-cı ildə — "İnS — monokristalının alınması və bəzi fiziki xassələri" — mövzusunda namizədlik dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.1985-ci ildə — Moskva, SSRİ Elmlər Akademiyasının Radioelektronika İnstitutunda " AI3 BIII5 CVI9 — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması" – mövzusunda doktorluq dissertasiyası mudafiə edərək, Fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.2003-cü ildən Avroaziya İnzibati Elmlər Akademiyasının həqiqi üzvüdür.325 — elmi əsərin müəllifidir,10-monoqrafiyanın müəllifidir, 16-dərslik və dərs vəsaitinin müəllifidir,54-müəlliflik şəhadətnaməsinin və ixtiranın müəllifidir. Nadir Qəhrəmanovun əsas tədqiqat sahəsi Qeyri-adi fiziki xassələrə malik — tipli yeni üçqat yarımkeçirici birləşmələrin alınması, onların fundamental fiziki xassələrinin tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsidir. Bu günə kimi 35-magistrə elmi rəhbər olub və 11-elmlər namizədinə elmi rəhbər olub.2000–2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsində olmuşdur. == Əsərləri == Seçilmiş əsərlər 1. Электронографические исследования тонких пленок Cu3Ga5Sе9, полученных вакуумным осаждением, Доклады АН Аз.ССР, 1988, том 44, № 10, с.11–13. 2. Полиморфози леотропной жидкокристаллической системы анфифил вода-спирт, ДАН Аз.Респ. 1992, том 49, № 1, с.
Nadir Əliyev (milli qəhrəman)
Nadir Əliyev (tam adı: Nadir Alış oğlu Əliyev; d. 1962- ö. 1993) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir. == Döyüşlərdə iştirakı == 1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur. == Ailəsi == Ailəli idi.
Namiq Abdullayev (milli qəhrəman)
Namiq Vahid oğlu Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Vahid oğlu Abdullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər. == Döyüşlərdə iştirakı == Namiq 1992-ci ilin dekabr ayında cəbhəyə yola düşür. 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. N.Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı. Zirehli texnikanın heyəti məhv edildi və vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu.
Namiq Allahverdiyev (milli qəhrəman)
Allahverdiyev Namiq Müslüm oğlu (5 oktyabr 1967, Jdanov rayonu – 9 iyul 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə şəhər 1-nömrəli tam orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. == Döyüşlərdə iştirakı == 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir.
Natiq Məmmədov (milli qəhrəman)
Natiq Məmmədov (11 may 1975, Dağlı, Zaqatala rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == 11 may 1975-ci ild Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət “Dağıstan” kolxozunda çalışmışdır. Natiq Məmmədov subay idi. == Döyüşlərdə iştirakı == Natiq Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına çağrılırmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişdir. 1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı N.Məmmədov şücaət göstərərək şəhid olmuşdur. Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib. == Təltifləri == Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. == İrsi == Zaqatala rayonuda yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır.
Natiq Orucov (milli qəhrəman)
== Həyatı == Natiq Orucov 1973-cü ildə Masallı rayonunun, Qasımlı kəndində anadan olub. 1991-ci ildə Yeddioymaq kənd məktəbini bitirmiş, orta təhsil aldıqdan sonra ordu sırasına getmiş, 730 nömrəli Gəncə batalyonunda xidmət etmişdir. Həmin vaxt Azərbaycan ilə Ermənistan arasında Qarabağ münaqişəsi başlamışdı. Döyüşlər olduqca gərgin vəziyyət almışdı. Ağdərə rayonunun ona yaxın kəndinin ermənilərdən təmizlənməsində fəal iştirak etmiş və döyüşlərdə zəfər çalmışdır. 1992-ci il sentyabrın 22-də Ağdərə bölgəsində, Çıldıran kəndi uğrunda gedən döyüşdə, səngərdə ağır yaralanır. Ağrı ona aman vermir ki vermir. Axır ki, onu səngərdən Tərtər hospitalına gətirirlər. Həmin qızğın döyüşdən 5 gün sonra sentyabrın 27-də Natiq işıqlı dünyaya əlvida dedi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixlı qərarı ilə Natiq Əliyar oğlu Orucovun bir zaman təhsil alıdığı Masallı rayonundakı 1 nömrəli Şıxlar kənd əsas məktəbinə onun adı verilmişdir.
Natiq Əhmədov (milli qəhrəman)
Natiq İlyas oğlu Əhmədov (1 sentyabr 1969, Kosalar, DQMV – 26 sentyabr 1991, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Natiq Əhmədov 1 fevral 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olmuşdur.Natiq Əhmədov 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çağırır onu. Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlıf idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu. Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini-karateni öyrənmişdi. O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir.
Nazif Qəhrəmanlı
Nazif Ələkbər oğlu Qəhrəmanlı (1949-2012) — Filologiya elmləri doktoru, professor. == Həyatı == Nazif Ələkbər oğlu 1949-cu il martın 10-da Azərbaycannın Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakı Yeyinti Sənayesi Texnikumunda oxumuş (1966-1967), Bakı Universitetinin filologiya fakültəsini bitirmişdir (1973). 1975-ci ilin fevralından Azərbaycan Ensiklopediya¬sının Baş redaksiyasında işləmişdir: kiçik redaktor, elmi redaktor, böyük elmi redaktor, ədəbi nəzarət və komplektləşdirmə redaksiyasının müdiri, 1990-cı ildən Kütləvi nəşrlər və tərcümə redaksiyasının müdiri olmuşdur. 1993-cü ildən Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunda elmi işçi, 1995-ci ildən böyük elmi işçi, 1996-cı ilin yanvarından aparıcı elmi işçi işləmişdir. 2003-cü ildən MEA Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2002-ci ildən Bakı Qızlar Universitetinin professorudur. Sumqayıt Dövlət Universitetinin magist¬raturasında mühazirələr oxumuşdur. 1986-cı ildə Nizami adına Ədəbiyyat İnstitutunda “Mikayıl Rəfilinin ədəbi-tənqidi yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası, yenə həmin institutda 1999-cu ildə “Azərbaycan Ədəbiyyatı tarixçiliyi (XIX-XX əsrlər)” mövzu-sunda doktorluq dissertasiyası müdafiə etmişdir. İlk məqaləsi “Azərbaycan pioneri” qəzetində (1973), ilk resenziyası “Bakı” (axşam) qəzetində (1978) dərc olunmuşdur.

Digər lüğətlərdə