// Aram, rahatlıq.
□ Qərar tapmaq (tutmaq) – 1) bir yerdə, ya bir işdə sabitləşmək, dayanmaq. Olduğu yerdə qərar tapdı;
2) aram olmaq, sakitləşmək, rahat olmaq. Uşaq daha ağlamır, qərar tapdı.
3) dayanmaq, yerləşmək, oturmaq.
Qərardan düşmək (getmək) – 1) daha dözə bilməmək, səbr edə bilməmək, səbri tükənmək;
2) huşu başından çıxmaq, özünü itirmək. Xəstə qızdırmanın şiddətindən qərardan getmişdi.
Qərarı gəlməmək – səbri çatmamaq, hövsələsi çatmamaq, bir yerdə duruş tutmamaq. Musa kişi bütün günü heç bir iş görə bilmirdi.
Qərarı kəsilmək – 1) səbri gəlməmək, səbri kəsilmək;
2) taqəti kəsilmək.
Qərarı üzülmək – bax qərarı kəsilmək.
Qərarını almaq – bax qərarını kəsmək.
Qərarını kəsmək – səbrini, rahatlığını, aramını əlindən almaq, tükəndirmək.