Qanlı Meri
"Qanlı Meri" vodka və pomidor şirəsi əsasında hazırlanmış spirtli kokteyldir. Bu, Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) rəsmi kokteyllərindən biridir, "Müasir Klassiklər" (İngilis Modern Classics) kateqoriyası, mütəmadi içkilər (Longdrink) kimi təsnif edilir.
İngilis dilində Qanlı Meri ifadəsi ingilislərə qarşı törətdiyi qırğınlara görə Qanlı ləqəbini alan Kraliça I Meri Tudorun (1553–1558) adı ilə əlaqələndirilir.
== Tarixi ==
Bir neçə insan Qanlı Merinin ixtiraçısı olduğunu iddia edir. Bir sıra mənbələrə görə kokteyl dünya müharibələri arasında Corc Cessel tərəfindən icad edilmişdir. Kokteyl haqqında ilk qeyd 2 dekabr 1939-cu ildə "New York Herald Tribune"-də tapıldı:
Corc Cesselin hazırladığı müxbirlərin diqqətini çəkən və "Qanlı Meri" adlanan yeni içkisonrası başağrı (ing. hangover) əleyhinə içkisi: yarısı pomidor suyu, yarısı araq.
Lakin, təxminən 25 il sonra, 1934-cü ildən Nyu-Yorkdakı "King Cole" barında işləyən Fernand Petiot, The New Yorker qəzetinə (18 iyul 1964-cü il) Parisdəki "Harry's New York Bar"-ında barmen kimi işləyəndə "pomidor-araq" kokteylini hələ 1920-ci illərdə icad etdiyini söylədi:
Mən Qanlı Merini yaratdım. George Jessel kokteyli yaratdığını deyirdi, ancaq vodka və şirə idi və mən onu dadanda başqa heç nə yox idi. Mən şeykerin dibinə dörd böyük çimdik duz, iki çimdik bibər, iki çimdik acı bibər, bir qat Worcestershire sousu, bir neçə damcı limon suyu və bir az əzilmiş buz əlavə edirəm, iki unsiya araq və iki unsiya tomat şirəsi süzürəm.