QARASINCA

zərf Ardınca, dalınca.
[Bayram:] Kim ilə gap eləyirəm? Tarverdinin qarasınca söylənirəm. M.F.Axundzadə.
Camaat xörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca dişinin dibindən çıxanı deyir. İ.Məlikzadə.
Salatın qızardı.
Ürəyində “Allah abrınızı töksün”, – deyə gülüşənlərin qarasınca deyindi. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARASINCA bax: qarasına
QARASINA
QARASIZ

Digər lüğətlərdə