QEYS

Şərq ədəbiyyatında məhəbbət rəmzi olan bu söz dastanlarda dağ adı kimi də işlənir.

Sam tək-tənha yola düşdü, o qədər at sürdü ki, atasının torpağında olan gözəl, uca Qeys dağı deyilən dağı aşdı, atasının torpağından çıxdı. (“Sam şahzadə”)

QEYRƏZ
QEYSƏR
OBASTAN VİKİ
Qeys Aylan
Qeys Aylan — Şimali Ərəbistanın böyük və qüdrətli qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin alçaq yerlərində yaşayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın mərkəz və şimal hissələrinin geniş torpaqlarına yayıldılar. Onlar Məkkənin cənub-şərq və şimal-şərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra da İraq və Suriya torpaqlarına köç etdilər .
Qeys Sultanov
Qeys Cəmşid oğlu Sultanov (9 mart 1939, Naxçıvan – 10 yanvar 2023) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutu laboratoriyasının rəhbəri. Qeys Sultanov 1939-cu il martın 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1960-cı ildə Xarkov Dövlət Universitetində (XDU) təhsilini davam etdirmiş və 1963-cü ildə XDU-nu bitirmişdir. 1963–1966-cı illərdə Xarkov Aşağı Temperaturlar Fizika Texnika İnstitutunun (XATFTİ) aspirantı olmuşdur. 1974-cü ildə namizdəlik dissertasiyasını müdafiə edib. Q. Sultanov 1988-ci ildə doktorluq dissertasiyasını müdfiə etmişdir. Q. Sultanov 1988-ci ildən "Bərk cisimlərdə resonans hadisələri" laboratoriyasının rəhbəridir.
Sabit ibn Qeys
Sabit ibn Qeys (ərəb. ثابت بن قيس بن شماس‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Səqifədəki görüşdə görkəmli rol oynamışdır. Onun ölümü ilə bağlı iki fikir vardır. Daha məqbul olanı Raşidi xilafəti dövründə Nəcddə döyüş meydanında ölməsidir. Çin müsəlmanları arasında yayılmış başqa bir versiyaya görə, onun Tan sülaləsi dövründə Çində İslamın yayılmasında iştirak etdiyi, quru yolla Çinə gəldiyi və Çinin qərbindəki Sincan əyalətində vəfat etdiyi güman edilir.
Süleym ibn Qeys
Əbu Sadiq Süleym ibn Qeys əl-Hilali əl-Amiri əl-Kufi — 620-ci ildə Kufədə dünyaya göz açıb, Bəni-Hilal ibn Amiri qəbiləsindəndir. Etiqad və İslam tarixi barədə düşünən ilk yazar.Onun kitabı İslam tarixində yazılmış ilk kitabdır. Süleym Hicrətdən 2 il əvvəl dünyaya gəlib.Peyğəmbər vəfat edərkən onun 12 yaşı var idi.O, 15 yaşında bir gənc ikən Ömərin hakimiyyətinin ilk dövrlərində,hicrətin 16-cı ilinin əvvəllərində Mədinəyə gəlib.Mədinəyə gəlməsiylə birlikdə o zamanın abu-havası,mədəni və elmi şərtləri Süleymin diqqətini çəkdi.Camaat savadsızlığı üstün tutub cahiliyyə dövrünə geri qayıdırdı.Digər tərəfdən hakimiyyəti qəsb edən rəhbərlər camaatın dindən uzaqlaşması və dini təlimlərin unudulması üçün Peyğəmbərin sözlərini və hərəkətlərini yazıb toplamağı və başqalarına nəql etməyi qadağan etmişdilər.Hədis yazılması xüsusilə Ömər İbn Xəttabın hakimiyyəti dövründə tamamilə dayandırılmışdı. Süleym bin Qeys gənc yaşlarında belə qaranlıq və narahat bir mühitə daxil olmuşdu.Süleym bu mühiti görüb gizlicə İslam təlimlərini,tarixini toplamağa və yazmağa başladı.Həmin dövrün başçılarının gözlərindən uzaq düşmüş Peyğəmbərin səhabələrindən eşitdikl rini yazır və tarixi hadisələrin incəliklərini xəbər alırdı.Hicrətin 23-cü ilində Osman ibn Əffan hakimiyyətə gəldi.Əvvəlki qadağaların eynilə Osman ibn Əffanın dövründə də davam etməsinə və daha da şiddətlənməsinə baxmayaraq gizlicə tarix və hədis yazmağa davam edirdi. Süleymin qələmə aldığı dövrün tarixi İslamın ən əhəmiyyətli, Peyğəmbərdən (s) sonra ümmət arasında əsrlərdən bəri davam edən fikir ayrılıqlarının mənşəyi sayılacaq dövrdür.Bu cəhətdən də Süleymin kitabı həmin dövrdə baş verən hadisələrə aydın və parlaq işıq salır. Həmçinin Süleymin hədislərin seçilməsinə,dəqiqləşdirilməsinə xüsusi diqqət göstərdiyi də kitabın mövzularından və baş vermiş hadisələrin əhəmiyyətindən də görünür.Aşağıda hədis kitablarında qeyd edilən,lakin heç bir kitabda Süleymdən əvvəl zikr edilməyən əhəmiyyətli tarixi hadisələr bunlardır: Qədir-Xum hadisəsi; Səqəleyn hədisi; Mənzilət hədisi; Səfinə(Nuhun gəmisi) hədisi; Hittə qapısı hədisi; Kövsər hovuzu hədisi; Qapıların bağlanması hadisəsi; Kisa hədisi və "Təthir ayəsi"; Mübahələ hadisəsi; Peyğəmbərin(s)yazmaq istədiyi vəsiyyət hadisəsi. İslam aləmində Süleymin qələmə aldığı bu kitabdan daha qədimi yoxdur.Birçox tarixi hadisə və həqiqətlər incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.Kitabda həmçinin İslam,iman,onun şərtləri və dərəcələri,Allahın höccətləri,Allahın kitabının təfsiri,xilafət və imamət barədə müsəlmanların əqidələri,vilayət,on iki İmamların(ə)şəxsiyyətləri,elmin bəyanı,digər səmavi kitablarda qeyd olunmuş bəzi məsələlər,cənnət və cəhənnəm kimi əhəmiyyətli etiqadi mövzular öz əksini tapmışdır. Bununla yanaşı,xüsusi əhəmiyyət kəsb edən tarixi hadisələr,Peyğəmbərin(s) Bədr,Ühüd,Xeybər,Xəndək,Hüneyn,Təbuk kimi savaşlarından,Hüdeybiyyə sülhü və Məkkənin fəthi hadisələrindən,İmam Əlinin(ə) rəhbərliyi altında baş vermiş Siffin, Nəhrivan və Cəməl savaşlarından geniş bəhs edilir.Həmçinin İslam tarixinin xilafət məsələləri,səhabələrin şəxsiyyəti və.s məsələlər oxucuya həmin dövr barədə geniş təəssürat bəxş edir. Süleymin kitabının elmi dəyəri İmamlar(ə) və eləcə də bir çox alimlər tərəfindən təsdiq edilmişdir.Həmçinin Süleym bin Qeys`in İmam Əli(ə),İmam Həsən(ə),İmam Hüseyn(ə),və İmam Əli ibn Hüseyn Səccadın(ə) xas səhabələrindən və yaxın dostlarından biri olması da bu kitabın doğruluğunu təsdiq edən dəlillərdən biridir. Belə ki İmam Cəfər Sadiq(ə) buyurur: "Bu kitab şiənin əlifbası və Muhəmməd ailəsinin sirlərindən bir sirdir".
Şəms Qeys Razi
Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi (XII əsr, Rey – XIII əsr) — XIII əsr İran şairi. Şəmsəddin Məhəmməd bin Qeys ər-Razi əvvəlcə Xarəzmşahlardan Əlaəddin Məhəmməd bin Tekişin dövründə, sonra isə onun oğlu Cəlaləddin Manqburnunun dövründə yaşayıb-yaratmışdır. Qeys ər-Razinin anadan olduğu il məlum deyildir, lakin Razi nisbəsi onun Tehranın yaxınlığındakı Rey şəhərindən olduğunu bildirir. Ümumiyyətlə orta əsr mənbələrində , məsələn, Hacı Xəlifənin "Kəşf əz-zünun" XIX əsrdə yaranmış Şəmsəddin Saminin "Qamusül-əlam" və digər əsərlərdə Şəms Qeys Razi haqqında demək olar ki, məlumata rast gəlmirik. Qeys Razinin həyat və yaradıcılığı haqqında biz yenə də ən çox məlumata onun "əl-Möcəm fi məayiri əşar əl-Əcəm" əsərinin dibaçəsində təsadüf edirik. Buradan məlum olur ki, Qeys Razi uzun müddət Mavərənnəhr və Xorasanda yaşamışdır. O, təqribən hicri-qəməri 601-ci il, miladi təqvimlə 1204-cü ildən sonra beş-altı il Buxarada, hicri- qəməri 614, miladi tarixlə 1217-ci ildə isə Mərvdə yaşamışdır. O, ümumiyyətlə Xarəzmşah Əlaəddin Məhəmməd bin Tekişin yaxın adamlarından olmuş, hətta 1217-ci ildə Xarəzmşah Bağdada yürüş edərkən Qeys Razi də onunla olmuşdur. Sonralar monqollar Xarəzmşahı təqib edərkən də Qeys Razi şahın dəstəsində olmuşdur. İraq yürüşünün uğurla nəticələnməməsindən sonra Şəms Qeys bir neçə il İraq və İraqi-Əcəm torpaqlarında yaşamışdır.
Əşəs ibn Qeys
Aban ibn Səid (599, Şəbva mühafəzəsi – 5 mart 661, Kufə, ərəb. أبان بن سعيد بن العاص‎) — 7-ci əsrin İslam hərbi və siyasi lideri, Hadramautdakı əl-Kinda qəbiləsinin başçısı. Əl-Əşəs ("saçları dağınıq"), daha az olaraq əl-Əşədidi ("üzündə çapıq var") və cənubi ərəbcə "xain", "aldadan" mənasını verən Urf əl-Nar kimi tanınır. Tam adı Əbu Məhəmməd Mədikarib ibn Qeys ibn Mədikarib əl-Kindi əl-Əşəsdir. O, əl-Haris ibn Müaviyənin ailəsinə mənsub idi. O, Murad qəbiləsinə qarşı yürüşdə iştirak edir, bu zaman atası öldürülür, əl-Aşaşın özü isə əsir düşür və fidyə olaraq 3000 dəvə verməli olur. 631-ci ildə o, Mədinəyə gələn və Məhəmməd peyğəmbərə beyət edən əl-kindi qəbiləsindən bir heyətin başında idi. Onun bacısı Kayla Məhəmməd peyğəmbərlə evlənməli idi, lakin o, Mədinəyə gəlməmişdən əvvəl ölür. Məhəmməd peyğəmbərin vəfatından (632) sonra əl-Əşəs öz qəbiləsi ilə üsyan qaldırdı və ən-Nüceyr qalasında müsəlman qoşunları tərəfindən mühasirəyə alındı. Rəvayətə görə, o, özü və başqa doqquz nəfər üçün toxunulmazlıq müqabilində qalanı təslim etdi.
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Qeys ibn Musahir əs-Səidavi
Qeys ibn Müsahir əl-Səidavi — Hüseyn ibn Əlinin elçisi idi və o Hüseyn ibn Əlinin oraya gəlmək niyyəti haqqında insanlara xəbərini çatdıraraq Kufəyə tərəf getdi. Hüseyn ibn Əli Əl-Rumma istiqamətindən Əl-Həcirə çatdı, Müslüm ibn Əqildən Kufə əhalisinin Hüseyn ibn Əlini Yezidə qarşı dəstəkləmək istədiklərini bildirən məktuba cavab xəbərini Qeysə çatdırdı. Onların hazırlığı Müslüm ibn Əqilə beyət etdikdən sonra gəldi. Hüseyn ibn Əli, Qeys ibn Müsahirlə birlikdə Kufə əhalisinə göndərdiyi məktubunda belə bir xəbər tərtib etdi: "Müslüm ibn Əqilin məktubu mənə çatdı. Orada o, mənə sizin bizi dəstəkləmək və haqqımızı tələb etmək üçün həmfikir olduğunuzu bildirir. Allahdan yalvarıram ki, bizi yaxşı işlər görməyə və sizi Onun mükafatlarının ən böyüyü ilə mükafatlandırsın. Mən zilhiccə ayının səkkizinci günü Məkkədən sizin yanınıza gəlmişəm, əgər elçim sizə yetişərsə, mövqeyinizi qoruyun, çünki bir neçə gündən sonra sizə gəlib çatacağam”. Müslümin xəbəri Hüseyn ibn Əliyə, məruz qaldığı xəyanət barədə çatanda, Hüseyn ibn Əli artıq Qeysi oraya gəlmək niyyəti ilə bağlı həmin xəbərin cavabı ilə göndərmişdi. Lakin bir neçə gün ərzində Müslüm Kufə valisi Übeydulla ibn Ziyadın əmri ilə əsir götürüldü və öldürüldü. Qeys Kufəyə gedərkən Əl-Hüseyn ibn Təmim ət-Təmiminin əsgərləri tərəfindən Qədisiyyədə əsir götürüldü və beləliklə İbn Ziyadın məhkəməsinə aparıldı..
Bank-du-Qeysir
Bank-du-Qeysir (fr. Banc du Geyser) — Hind okeanında yerləşən yaşayışı olmayan kiçik rifdən təşkil olunmuş adalar qrupu. Rifdən təşkil olunmuş quru parçaları Mozambik boğazının şimal-şərqində, Mayyotedən 125 km şimal-şərqdə, Qloryoz adalarından 112 km cənub-qərbdə, Madaqaskardan 200 km şimal-qərbdə yerləşir. Qayalar ümumiyyətlə 1,5–3 m ARASI yüksəklikdədir. Ən böyüyü Cənub qayası 8 metr hündürlüyə sahibdir. Riftin şərq hissəsində çəmən və kiçik çəmənlərlə örtülmüş hündürlüyü 1 ilə 3 m arasında ərazilər vardır Burada yerləşən kiçik qayalıqlar və rifləri çıxmaq şərti ilə uzunluğu 8 km, eni 3 kmdir. Ərazidə çoxlu sayda dəniz quşu vardır. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar və Komor adaları iddia edir. Qeysir rifi ilk dəfə 700-cü illərdə ərəb dənizçiləri tərəfindən aşkarlanmış və 800-cü illərdə isə naviqasiya xəritələrinə salınmışdır.
Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, "Zəbur" kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Bəndi-Qeysər
Bəndi-Qeysər (ərəb. بند قیصر‎‎, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir. == Tarixi == Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir. == Texniki xüsusiyyətləri == Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m.
Qeysanilik
Qeysanilər — Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn Hənəfiyyənin imamətini qəbul edən dini cərəyanlardan biri olmuşdur. Qeysanilər Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin imamətini qəbul etmiş şiə yönümlü təriqətlərdən biridir. Bu təriqətin yaradıcısı Muxtar ibn Əbu Übeyd Səqəfi olmuşdur. O Abdulla ibn Zübeyrin (64/684–73/692) hakimiyyəti zamanı Xilafətdə siyasi qeyri-stabillikdən və daxili çəkişmələrdən istifadə edərək, Kufəyə gəlib Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin xeyrinə fəal təbliğat aparmışdır. Müsəlman tarixçiləri qeyd edirlər ki, Məhəmməd ibnül-Hənəfiyyənin bu barədə xəbəri olmayıb. Onun adından istifadə edərək, fəaliyyət göstərən adamlarla da onun əlaqələri olmamış Muxtarı isə o rədd etmişdir. Tarixçilərin yazdıqlarına görə, Muxtar müsəlmanların peyğəmbər ailəsinə qarşı məhəbbətindən sui-istifadə edən adamlardan olmuş və pis məqsədlər güdmüşdür. Xəlifə Əlinin hakimiyyəti vaxtı o, İraqda yaşamış, onun ölümündən sonra isə Bəsrəyə getmişdir. Hüseyn ibn Əli Kərbəlada şəhid ediləndən sonra Muxtar dövlətin əleyhinə apardığı təbliğata görə Əməvilərin Kufədəki canişini Übeydulla ibn Ziyad tərəfindən həbs edilmişdir. Azadlığa buraxılandan sonra isə Əməvilərə qarşı üsyana qalxmış Abdulla ibn Zübeyrin hərəkatında fəal iştirak etmişdir, sonda ondan İraqa göndərimləsini xahiş etmişdir.
Qeysanilər

Qeysaniyyə

Qeysnab (Bostanabad)
Qeysnab (fars. قيصناب‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (51 ailə).
Qeysər Kaşıyeva
Qeysər Seyfulla qızı Kaşıyeva (7 iyun 1893, Tiflis – 17 aprel 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan rəssamı. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir. Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907–1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir, lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olmuşdur. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi.
Qeysər kəsiyi
Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir. Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Qeysəriyyə (Ordubad)
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Qeysəriyyə abidəsi

Qeysərəq (Sərab)
Qeysərəq (fars. قيصرق‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,273 nəfər yaşayır (539 ailə).
Əsəd Qeysər
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır. 1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Fələstin Qeysəriyyəsi
Qeysəriyyə (ivr. ‏קֵיסָרְיָה‏‎ ; yun. Καισάρεια lat. Caesarea Maritima) — müasir İsrailin Aralıq dənizi sahilində yerləşən qədim şəhəri. == Şəhərin adı == Şəhər Yəhudi kralı Böyük Hirod tərəfindən Roma imperatoru Sezar Avqustun şərəfinə Qeysəriyyə adlandırılmışdır, o, əvvəllər yəhudilərə itirdiyi torpaqları ona vermişdi. == Şəhərin tarixi == Şəhərin tarixi finikiyalılar liman yaxınlığında kiçik bir qəsəbə qurduqları zaman, Əhəməni hakimiyyəti dövrünün sonlarına (e.ə. IV əsrin ortalarına) gedib çıxır və onu Şarşon qalası (yunan dilində Straton qalası) adlandırırdılar. Eramızdan əvvəl 96-cı ildə Qeysəriyyə Yəhudi kralı Aleksandr Yanna tərəfindən fəth edildi və bununla da yəhudi yaşayış məntəqəsinə çevrildi. 63-cü ildə Roma sərkərdəsi Pompey tərəfindən Yəhudeya fəth edildikdən sonra Straton Qülləsi yenidən qeyri-yəhudi yaşayış məntəqəsinə çevrilir.
Qeysər Xəlilov
Qeysər Veysəl oğlu Xəlilov (9 oktyabr 1929, Nuxa, Zaqatala-Nuxa dairəsi – 7 aprel 2000, Bakı) — fəlsəfə elmləri doktoru (1984), professor (1989), Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (Şirkətinin) sədri (1990–1991). Qeysər Veysəl oğlu Xəlilov 1929-cu ildə Nuxada (hazırkı Şəki) sənətkar ailəsində anadan olmuşdur. Yeddiəppəklər nəslindəndir. 1936–1946-cı illərdə Nuxa şəhər 10 saylı orta məktəbdə təhsil aldıqdan sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və buranı 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio Komitəsində kiçik redaktor kimi başlamış, sonrakı illərdə radio verilişləri redaksiyasında işləmiş, Dövlət Televiziya və Radio Komitəsində televiziyanın təbliğat və informasiya baş redaksiyasına başçılıq etmişdir. 1954-cü ildən Azərbaycan radiosu və televiziyası kollektivinin partiya komitəsinin katibi olmuşdur. 1963-cü ildə Qeysər Xəlilov Azərbaycan SSR "Bilik" cəmiyyətinin idarə heyəti sədrinin birinci müavini seçilmiş və 1990-cı ilədək bu vəzifədə çalışmışdır. 1990-cı il fevralın 1-də Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, elə həmin gün "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 1991-ci ilin mart ayında o, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri təyin edilmiş, 1991-ci ilin sentyabr ayından isə Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri işləmidir.

Digər lüğətlərdə