QUTLU

sif.zərf qəd. Uğurlu, səadətli, xoşbəxtlik gətirən.
Başıma qutlu ayağın gəldi basdı ol nigar; Kölgəsi düşdü bana sərvixuramanın yenə. Nəsimi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUTLU uğurlu
QUTANQUŞU
QUTTAPÉRÇA
OBASTAN VİKİ
Qutlu (Urmiya)
Qutlu (fars. قطلو‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 716 nəfər yaşayır (195 ailə).
Fəxrəddin Qutlu bəy
Hacı Fəxrəddin Qutlu bəy — Ağqoyunlu tayfa ittifaqının başçısı. Əlaəddin Turəli bəyin oğlu. == Həyatı == Tam adı Hacı Fəxrəddin Qutlu ibn Turəli bəyin doğum tarixi haqqında əlimizdə məlumat yoxdur. Onun atası Turəli bəy öldükdən sonra hakimiyyətə gəldiyi bilinir. Professor Mükrimin Xəlil Yinançın yunan tarixçisi Panaretosun vaqiyənaməsindən etdiyi tərcümədə III Alekseyin 1363-cü ildə ailəsi ilə birlikdə Qutlu bəyi təbrik etmək üçün yola düşmək istəməsi lakin vəba səbəbindən səfərin baş tutmaması haqqında məlumat öz əksini tapır. Bu da Qutlu bəyin atasının yerinə 1363-cü ildə artıq taxta çıxdığını və Turəli bəyin təxmini bu tarixlərdə vəfat etdiyini göstərir. Hələ Turəli bəyin sağlığında Ağqoyunlu tayfa ittifaqı 1340-cı ildən etibarən tez-tez Trapezund imperiyası üzərinə yürüşlər edirdi. Yenə Panaretosda Amid türkmənlərinin yunanlarla ilə döyüşdüyü barədə məlumatlar öz əksini tapır. 1343,1348-ci illərdə etdiyi hücumlarla Trabzon-Rum imperatoru III Alekseyin gözünü qorxutmağa müvəffəq olan Turəli bəy 1352-ci ildə oğlu Qutlu bəyi III Alekseyin qızı Maria Kommenosla evləndirir. Bu izdivaç tərəflər arasında münasibətləri tənzimləmək rolunu daşıyırdı.
Qutlu-Məhəmməd Təvəkkülov
Qutlu-Məhəmməd Mameşoviç Təvəkkülov (Rusca: Алексей Иванович Тевкелев / Aleksey İvanoviç Tevkelev, tat. Qotlımөxəmmət Mameş uğlı Təfkilev, Котлымөхәммәт Мамеш улы Тәфкилев, قوتلومحمد‎‎; 1674—1766) - tatar murzası Təvəkkülovların soyundan, rus diplomatı, Çelyabinskin qurucusu, general-mayor (1755). Vəzifəsinə I Pyotr zamanında başladı. Onun yanında Prut(1711) və İran səfərləri (1722—1723) sırasında tərcüməçi vəzifəsində xidmət etmişdi.
Qutlu Musa türbəsi
Qutlu Musa türbəsi, Sarı Musa türbəsi və ya Xaçındərbətli türbəsi — Azərbaycanda tarixi abidə. Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir. Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun özünəməxsus bir şəkildə həll edilməsidir. Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xarcindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Bilgə Qutluq xan
Bilgə Qutluq Tenqri xaqan — İkinci Göytürk xaqanlığının VI xaqanı, Bilgə xaqanın ikinci oğlu. == Hakimiyyəti == Qardaşının vaxtsız ölümündən sonra taxta gəlmişdi, kiçik olduğundan əsas hakimiyyət anasında idi. Xaqanın gücü azalır, tayfalar imperiyadan ayrılırdı.Böyük Hun imperatorluğu dağıldıqdan sonra Mərkəzi Asiya, Altay və Böyük Çöl ərazilərində yaşayan türklər Jujan dövlətiinin əsarəti altına düşdülər. Xaqan qərb şadını öldürsə də, şərqin şadı Pan Kül Tegin üsyana başlamışdı. Xaqanı devirən şad, qısa zamanda özü də öldürülmüşdü. İmperiya bununla parçalanmış, qarluqlar və uyğurlar müstəqil olmuşdu.
El Etmiş Qutluq Bilgə xaqan
El Etmiş Qutluq Bilgə xaqan (伊里底蜜施骨咄禄毗伽, əsl adı Tumodu 都摩度) — Türgiş xaqanı. Bağa Tarxanla əlbir olub Suluk xaqanı öldürənlərin arasındaydı. == Hakimiyyəti == Bağa Tarxanın ölümündən sonra 744-cü ildə Çin tərəfindən Türgiş xaqanı təyin olunmuşdu.
El Qutluq Xatun
El Qutluq Xatun — Elxanilərin ikinci hökmdarı Abaqa xanın qızı. Çingiz xanın birbaşa soyundan gəlməkdə idi. == Həyatı == Elxani imperiyasının ikinci hökmdarı Abaqa xanla Bulucin Egeçinin ailəsində dünyaya gəlmişdir. === Həcc ziyarəti === Müasir dövrdən əvvəl nə qədər qadının Həcc ziyarətinə getməsi barədə məlumat yoxdur. Əl-Səfədinin məlumatına görə, El Qutluq Xatun bu ziyarətə getmiş qadınlardan biri olmuşdur. O, bu ziyarəti at belində (dəvəyə bərkidilmiş palankendə deyil), həm də öz ox-yayı ilə birlikdə həyata keçirmişdir. Onun ziyarətinin həyata keçməsi ilə eyni dönəmdə yaşamış yüksək Məmlük bürokratlarının arvadlarının ziyarətləri arasında fərqlər olmuşdur. El Qutluq Xatun 1323-cü ildə Həcc ziyarətində olmuşdur. Onun bu ziyarətindən bəhs edilən və Xəlil ibn Aybəy əs-Səfədi (təxminən 1297-1363) tərəfindən yazılan biblioqrafik lüğətin təqdim etdiyi hekayə Elxani və ya Hülakü imperiyasında İslamı geniş şəkildə qəbul edərkən cinsiyyət normalarının dəyişməsinə işıq salır. === Ailəsi === O, Huşin tayfasından olan Ğurbatay Güregen ilə evlənmişdir.
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
Qutluq Bilgə Kül xaqan
Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdir. Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, Uyğurlar və Qarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi. Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.
Qutluq Yabqu xaqan
Qutluq Yabqu xaqan (əsl adı Qutu Şexu; bilinmir – 742) — Göytürk xaqanlığını bir müddət faktiki idarə etmişdir. Əslində yabqu tituluna sahib idi. Bilgə Qutluq xaqanın ölümündən sonra qardaşı Syüanı taxta çıxararaq hakimiyyəti onun adından idarə etmişdir.Daha sonra onu da devirərək tam hakimiyyəti ələ almış və özünü xaqan elan etmişdir. Lakin basmılların hökmdarı İrtəriş xaqan tərəfindən öldürülmüşdür.
Qutluq bəy Fəxrəddin
Hacı Fəxrəddin Qutlu bəy — Ağqoyunlu tayfa ittifaqının başçısı. Əlaəddin Turəli bəyin oğlu. Tam adı Hacı Fəxrəddin Qutlu ibn Turəli bəyin doğum tarixi haqqında əlimizdə məlumat yoxdur. Onun atası Turəli bəy öldükdən sonra hakimiyyətə gəldiyi bilinir. Professor Mükrimin Xəlil Yinançın yunan tarixçisi Panaretosun vaqiyənaməsindən etdiyi tərcümədə III Alekseyin 1363-cü ildə ailəsi ilə birlikdə Qutlu bəyi təbrik etmək üçün yola düşmək istəməsi lakin vəba səbəbindən səfərin baş tutmaması haqqında məlumat öz əksini tapır. Bu da Qutlu bəyin atasının yerinə 1363-cü ildə artıq taxta çıxdığını və Turəli bəyin təxmini bu tarixlərdə vəfat etdiyini göstərir. Hələ Turəli bəyin sağlığında Ağqoyunlu tayfa ittifaqı 1340-cı ildən etibarən tez-tez Trapezund imperiyası üzərinə yürüşlər edirdi. Yenə Panaretosda Amid türkmənlərinin yunanlarla ilə döyüşdüyü barədə məlumatlar öz əksini tapır. 1343,1348-ci illərdə etdiyi hücumlarla Trabzon-Rum imperatoru III Alekseyin gözünü qorxutmağa müvəffəq olan Turəli bəy 1352-ci ildə oğlu Qutlu bəyi III Alekseyin qızı Maria Kommenosla evləndirir. Bu izdivaç tərəflər arasında münasibətləri tənzimləmək rolunu daşıyırdı.
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Qutluqşah
Qutluqşah və ya Qutluşah (monqolca: Кутлугшах, v. 1307, Gilan ostanı) — Elxanilər dövlətinin hökmdarı Qazan xanın hakimiyyəti dövründə dövlətin hərbi qüvvələrinin baş əmiri. O, daha çox xristianlar yaşayan bölgələrdə aktiv olmuş və Suriyanın monqollar tərəfindən işğalında aktiv şəkildə iştirak etmişdir, lakin 1303-cü ildə uğradığı böyük məğlubiyyətdən sonra cəzalandırılmış, 1307-ci ildə Gilanın işğalı zamanı öldürülmüşdür. Qutluşah Manqıt tayfasının üzvü idi. Atası Manquday Noyon Xubilay xaqanın əsas generallarından biri olmuş, onun da atası olan Cedey Noyon Çingiz xanın generalı olmuşdur. Onun əmisi Hulqutu Qorçı Hülakü və Abaqa xanların dönəmində əsas keçik əmirlərindən biri olmuşdur. Qutluşahın iki və ya üç qardaşının olması bildirilsə də, onlar vəzifələrdə çox yüksələ bilmədən vəfat etmişdir. Onun qardaşlarından biri olan Əmir Teymur Buğa minqxanlardan birinin komandanı olmuşdur. O, Abaqa xanın komandanlarından biri idi və Qazan xan hələ yeniyetmə Xorasan canişini olan zaman onunla yaxınlıq qurmuşdu. Bu Xorasanda Əmir Novruzun üsyanının başladığı tarix idi, lakin o, xəstə olduğuna görə 1289-cu ilin qışındakı hərbi əməliyyatlara qatıla bilmədi, amma yazda Qazanın Novruza qarşı başlatdığı yürüşdə iştirak edə bildi.
Timur Qutluq xan
Timur Qutluq xan — Toxtamış xanın yerinə Əmir Teymur tərəfindən gətirilmişdi. Urus xanın nəvəsi idi. Hakimiyyət dövrü əmir Edigeyin kölgəsində keçmişdi. 1398-ci ildə pul zərb etdirmiş, 1399-cu ildə Edigey tərəfindən öldürülmüşdü.
Şəfiqə Qutluər
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Ulcay Qutluq Xatun
Ulcay Qutluq Xatun, Ölçey Qutluq, Olcay Qutluq və ya Ulcaki (ö. 14 mart 1297) — Elxanilər dövlətinin Borçigin sülaləsindən olan şahzadəsi, Əbu Səid Bahadur xanın əsas arvadı olmaqla birlikdə, Elxanilər imperiyasının imperatriçası. Ulcayın atası Qazan xan tərəfindən qardaşı oğlu ilə evləndirilməsi Olcaytunun hakimiyyət iddiasını daha da gücləndirmiş, nəticədə Qazan xan hakimiyyətinin sonlarında həm qardaşı, həm də qudası Olcaytunu özünün varisi elan etdi. Ulcay Qutluq Xatun 14 mart 1297-ci ildə Şehrabanda dünyaya gəlmişdir. O, Elxanilər dövlətinin hökmdarı Qazan xanın tək qızı idi. Anası Buluğan Xatun Muazzama Otman Noyonun qızı, Obetayın Noyonun nəvəsi və Konqratlar tayfasına məxsus idi. Buluğan Xatun ilə Qazan xan oktyabr 1295-ci ildə evlənmiş, bir qədər sonra isə hər ikisi də İslam dinini qəbul etmişdilər. Ulcayın özündən kiçik Alcu adında doğma qardaşı olsa da, o, azyaşlı ikən ölmüşdü. 17 sentyabr 1303-cü ildə Qazan Ulcayı Bistam ilə nişanladı. Bistam Qazan xanın özündən kiçik qardaşı Olcaytunun oğlu idi.

Digər lüğətlərdə