is. 1. Qadın cinsindən olan uşaq, övlad.
Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. N.Nərimanov.
Gəlinlər, qızlar ağır-ağır enib qalxırdılar. Çəmənzəminli.
2. Hədd-büluğa çatmış, lakin hələ ərə getməmiş qadın cinsli cavan.
Qızlar, oğlanlar yanaşı oturmuşdular. M.Hüseyn.
[Bəşir:] Ana, … mənə nə bəy və nə də dövlətli tacir qızı lazım deyil, arayıb bir kasıb qızı taparsan. S.S.Axundov.
[Buğacın anası] atını məhmizləyib qırx qızla birgə çölə, ovlağa sarı üz qoydu. M.Rzaquluzadə.
// Bakirə mənasında.
□ Qız almaq – evlənmək, evləndirmək.
Qız kimi – tərbiyəli, utancaq, məsum, ismətli.
Gizli bir eşq var bənzər dənizə; Qız kimi qısılıb ana Təbrizə; Odur ki, çıxmayıb üzə Şahgölü. S.Tahir.
Qız köçürmək – qız ərə vermək.
Qadınlar toplanıb oynayır, çalır; Qızı köçürməyə az zaman qalır. M.S.Ordubadi.
Qız qalmaq – ərə getməmək.
Gülpərinin bəd xasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. S.S.Axundov.
Qız vermək – birinə qızını verib onunla qohum olmaq.
Əmir həzrətləri, siyasətlər əksəriyyətlə qız verib, qız almaq və qohum olmaq əsasında qurulubdur. M.S.Ordubadi.
…Kasıbına mərddi, – dedik; Mərd kasıba qız vermədik. M.Araz.