SÜRÜŞKƏN

sif. Tamamilə hamar, üstündə hərəkətə mane olacaq heç bir ilişik olmayan, üzərində heç bir şeyi saxlamayan. Sürüşkən yol. Sürüşkən buz. Sürüşkən qaya.
– Uşaq nə qədər çapaladısa, sürüşkən xəndəkdən çıxa bilmədi. M.İbrahimov.
Ancaq sürüşkən otların üstü və sıx qamışların arası ilə yeyin getmək o qədər də asan bir iş deyildi. M.Rzaquluzadə.
Sürüşkən daşın arasında bəzən balığın ancaq quyruğunun ucu ələ dəyərdi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRÜŞKƏN pozğun — əxlaqsız
SÜRÜŞƏK
SÜRÜŞKƏNLİK
OBASTAN VİKİ
Sürüşkən
Sürüşkən — uşaqların sürüşərək düşdüyü oyun vasitəsi. Uşaq oyun meydançalarında olur. Bəzi bölgələrdə xalq arasında buna "züvül" də deyilir. Sürüşkən — futbol topu. 1993-cü ildə istehsal edilən və daha çox sürüşkənliyi ilə seçilən bu topla yağışlı havada oynamaq qeyri-mümkündür.
Sürüşkən (dəqiqləşdirmə)

Digər lüğətlərdə