SƏADƏTLİ

sif. Xoşbəxt, bəxtiyar, məsud, uğurlu. Səadətli günlər. Səadətli gələcək.
– Hər quşun olmaz səadətli hümatək kölgəsi. Nəsimi.
[Fəxrəddin:] Mənim ağam, nə üçün də utansınlar, bir halda ki, bunlar üçün səadətli və rahat gələcək düzəltməyə çalışırlar… M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏADƏTLİ bəxtli — xoşbəxt — məsud — bəxtiyar
  • SƏADƏTLİ uğurlu — salamat — müvəffəqiyyətli
  • SƏADƏTLİ səadətli bax xoşbəxt
SƏADƏT
SƏADƏTSİZ
OBASTAN VİKİ
Səadətli (Həştrud)
Səadətli (fars. سعادتلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 648 nəfər yaşayır (120 ailə).

Digər lüğətlərdə