SƏHƏNG

is. Su daşımaq üçün misdən və ya gildən qayrılmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Mis səhəng. Saxsı səhəng.
– Su səhəngi suda sınar. (Məsəl).
Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Məsəl).
…Əmim arvadı iri mis səhəngi çiynimə verib, səhərdən axşama qədər mənə ayaqyalın, başaçıq su daşıtdırardı. İ.Əfəndiyev.

Etimologiya

  • SƏHƏNG Belə güman olunur ki, ərəbcə “qab” mənasını verən səhn sözündəndir. Dilimizdə (dialektlərdə) sənək kimi də işlədilir
SƏĞİR
SƏHƏR

Digər lüğətlərdə