SƏKSƏKƏLİ

sif.zərf Həyəcanlı, iztirablı, narahat.
Nə olub? – deyə, ürəyi səksəkəli rəiyyət bir-birinə dəydi. S.Rəhimov.
Yolçular səksəkəli; Zirvələrə baxdılar; Qayadan bir daş uçdu. N.Xəzri.
Ürəyi səksəkəli olan yasavulbaşı onu narahat etdikləri üçün hirslənmək istədisə də bacarmadı. M.Rzaquluzadə.

Antonimlər (əks mənalı sözlər)

  • SƏKSƏKƏLİ SƏKSƏKƏLİ – RAHAT Gecələr çox səksəkəli yatırdı (S.Qədirzadə); Qoyun xalq rahat yaşasın (M.İbrahimov)
SƏKSƏKƏ
SƏKSƏKİ

Digər lüğətlərdə