SƏLBƏ

is.
1. Ağacdan meyvəni salmaq, heyvanları qovmaq və s. üçün atılan ağac parçası.
[İmamverdi:] Ağız, …o nədir tolazlamısan səlbəni, gedib dəyib Haykanuşun danasının gözünə, o da gəlmişdi Allahverdi kişinin üstünə davaya. C.Cabbarlı.

2. Səlbə kimi tullanılan, atılan hər hansı bir şey. Dəmir səlbəsi. Papaq səlbəsi.
[Şaqqulu] da əlini rəfə atıb, “köpək oğlu özünsən!” – deyib kərbəlayıya bir qazan səlbəsi vurdu… Çəmənzəminli.

SƏLAHİYYƏTLİ
SƏLBƏLƏMƏ

Digər lüğətlərdə