SƏMT

is. [ ər. ]
1. Cəhət, tərəf, yön. Günəş səmtinə baxmaq. Dəniz səmtinə tərəf getmək. – Ağac səmtinə yıxılar. ( Ata. sözü ).
Axirüləmr [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı. C.Məmmədquluzadə.

2. İstiqamət. Su səmtini tutmaq. Küləyin səmtilə getmək.
3. məc. Yaxın adam, qohum-əqrəba mənasında. Öz səmtindən qız almaq.
– Aşkardı ki, qlava öz səmtini qoyub özgəni katdalıqda saxlamayacaq. C.Məmmədquluzadə.

◊ Səmt düşmək – yaxınlaşmaq, yaxın düşə bilmək, yaxına getmək.
Xosrovdan başqa heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏMT tərəf — cəhət — istiqamət
SƏMİZMƏK
SƏMTLƏNDİRMƏ
OBASTAN VİKİ
Səmt küləyi (film, 1973)
Səmt küləyi — rejissor Eldar Quliyevin filmi. == Məzmun == Tarixi-inqilabi film Azərbaycanda inqilabi hərəkatın iştirakçısı çex İvan Prokopyeviç Vatsekin xatirəsinə həsr olunmuşdur. Vatsek filmin baş qəhrəmanı Yanın(Aloiz Şveqlik) prototipidir. Kinolent beynəlmiləlçilik ideyalarını, azadlıq uğrunda mübarizə aparan xalqların dostluğunu tərənnüm edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Yusif Səmədoğlu, İrji Marek, Lüdviq Toman Quruluşçu rejissor : Eldar Quliyev Quruluşçu operator : Yozef İllik Quruluşçu rəssam : Kamil Nəcəfzadə, Boqumil Pokornı Bəstəkar : Polad Bülbüloğlu Səs operatoru : Ələkbər Həsənzadə Rejissor : Ramiz Əliyev Montaj edən : Tahirə Babayeva Rejissor assistenti : Vaqif Əsədullayev === Rollarda === Aloiz Şveqlik — Yan Həsən Məmmədov — Əlibala Həsənağa Turabov — Biçeraxov Radovan Lukavski — Smit Yozef Lanqmiller — Roşer Qleb Strijenov — Vasin Gennadi Yudin — Petrov Ələddin Abbasov — Əmiraslanov Yana Girova — Mariya Hacımurad Yegizarov — Talıbov Amaliya Pənahova — Xədicə Yozef Şebek — Eduard Sadıq Həsənzadə — Muxtar İsmayıl Osmanlı — Qayıbov Ənvər Həsənov — Əli Kamal Xudaverdiyev — Quldur Muxtar Maniyev — Anarxist Bahadur Əliyev Ramiz Məlikov == İstinadlar == == Mənbə == "Kino yenilikləri" qəzeti. 21 iyun 1974-cü il. Азербайджанской ССР кинематография. Кино* Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.* Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Səmt küləyi (film, 1980)
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası — Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı üçün 2011-ci ildə yaradılmış qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşən idman federasiyası, 2012-ci ildən etibarən respublika üzrə keçirilən səmti müəyyənetmə çempionatlarının əsas təşkilatçısı, beynəlxalq yarışların isə Azərbaycan üzrə ilk və tək iştirakçısıdır. Federasiyaya hazırda Mirəli Kazımov rəhbərlik edir. == Tarixi == Əsası Finlandiyada qoyulan və 1977-ci ildən bəri Beynəlxalq Olimpiya Kommitəsi tərəfindən tanınan orienterinq, Azərbaycanda əsasən səmti müəyyənetmə adı ilə bilinir. Sözügedən idman növünün ölkədə inkişafı və geniş vüsət alması 1960-ci illərə təsadüf edir. Belə ki, 1963-cü ildə SSRİ-də keçirilən çempionatda azərbaycanlı atletlər də iştirak etmişdir. Müstəqillik dönəmində ilk ölkə çempionatı 1995-ci ildə keçirimişdir. 2011-ci ildə isə Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı, o cümlədən bu idman sahəsinə dair fəaliyyətlərin yerli və beynəlxalq miqyasda koordinasiyası məqsədilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (ASMEİF) təsis olunmuşdur. Federasiya fəaliyyətə başladıqdan qısa müddət sonra, 2012-ci ilin oktyabrında Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirdi. Yarış zamanı, Azərbaycan tarixində ilk dəfə olaraq, müasir kompüter sistemlərinin tətbiqi ilə hər iştirakçının distant elektron qeydiyyatı baş tutmuşdur.
Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası — (ing. International Orienteering Federation — İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası — (ing. International Orienteering Federation — İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Cəhət təyini, səmtləşmə
Məhəldə üfüqün tərəflərini (cəhətlərini) təyin etmə . Cəhət günəşə, Qütb ulduzuna, yerli əlamətlərə, saat əqəbinə əsasən və kompasla təyin edilir.
Səmti müəyyənetmə
Səmti müəyyənetmə və ya Orientirinq (ing. Orienteering) — xəritə və kompasdan istifadə edərək nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür. Yarış zamanı iştirakçılara taparaq qeyd olacaqları nəzarət məntəqələrinin göstərildiyi xüsusi topoqrafik xəritə olan idman xəritəsi verilir. Əsası hərbi təlim olan bu idman növünün müxtəlif seksiyaları vardır. Bunlardan ən qədimi və daha çox məşhur olanı qaçış (ayaq) orientirinqidir. Bu səbəbdən səmti müəyyənetmə dedikdə qaçış orientirinqi başa düşülür. Bununla belə, zaman çərçivəsində xəritədən istifadə edərək istiqaməttapma tələb edən idman növləri orientirinq idman növlərinə daxildir. Orientirinq bir sıra dünya idman proqramlarına, o cümlədən Dünya Oyunları və Dünya Polis və Yanğın Oyunları sıralarına daxil edilmişdir. == Orienterinq idman növləri == Orientirinq özündə naviqasiya bacarıqları tələb edən bir sıra idman növlərini birləşdirir. Hər birinin özünəməxsus qayda və qanunları olan idmanlarda xüsusi məntiq və trayektoriya seçim bacarığı tələb edilir.
Yamacların səmtliyi
Yamacların səmtliyi (rus. экспозиция склонов, ing. aspect) — cəhətlərə görə dağların, dərələrin, yarğanların, qobuların və digər relyef formalarının yamaclarının istiqaməti.
Çaqılların səmtləşməsi
Əsas səmtlər
Əsas səmtlər - dörd əsas coğrafi səmt: Şimal və ya Quzey Cənub və ya Güney Şərq və ya Doğu Qərb və ya Batı Keçid səmtlər: Şimal-şərq, Cənub-şərq, Şimal-qərb, Cənub-qərb.

Digər lüğətlərdə