1. Südverən heyvanların yelinindən südü süzüb çıxarmaq. Camışı sağmaq.
– Tez durub sübh sağardım inəyi; Xansənəmdən diləməzdim köməyi.
[Ayrım qızı:] İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edərdik, [ərim] çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım.
[Ana Pəriyə:] Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq.
2. məc. Birinin pulunu, malını tədricən əlindən almaq, birindən daim pul və s. çəkmək.
[Nəbi:] [Ağamı] qumarda sağmal inək kimi sağırlar.
Hacısan, məşhədisən, sahibimizsən, ağasan; İstəyirsən həmi qırxıb bizi, həm də sağasan.