SABİTQƏDƏM

sif. [ ər. ] Sözünün, fikrinin, vədinin üstündə möhkəm duran, sözündən, vədindən dönməyən; səbatlı, möhkəm.
Zahid, ramazanda mənə bu tövbəni verdin; Get, başın üçün, tövbədə sabitqədəməm mən. S.Ə.Şirvani.
Mən öz əhd-peymanımda möhkəm və sabitqədəməm. M.F.Axundzadə.
Sabitqədəm olsaydı əgər yari-vəfadar; Aşiq dəxi qaçmazdı bəladan, dayanardı. M.Ə.Sabir.

SABİT
SABİTLƏŞDİRİLMƏ

Digər lüğətlərdə