SAPA

Sapmaq feilinin kökü; saparaq, sapıb. (“Kitabi-Dədə Qorqud” leksikası)

SANCAQ
SAR FARS
OBASTAN VİKİ
Ballerus sapa
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
Sapadərə
Sapadərə — İndiki Meğri rayonundakı Nüvədi kəndində dağ. Həmzə Vəlinin fikrincə, oronim şumercə «çoban» mənasında işlənən şuba sözü əsasında əmələ gəlmişdir. Sonradan həmin söz Saba > Sapa > Sipa şəklini düşmüşdür. Sapa dərə «çoban dərəsi» mənasını verir. Ancaq bu fıkir bir o qədər elmi deyil, həqiqətə uyğun gəlmir. Sapadərə iki sözün: sapa və dərə sözlərindən əmələ gəlmişdir. «Sapa» sözü «hasar, çəpər», «dolama yol» mənasını ifadə edir. Oronim relyef əsasında yaranmışdır. Mürəkkəb quruluşlu oronimdir.
Sapanca gölü
Sapanca gölü — Adabazarı ilə İstanbul arasında Kocaeli sərhədinə yaxın bölgədə, Sapanca ilçəsi içində göl. Sapanca gölü, Şərqi Mərmərə bölgəsində, Sakarya şəhər mərkəzinin 12 km qərbində, İzmit şəhərinin isə 27 km şərqində yerləşən tektonik mənşəli bir şirin su gölüdür. Şərq-qərb uzanımlı olan gölün şərq seqmenti Sakarya ilinin sərhədləri içərisində, qərb seqmenti isə Kocaeli ilinin sərhədləri içində yerləşir. Gölün içində olduğu bölgə, cənubda Samanlı dağları, şimalda isə Kocaeli Penepleni olaraq adlandırılan morfotektonik strukturlar arasında yer alan və Şimali Anadolu fayının şimal qoluna aid segmentlərlə məhdudlaşdırılmış olan İzmit-Sapanca dəhlizi üzərindədir.
Sapand
Sapand -bir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Sapand ipinin ortasındakı enliyə daş yerləşdirilərək, ipin bir ucunda olan ilgək barmağa keçirilir, o biri ucunda olan düyün isə, həmin əlin barmaqları ilə sıxılaraq, başın üzərində, üfuqi müstəvidə, ya da, əgər döyüş sıx səfli cərgədə baş verirsə, yandan şaquli müstəvidə fırladılır. Lazımı fırlanma sürəti yığılandan sonra, ipin düyünlü ucu buraxılır. Daş ətalət qanununa tabe olaraq atılır.
Saparmurad Niyazov
Saparmurat Atayeviç Niyazov (türkm. Saparmyrat Ataýewiç Türkmenbaşy Nyýazow; 19 fevral 1940[…], Qıpçaq[d], Türkmənistan SSR, SSRİ[…] – 21 dekabr 2006[…], Aşqabad) — 1991–2006-cı illərdə Türkmənistan Respublikasının 1-ci Prezidenti. == Həyatı == Saparmurat Niyazov 1940-cı ildə fəhlə ailəsində anadan olub. Atası İkinci dünya müharibəsində vəfat edib. Ailəsinin digər üzvləri 1948-ci ildə Aşqabadda baş verən zəlzələ nəticəsində dünyalarını dəyişiblər. S. Niyazov əvvəlcə uşaq evində, sonra isə uzaq qohumlarının evində böyüyüb. Leninqrad Texniki Universitetini bitirərək energetika mühəndisi ixtisasını alıb. Bundan sonra Aşqabad yaxınlığındakı Yığıncağanın energetika təsisatlarında çalışıb. Daha sonra Kommunist Partiyasına üzv olub. 1985-ci ildə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Saparmurat Niyazov
Saparmurat Atayeviç Niyazov (türkm. Saparmyrat Ataýewiç Türkmenbaşy Nyýazow; 19 fevral 1940[…], Qıpçaq[d], Türkmənistan SSR, SSRİ[…] – 21 dekabr 2006[…], Aşqabad) — 1991–2006-cı illərdə Türkmənistan Respublikasının 1-ci Prezidenti. == Həyatı == Saparmurat Niyazov 1940-cı ildə fəhlə ailəsində anadan olub. Atası İkinci dünya müharibəsində vəfat edib. Ailəsinin digər üzvləri 1948-ci ildə Aşqabadda baş verən zəlzələ nəticəsində dünyalarını dəyişiblər. S. Niyazov əvvəlcə uşaq evində, sonra isə uzaq qohumlarının evində böyüyüb. Leninqrad Texniki Universitetini bitirərək energetika mühəndisi ixtisasını alıb. Bundan sonra Aşqabad yaxınlığındakı Yığıncağanın energetika təsisatlarında çalışıb. Daha sonra Kommunist Partiyasına üzv olub. 1985-ci ildə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Sapata yarımadası
Sapata yarımadası (isp. Península de Zapata) - Kubanın cənub hissəsində, Matansas vilayəti ərazisində yerləşir. Yarımadada Sapata milli parkı yerləşir. Yarımadanın şərqində Batabano, şimalında Kazones (en), şərqində Donuzlar körfəzi, cənubda Ensenada de la Broa körfəzləri yerləşir.
Xose Luis Rodriges Sapatero
Jose Luis Rodríguez Zapatero (4 avqust 1960[…], Valyadolid, Kastiliya və Leon) — İspan siyasətçi. 2005-ci il etibarilə İspan Sosialist İşçi Partiyasının (İspan "Partido Socialista Obrero Español") ümumi başçısı və İspaniyanın baş naziridir. Baş nazirlik dövrünün əhəmiyyətli hadisələri, İspaniyanın İraqdakı əsgərlərini geri çəkməsi və həmcinsi evliliyini qanuniləşdirməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Mədəniyyətlər ittifaqı layihəsinin qurucusu və sədrlərdən biridir..
Davud sapandı
Davud sapandı ((ivr. ‏קלע דוד‏‎, Rom: Kela David) eyni zamanda əvvəllər Sehrli Çubuq (ivr. ‏שרביט קסמים‏‎, Rom: Sharvit Ksamim) kimi də tanınıb) və ya Stanner (ing. Stunner, ingiliscə stun sözündəndir — gicəlləndirmək; çaşdırmaq, yayındırmaq deməkdir) — İsrailin müdafiə sənayesi məhsullarının istehsalı ilə məşğul olan şirkəti Rafael inkişaf etmiş müdafiə sistemləri və Amerikanın müdafiə sənayesi istehsalçısı olan Raytheon şirkətinin müştərək istehsalı olan və İsrail Müdafiə Qüvvələrinin istifadəsində olan hava hücumundan müdafiə sistemidir Hava hücumundan müdafiə sistemi düşmən təyyarələrini, pilotsuz uçuş aparatlarını, taktiki ballistik raketləri, orta və uzun mənzilli raketlər və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulmuş və 40 km (24,85 mil) ilə 300 km (186,41 mil) arasında mənzilə malikdir. Davud sapandının İsrail ordusunun arsenalında olan MIM-23 Hawk və MIM-104 Patriotu əvəz etməsi gözlənilir. Davud sapandı İsrailin raket hücumundan müdafiə sisteminin ikinci mərhələsini dəstəkləmək üçündür. Davud sapandının adı Müqəddəs Kitabdakı Davud və Calut haqqında olan hekayədən götürülmüşdür. Arrow 2, Arrow 3, Dəmir Qübbə, Barak 8 və Dəmir şüadan ibarət olan İsrailin inkişaf etdirməkdə olduğu və gələcəkdə istifadə etməyi planlaşdırdığı çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsini təşkil etməlidir.