SAPMAQ

f.
1. Düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girmək, başqa istiqamət almaq; yolu azdırmaq.
[Kor aşıq Qəhrəmana:] Həmən qoşdum sağa-sola saparkən; Baxdım ki, səs gəlir bənövşəlikdən. H.Cavid.
Atlı çaparaq; Yoldan saparaq; Günbatan tərəfə çapdı atını; Üfüqlər gizlədi o qaraltını. S.Vurğun.

2. məc. Doğru yoldan çıxıb yanlış yola düşmək (çox vaxt “yol” sözü ilə bərabər işlənir).
[Knyaz:] Sən də onlar kimi sapmış ( f.sif. ) başıboş. H.Cavid.
Qapılıb hissə bu gün doğru yolumdan sapdım! S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAPMAQ yayınmaq — uzaqlaşmaq
  • SAPMAQ azmaq — çaşmaq

Etimologiya

  • SAPMAQ Qaqauz dilində sapa sözü var və “расположенный встороне” deməkdir. Sapmaq isə “сбить с пути, поворачивать” deməkdir
SAPMA
SAPPASAĞ

Digər lüğətlərdə