Onun yıpranmış vücudu, bozarmış saç-saqqalı yaşının əllidən artıqlığını bildirirdi.
Saç-saqqalında bir dənə də ağ tük yox idi.
◊ Saç-saqqal ağartmaq – bax saçınısaqqalını ağartmaq.
Sən səhnədə saç ağartdın, doğrudan da sənətkarsan; Sən daima ətir saçan, güllər açan bir baharsan.
[Qoca:] Biz köhnələr bu çöllərdə çox vuruşmuşuq, saç-saqqalımız bu işdə ağarıbdır.
Saçı-saqqalı bir-birinə qarışmış – səliqəsiz, pəjmürdə, dalğın halda.
Dükan qabağında isə saçı-saqqalı bir-birinə qarışmış bir dustaq dayanmışdı və Babək tələsik cibindən bir daraq çıxartdı.
Saçını-saqqalını ağartmaq – bir işdə uzun müddət işləyib qocalmaq.
[Alı] ömrünü, gününü [paşanın] qapısında çürüdüb, saçınısaqqalını ilxı dalında ağartmışdı. “ ”.
[Baba:] Saçımı-saqqalımı bağ-bağça işində ağartmışam.
Saçının-saqqalının ağaran vaxtında – qocalanda, qoca vaxtında.
Ancaq budur, saçının-saqqalının ağaran vaxtında yenə dinc dayanmamış, gedib cavanlara qoşularaq Gülsənəmi “od parçalarının” içində tək qoymuşdu.