SEYRƏNGAH

is. [ ər. seyr və fars. …gah] Seyr yeri, gəzinti üçün səfalı, mənzərəli yer.
Kür qırağının əcəb seyrəngahı var; Yaşılbaş sonası, hayıf ki, yoxdur! M.P.Vaqif.
Yayda yaylağımdır, qışda oylağım; Yazda seyrəngahım bu dağlar mənim! Aşıq Ələsgər.
– Bəli, tanıyıram, – dağ gəldi dilə; – Qocaman Qafqazın seyrəngahını. N.Xəzri.

SEYRƏLTMƏK
SEYSMİ́K
OBASTAN VİKİ
Əcəmi seyrəngahı
Əcəmi seyrəngahı — Naxçıvan şəhərində istirahət kompleksi Naxçıvan şəhərində Nizami küçəsində,qədim Qala məhəlləsin adlanan ərazidə yerləşir. Kompleks 1980-82-ci illərdə bərpa və inşa edilmişdir. Kompleksin içərisində heykəltaraş, xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanan Heydər Əliyevin 2 m-lik pyedestal üzərində büstü qoyulmuşdur. Kompleksə memar Əbubəkr oğlu Əcəmi Naxçıvanskininin XII əsrdə inşa etdiyi Mömünə Xatun türbəsi, XVII əsr abidəsi Miryaqub piri, XVIII-XIX əsrlərə aid Xan evi (hazırda Xalça muzeyi) daxildir. Kompleksə daxil olan qədim tikilidə Bülbül adına uşaq bədii sənətkarlıq məktəbi yaradılmışdır. 4 ha sahəni əhatə edən kompleksdə süni göl salınmış, 1000 yerlik açıq amfiteatr, qədim üslübda giriş qapısı (Memar Məmməd ibrahimov) iaşə və ticarət obyektləri tikilmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.

Digər lüğətlərdə