SEYRƏNGAH

is. [ ər. seyr və fars. …gah] Seyr yeri, gəzinti üçün səfalı, mənzərəli yer.
Kür qırağının əcəb seyrəngahı var; Yaşılbaş sonası, hayıf ki, yoxdur! M.P.Vaqif.
Yayda yaylağımdır, qışda oylağım; Yazda seyrəngahım bu dağlar mənim! Aşıq Ələsgər.
– Bəli, tanıyıram, – dağ gəldi dilə; – Qocaman Qafqazın seyrəngahını. N.Xəzri.

SEYRƏLTMƏK
SEYSMİ́K
OBASTAN VİKİ
Əcəmi seyrəngahı
Əcəmi seyrəngahı — Naxçıvan şəhərində istirahət kompleksi == Haqqında == Naxçıvan şəhərində Nizami küçəsində,qədim Qala məhəlləsin adlanan ərazidə yerləşir. Kompleks 1980-82-ci illərdə bərpa və inşa edilmişdir. Kompleksin içərisində heykəltaraş, xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanan Heydər Əliyevin 2 m-lik pyedestal üzərində büstü qoyulmuşdur. Kompleksə memar Əbubəkr oğlu Əcəmi Naxçıvanskininin XII əsrdə inşa etdiyi Mömünə Xatun türbəsi, XVII əsr abidəsi Miryaqub piri, XVIII-XIX əsrlərə aid Xan evi (hazırda Xalça muzeyi) daxildir. Kompleksə daxil olan qədim tikilidə Bülbül adına uşaq bədii sənətkarlıq məktəbi yaradılmışdır. 4 ha sahəni əhatə edən kompleksdə süni göl salınmış, 1000 yerlik açıq amfiteatr, qədim üslübda giriş qapısı (Memar Məmməd ibrahimov) iaşə və ticarət obyektləri tikilmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.

Digər lüğətlərdə

адъюта́нтствовать бесхребе́тно блесни́ть вы́колоситься гумано́иды деньгохрани́лище иссе́чься ко́довый коке́тливо метео... оторвиголова́ поприста́ть распыли́ть терза́ющий шляхтя́нка шпигова́ть шпингале́т исцеля́ть копи́рка посолове́ло ю́жный bested manoeuvrability postdoctorate мергель