SİLMƏK

f.
1. Dəsmal və s. ilə qurulamaq. Əl-üzünü silmək. Bədəni silmək.
[Tahir] yaylıqla Alının yanaqlarını və alnını silib təmizlədi. M.Hüseyn.
Nərgiz hər tərəfdən üstünə yağan suallara cavab vermədən əvvəl qolu ilə gözünü sildi, başına yığılmış adamların üzünə baxdı. Ə.Məmmədxanlı.

// Əsgi və başqa bir şeylə silib çirkini və s.-ni təmizləmək.
…Uşağın əlindəki taqalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. C.Məmmədquluzadə.
Tüfənglərimizi silib təmizlədikdən sonra əlüzümüzü yuyub otağa keçdik. M.Rzaquluzadə.

2. Pozmaq, üstündən xətt çəkmək, çıxarmaq. Siyahıdan silmək. Dəftərdən adını silmək.
– Elə ki müəllimin adını sildilər, sədr dedi: – Adam verin, kandidat qoyaq. Mir Cəlal.

3. məc. Unutmaq, xatirindən çıxartmaq.
O ilin yay tətilini bitirərək şəhərə qayıdıb işlərimə başlayınca Ceyranı tamamilə xatirimdən sildim. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİLMƏK unutmaq
  • SİLMƏK qurulamaq
  • SİLMƏK pozmaq — sürtmək — təmizləmək — sıyırmaq
SİLMƏ
Sİ́LOS
OBASTAN VİKİ
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.

Digər lüğətlərdə