SOLĞUNLAŞMAQ

f.
1. Rəngi solmaq, solğun olmaq. Üzü solğunlaşmaq.
[Bibixanımın] solğunlaşıb altı kölgələnən gözləri elə bil yenidən canlandı. B.Bayramov.

2. məc. İfadəsini, təsirini itirmək, cılızlaşmaq.
Xüsusən sona, finala doğru obrazlar solğunlaşır, dialoqlar təravətini, təzəliyini itirib adiləşir. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOLĞUNLAŞMAQ saralmaq — ağarmaq — tutqunlaşmaq
SOLĞUNLAŞMA
SOLĞUNLUQ

Digər lüğətlərdə