SORAQLAŞMAQ

f. Soruşmaq, soraq etmək, ondan-bundan soruşaraq bilmək.
Yar dağdan aşdı, getdi; Ürəyi daşdı, getdi; Axtardım, soraqladım; Dedilər, qaçdı getdi. (Bayatı).
[Əhməd:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. Aşıq Qərib”.
O, uzun müddət axtardıqdan, soraqlaşdıqdan sonra Gövhərin yerini öyrənmişdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SORAQLAŞMAQ soruşmaq — xəbərləşmək — öyrənmək
SORAQLAŞMA
SORAQSIZ

Digər lüğətlərdə