STOLÜSTÜ

sif.
1. Stol üstünə qoyulmaq üçün düzəldilmiş, stol üstünə qoyulan, yaxud stol üçün uyğunlaşdırılmış. Stolüstü saat. Stolüstü oyunlar. Stolüstü tennis.
– Hətəmov barmaqlarını stolüstü süfrəyə vuraraq düşünürdü. B.Bayramov.
Stolüstü lampanın işığında, arxası üstə uzanmış Gülgəzin geniş açılmış gözləri parıldayırdı. İ.Hüseynov.

2. məc. Həmişə lazım olduğuna görə daim stol üstündə saxlanılan, əl altında, yaxında olan (kitab, vəsait və s. haqqında). Bu lüğət mənim stolüstü kitabımdır.
STOLBAZ
STOMATOLÓGİYA

Digər lüğətlərdə