SUİ-İSTİFADƏ

[ ər. ] : sui-istifadə etmək – bir şeyin və ya bir adamın zərərinə işləmək. Vəzifəsindən sui-istifadə etmək. Özünə olan etimaddan sui-istifadə etmək.
[Məmmədxanla Yusifəli] …bəzən uşaqları iki yerə bölüb, hərəsi dəstənin birinə başçı olardı, öz xanzadəliklərindən sui-istifadə edərək onları vuruşdurardılar. P.Makulu.
Yataqxana müdiri Rəhim vəzifəsindən sui-istifadə edir. M.Süleymanov.

Etimologiya

  • SUİ-İSTİFADƏ Dilimizdə sui-qəsd, sui-istifadə kimi kəlmələr var. Sui sözünün mə­na­sı ərəbcə “pis”, “zərərli” deməkdir
SUXARI
SUİ-QƏSD

Digər lüğətlərdə