SURİ

SURİ1

f. 1) qırmızı; 2) şadlıq, sevinc; 3) qırmızı rəngli qızılgül.

SURİ2

ə. 1) zahiri; 2) formal.

SURGAH
SURNA
OBASTAN VİKİ
Nura Suri
Aynurə Qəzənfər qızı və ya tanınan adı ilə Nura Suri (15 aprel 1976, Bakı) — Azərbaycanlı estrada müğənnsi. == Həyatı == Nura Suri 1976-cı il aprelin 15-də Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib. == Karyerası == Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb. Belə ki, Nura İsa Məlikovun "Yol" kompozisiyası ilə şou aləmdə səs yaratdı. Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M.M-in rejissorluğu ilə klip çəkdirir. Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları - "Əlini çək" bir qədər də gücləndirdi. Müğənni bu layihəsinə görə bir neçə mükafata – "Qrand" və "İlin Mahnısı"na layiq görülüb.
Suri-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Şir şah Suri
Şir şah Suri və ya Şir xan (1486 və ya 1472 – 22 may 1545)— Dehli sultanlığında son xanədan olan Surilərin qurucusu və ilk hökmdarı (1540-1545). Redyard Kiplinqin "Cəngəllik kitabı" əsərində baş antaqonist pələng Şirxanın prototipidir.
Katana (Suriya)
Qətəna (ərəb. قطنا‎) — Suriyada şəhər, Dəməşq mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.865 ailədə 17.228 nəfəri kişilər və 16.768 nəfəri qadınlar olmaqla cəmi 33.996 nəfərdir.
Livan–Suriya münasibətləri
Livan—Suriya münasibətləri — Livan və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 403 km-dir. Hər iki ölkə bir çox beynəlxalq təşkilatların üzvləridir. == Tarix == Livan və Suriya Böyük Suriyanın tarixi ərazilərinin bir hissəsidir. 1920-ci ildə fransız mandatı altında, müasir Livanla eyni ərazidə yerləşən Böyük Livan qurulur. Ortaq keçmişə görə, Livan və Suriya arasında həmişə güclü əlaqələr olmuşdur. İkinci Dünya müharibəsi bitdikdən sonra Livan və Suriya müstəqil dövlətlərə çevrilir. Ancaq vahid pul və gömrük ittifaqını qoruyurlar. Siyasi səviyyədə, daha güclü bir Suriya dövlətinə bəzən Livan hakimiyyəti tərəfindən inamsızlıqla yanaşılırdı. 1950-1960-cı illərdə Suriya daxili problemlərdən əziyyət çəkirdi və Livanın siyasi həyatında iştirak etmirdi.
Mari (Suriya)
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Misir–Suriya münasibətləri
Misir—Suriya münasibətləri — Misir və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 2013-cü ildə kəsilir, lakin Misirdə baş verən hərbi çevrilişdən sonra yenidən bərpa edilir. == Tarix == Suriyanın Bəəsçi hökuməti 1958-ci ilin yanvarında Qahirəyə bir heyət göndərir və Misirə Suriya ilə birləşməyi təklif edir. Suriya Xarici İşlər Naziri Salah Bitar Misir və Suriyanın birləşdirilməsi üzərində işlərin sürətləndirilməsini istəyir. Misir prezidenti Camal Əbdül Nasir Misirə üstünlük verən və bütün digər siyasi qüvvələri təsir imkanlarından məhrum edən şərtlər altında razılaşmanı dəstəkləyir. Pan-ərəb dövləti yaratmaq üçün ilk müqavilələr 1 fevral 1958-ci ildə Qahirədəki Qubba Sarayında Camal Əbdül Nasir və Suriya Prezidenti Şükri əl-Qüvvətli tərəfindən imzalanmışdır. 21 fevralda hər iki ölkədə Misir və Suriyanın vahid bir dövlətdə birləşdirilməsinə dair referendumlar keçirilir və Nasir Birləşmiş Ərəb Respublikasının prezidenti seçilir. Ölkələrin birləşmə aktı 22 fevral 1958-ci ildə həmin ölkələrin prezidentləri tərəfindən imzalanmışdır. Nasir Şama gələndə izdiham onu qarşılayır. 17 aprel 1963-cü ildə Suriyanın rəhbəri general-leytenant Luei al-Atasi və İraqın Baş Naziri Əhməd Həsən Əl-Bəkr paytaxtı Qahirədə yerləşən Ərəb, Suriya və İraq bölgələrindən ibarət Federasiya yaradılması ilə bağlı Qahirədə Nazir kommünikesi yayılir.
Mərakeş–Suriya münasibətləri
Mərakeş—Suriya münasibətləri — Mərakeş və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == Ölkələr ortaq bir tarixə sahibdirlər: Roma İmperiyası tərəfindən müstəmləkə edilmiş və daha sonra ərəb istilalarına məruz qalmış, nəticədə Mərakeş və Suriya müsəlman dövlətləri olmuşlar. Bununla birlikdə Mərakeş müstəqil bir Ərəb-Bərbər krallığına çevrilir, Suriya isə Osmanlı İmperatorluğunun bir hissəsi olur. Ancaq sonra hər iki ölkə Fransa tərəfindən işğal edilir. Suriya 1946-cı ildə, Mərakeş isə 1956-cı ildə Fransadan müstəqilliklərini qazanır və bundan sonra ölkələr diplomatik münasibətlər qurur. Lakin sonradan, əhali arasında pan-ərəbçilik və İsrail əleyhinə düşüncə dalğası böyüdükcə, Suriya ölkədəki siyasi narahatlıqla qarşılaşır. 1963-cü ildə Qərb Dünyası ölkələrinin Mərakeş tərəfini tutduqları və Birləşmiş Ərəb Respublikasının Əlcəzairi dəstəklədiyi Əlcəzair-Mərakeş sərhəd qarşıdurması yaşanır. O vaxtdan bəri Suriyanın ölkənin Qərblə, xüsusən də ABŞ və İsrail ilə sıx əlaqələri səbəbi ilə Mərakeşə inamsızlıq göstərir. Bu səbəbdən ölkələr rasında məhdud iş birliyi müşahidə olunur. 1965-ci ildə Mərakeş Kralı II Həsən, Mossad və Şabak agentlərini gizli şəkildə Altı günlük müharibədəki döyüşlərdə və Suriyanın məğlub edilməsində mühüm rol oynayan Ərəb Birliyi liderlərinin Kasablanka toplantısına dəvət edir və bu da Mərakeş ilə münasibətləri daha da gərginləşdirir.
Osmanlı Suriyası
Osmanlı Suriyası — Osmanlı İmperiyasının İşğal etdiyi ərazilərin bir hissəsi. Osmanlı Suriyası, adətən Aralıq dənizinin şərqində, Fərat çayının qərbində, Ərəbistan səhrasının şimalında və Tavr dağlarının cənubunda bölgə olaraq təyin olunan Osmanlı İmperatorluğunun Levant daxilindəki bölünmələrinə aiddir. Osmanlı Suriyası, XVI əsrin əvvəllərində Məmlüklər tərəfindən fəth edildikdən sonra Osmanlılar tərəfindən Dəməşq əyalətinin bir vilayəti olaraq təşkil edildi. 1534-cü ildə Hələb əyaləti ayrı-ayrı vilayətlərə parçalandı.Trablus əyaleti 1579-cu ildə Dəməşq əyalətindən meydana gəldi və daha sonra Adana əyaleti Hələbdən ayrıldı. 1660-cı ildə Safed əyaləti quruldu və qısa müddət sonra Sidon əyaləti adlandırıldı;1667-ci ildə Dağlıq Livan Əmirliyi Sidon əyaləti daxilində xüsusi muxtariyyət statusu aldı, lakin 1841-ci ildə ləğv edildi və 1861-ci ildə Qüds sancağı olaraq yenidən quruldu. Suriya əyeletləri sonradan 1864-cü ildəki Tənzimat islahatlarından sonra Suriya vilayəti, Hələb vilayəti və Beyrut vilayətinə çevrildi. Nəhayət, 1872-ci ildə Qüds sancağı Suriya vilayətindən xüsusi statusa malik muxtar bir idarəyə ayrıldı. == Tarixi == 1516-cı ildən əvvəl Suriya (bölgə) Aşağı Misirdə yerləşən Məmlük imperiyasının bir hissəsi idi. Suriyanın şimalındakı Hələb yaxınlığındakı Mərcidabık döyüşündə Məmlüklərı məğlub etdikdən sonra Osmanlı sultanı I Səlim Suriyanı 1516-cı ildə fəth etdi. I Səlim Məmlüklərə qarşı qələbə çaldı və 1517-ci ildə Ridaniyə döyüşündən sonra Misiri fəth etdi, Məmlük Sultanlığına son verdi.
Qamışlı (Suriya)
Əl–Qamışlı (ərəb. القامشلي‎) — Suriyada şəhər, Əl-Hasəkə mühafazəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 184.231 nəfərdir.
Roma Suriyası
Suriya (lat. Syria) — qədim Roma əyaləti. Mərkəzi Antioxiya idi.
Rusiyanın Suriyadakı hərbi əməliyyatı
Rusiyanın Suriyaya hərbi müdaxiləsi və ya Rusiyanın Suriyadakı hərbi əməliyyatı, rəsmi olaraq Suriya Ərəb Respublikası ərazisində xüsusi tapşırıqlar (rus. специа́льные зада́чи на террито́рии Сири́йской Ара́бской Респу́блики) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin 30 sentyabr 2015-ci ildən bu günə qədər Suriyada vətəndaş müharibəsinə hökumət qüvvələrinin və hökumətyönlü milislərin tərəfində müdaxiləsi, həmçinin "Əl-Qaidə", "İslam Dövləti" və "Nusra Cəbhəsi" qruplaşmalarına qarşı döyüş əməliyyatlarında iştirakı. Bu müddət ərzində Rusiya üç dəfə Suriyadakı hərbi əməliyyatın və onun kontingentinin ixtisar edildiyini açıqlamış, lakin bundan sonra da hərbi əməliyyatlarda iştirakını davam etdirmişdir. Suriyadakı hərbi əməliyyat Rusiya hərbçilərinin postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat idi. Suriya Rusiya ordusu tərəfindən yeni döyüş platformaları və silah sistemləri üçün sınaq meydançası kimi istifadə edilmişdir. Tez-tez icra olunan rotasiyalar sayəsində Suriyadakı hərbi əməliyyat şəxsi heyətin təcrübəsinin artırılmasına böyük təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Сергей Шойгу. "Решимость на передовой борьбы с мировым злом". Красная звезда. 2020-09-30.
Rusiyanın Suriyaya hərbi müdaxiləsi
Rusiyanın Suriyaya hərbi müdaxiləsi və ya Rusiyanın Suriyadakı hərbi əməliyyatı, rəsmi olaraq Suriya Ərəb Respublikası ərazisində xüsusi tapşırıqlar (rus. специа́льные зада́чи на террито́рии Сири́йской Ара́бской Респу́блики) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin 30 sentyabr 2015-ci ildən bu günə qədər Suriyada vətəndaş müharibəsinə hökumət qüvvələrinin və hökumətyönlü milislərin tərəfində müdaxiləsi, həmçinin "Əl-Qaidə", "İslam Dövləti" və "Nusra Cəbhəsi" qruplaşmalarına qarşı döyüş əməliyyatlarında iştirakı. Bu müddət ərzində Rusiya üç dəfə Suriyadakı hərbi əməliyyatın və onun kontingentinin ixtisar edildiyini açıqlamış, lakin bundan sonra da hərbi əməliyyatlarda iştirakını davam etdirmişdir. Suriyadakı hərbi əməliyyat Rusiya hərbçilərinin postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat idi. Suriya Rusiya ordusu tərəfindən yeni döyüş platformaları və silah sistemləri üçün sınaq meydançası kimi istifadə edilmişdir. Tez-tez icra olunan rotasiyalar sayəsində Suriyadakı hərbi əməliyyat şəxsi heyətin təcrübəsinin artırılmasına böyük təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Сергей Шойгу. "Решимость на передовой борьбы с мировым злом". Красная звезда. 2020-09-30.
Rusiyanın Suriyaya müdaxiləsi
Rusiyanın Suriyaya hərbi müdaxiləsi və ya Rusiyanın Suriyadakı hərbi əməliyyatı, rəsmi olaraq Suriya Ərəb Respublikası ərazisində xüsusi tapşırıqlar (rus. специа́льные зада́чи на террито́рии Сири́йской Ара́бской Респу́блики) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin 30 sentyabr 2015-ci ildən bu günə qədər Suriyada vətəndaş müharibəsinə hökumət qüvvələrinin və hökumətyönlü milislərin tərəfində müdaxiləsi, həmçinin "Əl-Qaidə", "İslam Dövləti" və "Nusra Cəbhəsi" qruplaşmalarına qarşı döyüş əməliyyatlarında iştirakı. Bu müddət ərzində Rusiya üç dəfə Suriyadakı hərbi əməliyyatın və onun kontingentinin ixtisar edildiyini açıqlamış, lakin bundan sonra da hərbi əməliyyatlarda iştirakını davam etdirmişdir. Suriyadakı hərbi əməliyyat Rusiya hərbçilərinin postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat idi. Suriya Rusiya ordusu tərəfindən yeni döyüş platformaları və silah sistemləri üçün sınaq meydançası kimi istifadə edilmişdir. Tez-tez icra olunan rotasiyalar sayəsində Suriyadakı hərbi əməliyyat şəxsi heyətin təcrübəsinin artırılmasına böyük təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Сергей Шойгу. "Решимость на передовой борьбы с мировым злом". Красная звезда. 2020-09-30.
Rusiya–Suriya münasibətləri
Rusiya–Suriya münasibətləri — Rusiya Federasiyası və Suriya arasındakı mövcud ikitərəfli münasibətlər. Rusiyanın Dəməşq şəhərində, Suriyanın isə Moskva şəhərində səfirliyi fəaliyyət göstərir. Bir çox ərəb dövlətlərində "Ərəb baharı" baş verənə qədər Rusiya ilə Suriya arasında tarixən möhkəm, stabil və dostluq əlaqələri olmuşdur. Rusiyanın Aralıq dənizində yerləşən yeganə hərbi dəniz bazası Suriyanın Tartus limanında yerləşir. Sovet İttifaqı ilə Suriya arasında diplomatik əlaqələrin əsası 1944-cü ilin iyul ayında qoyulmuşdur. 1946-cı ilin fevralında SSRİ ilə Suriya arasında fransız qoşunlarının Suriya ərazisindən təxliyə olunması zamanı Sovet dəstəyi ilə bağlı müqavilə imzalanmışdır. Təxliyə 1946-cı ilin aprel ayında başa çatmışdır. 1971-ci ildə Suriya Prezidenti Hafiz Əsəd tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Tartus hərbi dəniz bazasını Sovet Ordusunun tabeliyinə vermişdir. 8 oktyabr 1980-ci ildə hazırda da qüvvədə olan Suriya və Sovet İttifaqı arasında dostluq və əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Bu müqavilə böhran zamanı tərəflərin birgə hərəkətini və hərbi əməkdaşlığı nəzərdə tuturdu.
Senecio surinamensis
Senecio surinamensis (lat. Senecio surinamensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Storm (SuRie mahnısı)
Storm (azərb. Fırtına‎) — Böyük Britaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SuRie "Storm" mahnısı ilə Böyük Britaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Britaniyalı bəstəkarlar Nikol Bler, Qil Lyuis və Şon Harqrivs tərəfindən yazılmışdır.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyat və karyerası == SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. == Tarix == Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır. 27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir. Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.
Suriya vilayəti
Suriya vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Şam şəhəri idi.
Suriya vətəndaş müharibəsi
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin Marrt ayında başlayan və davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlamış Aprel ayında bütün ölkəyə yayılmışdır Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 13 ildir davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi olaraq 33, qeyri-rəsmi isə 100dən çox Türk Əsgəri şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. == Etiraz nümayişləri == Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb. Gülləbaranda 5 nəfər həlak olub, onlarla insan yaralanıb.
Suriya yəhudiləri
Suriya yəhudiləri, eramızdan əvvəl VI əsrdə müasir Suriyanın ərazisində məskunlaşmış Yəhudilərinnəslidir. XV əsrin sonunda onlara Osmanlı Sultanının dəvəti ilə Suriyaya gələn İspaniyalı Səfərad yəhudiləri də qoşuldu. İspan və Yəhudi xalqının ənənəvi mədəni xüsusiyyətlərinin qarışığı nəticəsində ortaya çıxan inkişaf etmiş bir mədəniyyətə sahib idilər. İsrailin ayrı bir dini icması var. Qədim dövrlərdən bəri Yəhudilər Suriya cəmiyyətinin ən vacib təbəqələrindən biri olmuşlar. == Tarix == === İslamaqədərki dövr === Yəhudilər Suriyada eramızdan əvvəl VI əsrdən məskunlaşmağa başlamışlar. Eramızdan əvvəl 539-cu ildən Əhəmənilər Fars sülaləsi tərəfindən idarə olunurdu. İosif Flaviyaya görə, Fars kralı Kserks, Ezra'ya Əhəmənilər imperatorluğu boyunca dini ədaləti tətbiq etmək üçün Yəhudi hakimlərini təyin etməsini əmr etdi. Eramızdan əvvəl 333-cü ildə Suriyanı Makedoniyalı İskəndər fəth etdi və Yəhudilərə yeni imtiyazlar verdi . Həmçinin əvvəlki hüquqlarını da təsdiqlədi.
Suriya İnsan Haqları Monitorinq mərkəzi
Suriya İnsan Haqları Monitorinq mərkəzi (ərəb. المرصد السوري لحقوق الإنسان‎, ing. Syrian Observatory for Human Rights; SOHR) — 2006-cı ilin may ayında qurulan, Suriyada insan haqları pozuntularını sənədləşdirmək məqsədi daşıyan Birləşmiş Krallıq mərkəzli məlumat ofisi. 2011-ci ildən bu yana Suriya Vətəndaş Müharibəsinə diqqət yetirir. Müharibənin başlanğıcından bəri qarşıdurmada hər tərəfdən gündəlik ölüm sayı və Suriyadakı hava hücumlarında ölən mülki vətəndaşlar haqqında böyük xəbər agentlikləri tez-tez sitat gətirirlər. Suriya İnsan Haqları Monitorinq mərkəzi "müxalifət tərəfdarı" və Əsəd əleyhdarı olaraq xarakterizə edilir. == Tarixçə == Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatçısı haqqında çox şey məlum deyil. Üsamə Süleyman 1971-ci ildə Suriyada anadan olmuşdur. Uşaqlığını sahilyanı Baniyas qəsəbəsində keçirmişdir. Gəncliyindən şiələrə verilən üstünlüklərdən qəzəblənərək Əsəd rejiminə qarşı gizli müxalifətə qoşulmuşdur.
Suriya Ərəb Krallığı
Suriya Ərəb Krallığı (ərəb. المملكة العربية السورية‎‎) — rəsmi olaraq sadəcə dörd ay (8 mart–24 iyul 1920) mövcud olmuş, tanınmamış, qondarma dövlət. Suriya Ərəb Krallığı ərəb milliyətçiləri tərəfindən ikinci müasir ərəb dövləti (Hicaz Krallığından sonra) sayılır. Qısaömürlü krallıq Şərif Hüseynnin oğlu Feysəl ibn Hüseyn tərəfindən idarə olunurdu. Böyük Suriya (və ya Levant) torpaqlarına olan ərazi iddialarına baxmayaraq, Feysəlin hökuməti yalnız məhdud bir əraziyə hökm etmişdir və Fransa kimi Böyük Suriya fikrinə qarşı çıxan və krallığı tanımaqdan imtina edən Böyük Britaniyadan asılı idi. Krallıq Fransanın silahlı qüvvələri nə 24 iyul 1920-ci il tarixində təslim olmuşdur. == Əsaslandırma == Suriya Ərəb Krallığının yaradılmasının əsas amilləri Ərəb üsyanı və Makmahon–Hüseyn məktublaşmaları idi. Hüseyn–Makmahon məktublaşmalarına əsasən, Britaniya ərəblərin Osmanlı İmperiyasına qarşı üsyan qaldırmaqlarının əvəzində bir Ərəb Krallığı vəd edirdi. Britaniya ərəblərə bir dövlət vəd etdiyi zaman, Fransa ilə Says-Piko sazişini də imzalayırdı. Says-Piko sazişinin həyata keçirilməsi Suriya Ərəb Krallığının məhvinə gətirib çıxarırdı.
Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti
Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti (ing. Syrian Arab Red Crescent, ərəb. الهلال الأحمر العربي السوري‎ Al-Hilal al-Aḥmar al-Arabi al-Souri) — humanitar qeyri-kommersiya təşkilatıdır. Baş qərargahı Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşir. == Tarixi == Cəmiyyət 1942-ci ildə təsis edilib və 1946-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən üzv təşkilat kimi qəbul edilmişdir. Təşkilatın bütün Suriya ərazisində 14 filialı və 75 yarım filialı var. Təşkilat Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar olaraq öz fəaliyyətini gücləndirmişdir və müharibə zonasındakı insanları digər ərazilərə köçürməklə məşğuldur. Mühasirədə olan yerli əhalini və döyüşçüləri digər ərazilərə köçürür. Darayya şəhəri hökumət qüvvələrinin mühasirəsi altında düşəndə əsgərlər Qırmızı Aypara cəmiyyəti tərəfindən digər zonalarda yerləşdirildi.
Suriya Ərəb Respublikası
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Suriya əhalisi
Suriya Mərkəzi Statistika Bürosunun rəsmi "əhali saatı"na görə 22 sentyabr 2015-ci il tarixinə ölkə əhalisinin sayı 23.394.783 nəfər təxmin edilir. Ancaq digər mənbələrdə göstərilən məlumatlar fərqlidir. Mərkəzi Kəşfiyyat İdarəsi Ümumdünya faktlar kitabında 2014-cü ilin iyul ayına, ABŞ Siyahıyaalma Bürosu isə 2015-ci ilin iyul ayına Suriya əhalisini təqribən 17.065 milyon nəfər təxmin edir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinə görə 2015-ci ilin sentyabr ayına olan məlumatlara əsasən təqribən 4.1 milyon nəfər Suriyanı tərk etmiş, 7.6 milyon nəfər isə ölkə içində məcburi köçkünə çevrilmişdir, həmçinin ölkədə 12.2 milyon insan humanitar yardıma ehtiyac duymaqdadır. Suriyalı qaçqınların sayca ən böyük hissəsi Türkiyədə sığınacaq tapmışdır. Əgər 29 aprel 2011-ci ildə Türkiyəyə ilk sığınan qaçqın qrupun sayı 252 nəfər idisə bu rəqəm 2015-ci ilin avqust ayının ilk ongünlüyündə 1.905.984 nəfəri, həmin ayın 25–ində isə 1.938.999 nəfəri ötmüşdür və sentyabr ayının ikinci ongünlüyünə olan rəsmi məlumata əsasən 2.225.147 nəfər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən Türkiyədən sonra ən çox Suriyalı qaçqın qəbul edən ölkələr Livan (25 avqust 2015; 1.113.941 nəfər), İordaniya (17 sentyabr 2015; 628.887 nəfər), İraq (13 sentyabr 2015; 248.503 nəfər) və Misirdir (5 iyul 2015; 132.375 nəfər); həmçinin 2011-ci ilin aprel ayından 2015-ci ilin avqust ayınadək Avropa qitəsinin 37 ölkəsində qeydə alınmış Suriyalı qaçqınların sayı 428.735 nəfərə çatmışdır. == Əhali sayının dinamikası və gender strukturu == Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə: — Siyahıyaalınmalara və 2005–2011-ci illərin ortalarına olan cari hesablamalara əsasən Suriya əhalisinin sayı: — 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidlərində əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin ortasına təxmin edilən əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin sonuna təxmin edilən əhali sayı: === Yaş strukturu === Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə 2011-ci ilin ortasına təxmin edilən əhalinin yaş strukturu: === Sıxlığı === == Urbanizasiya == 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidləri üzrə şəhər və kənd əhalisinin sayı və inzibati vahidlərin ümumi əhalisi içində nisbətləri: 2004-cü il siyahıyaalınmasına əsasən ölkənin ölkədə 112–si şəhər yaşayış yeri, 5.976–sı isə kənd olmaqla cəmi 6.088 yaşayış yeri vardır. Şəhərlərdən 14–ündə əhalinin sayı 100 mindən artıqdır. == Dil və din == Suriyanın müasir sərhədləri daxilində danışılan dillər və ya etnik mənzərə haqqında bütün rəsmi məlumatlar müasir Suriya ərazisinin Fransa mandatı altında olduğu dövrə (1920–1946) aiddir.