Svetofor protokolu
Svetofor protokolu – informasiya təhlükəsizliyi insidenti haqqında konfidensial informasiyanın yayılma auditoriyasını göstərmək üçün işarə sistemi.
Svetofor protokolu 2000-ci illərin əvvəllərində İngiltərənin Milli İnfrastruktur Təhlükəsizlik Koordinasiya Mərkəzinin (Milli İnfrastrukturun Müdafiəsi Mərkəzi — CPNI)tərəfindən həssas informasiyaların bölüşdürülməsi məqsədilə yaradılmışdır.
İnformasiya dörd rəngdən biri ilə işarələnir:
Qırmızı – olduqca konfidensial informasiya, informasiyanın hazırlanması prosesinin iştirakçılarından başqa heç bir əməkdaş və ya qurum arasında yayıla bilməz. İnformasiyanın paylaşılması üçün bütün iştirakçıların imzası tələb olunur.
Sarı – məhdud yayılma, paylaşılması lazım olduqda informasiyanı alan şəxs yalnız öz təşkilatı daxilində paylaşa bilər.
Yaşıl – geniş yayılma, müəyyən icma daxilində geniş yayıla bilər, amma KİV-də nəşr oluna bilməz.
Ağ – qeyri-məhdud yayılma, müəlliflik hüququ qorunmaqla yayılması sərbəstdir.
İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.