SÖYLƏŞMƏK qarş. Bir işin necə edilməsi haqqında danışmaq, müzakirə etmək; söhbətləşmək, dilləşmək, məsləhətləşmək. İstəyirik bir iş açaq filməsəl; Söyləşirik bir-iki il laəqəl. M.Ə.Sabir. Yusif xeyli fikirdən sonra dedi: – Qızım, mənim fikrimə bir şey gəlir. Səninlə bir yerdə Peterburqa gedəlim. Bahadır ilə bir yerdə sözləşəlim, bəlkə birlikdə bir çarə tapdıq. N.Nərimanov.