Tərcümə haqqında elm

tərcüməçilik işinin xarakterini tədqiq edən nəzəriyyə və metod. Ümumi şəkildə tərcümə haqqında elmi-nəzəri fənlərə və tərcümə praktikasına ayırmaq olar: I. Ümumi tərcümə nəzəriyyəsi: a) tərcümə nəzəriyyəsinin şifahi forması; b) tərcümə nəzəriyyəsinin yazılı forması; c) maşın tərcüməsi nəzəriyyəsi; II. Xüsusi tərcümə nəzəriyyəsi. III. Tərcümənin praktikologiyası. IV. Tərcümənin didaktikası. Xüsusi tərcümə nəzəriyyəsi öz ümumi aspektinə malik ola bilər (burada ümumiləşdirmə yalnız bir dildən başqa dilə tərcümədə ola bilər).
Tərcümə haqqında elm
Tərcümə hesablayıcı leksikoqrafiya
OBASTAN VİKİ
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Elm və mədəniyyət haqqında mühakimələr
Elm və mədəniyyət haqqında mühakimələr ― Cenevrəli filosof Jan Jak Russonun incəsənət və elmin insan əxlaqını pozduğunu müdafiə etdiyi esse. Bu əsər onun ən mühüm əsərlərindən sayılır. Russo bu əsərində iddia edirdi ki: "Elm və sənətdəki inkşaf artdıqca, dünyanın hər yerindəki insan topluluqlarında qaydalar pozulmağa başlayır."Russo bu fikri ilə dövrün ümumi qəbul olunmuş davranış qaydalarına, nəzakət və incəliyə qarşı çıxırdı. Russoya görə "Təhsilli olmaq əxlaqlı olmaq demək deyildir". Russo nəzakət çərçivəsində vizual mədəniyyətin aldadıcılığını, "fərqli olmaq arzusu"nun, rəqibləri geridə buraxaraq dəyər qazanmaq istəyinin ikiüzlülüyə çevrildiyini ortaya qoyur.
Elm
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daim yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Sinxron tərcümə
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq mümkündür. == Sinxron tərcümənin tarixi == Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. == Sinxron tərcümə Azərbaycanda == Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə Azərbaycanda sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə proqramları
Tərcümə proqramları dedikdə mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur. Tərcümə proqramları iki cür olur: Sözlərin ayrı-ayrılıqda tərcüməsini yerinə yetirən proqramlar – Polyglot, Lingvo, Lingvosoft Dictionary və s. Mətnin ümumi tərcüməsini yerinə yetirən proqramlar – Dilmanc, PROMT, Systran, SOKRAT, Cevirt və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə layihəsi
Tərcümə layihəsi — tərcümə fəaliyyəti ilə məşğul olan layihə. müəyyən bir mətnin və ya nitqin bir dildən başqa bir dilə çevrilməsi prosesinin planlı şəkildə həyata keçirildiyi fəaliyyətlər toplusudur. Bu layihələr təkcə tərcümənin özünü deyil, həm də onun idarə olunmasını, keyfiyyətin təmin edilməsini və vaxtında təhvil verilməsini əhatə edir. Tərcümə layihələri yazılı, şifahi, audiovizual və ya texniki mətnlərin tərcüməsi ilə əlaqəli ola bilər. Antuan Berman kimi tərcüməçi alimlər belə bir fikri müdafiə edirlər ki, hər bir tərcüməçi öz tərcümə layihəsini hazırlamalı, ona sadiq qalmalı və daha sonra tərcümənin tənqidini inkişaf etdirməlidir. Hər bir tərcüməçi yalnız öz tərcümə layihəsinə sadiq ola bilər. == Tərcümə layihəsinin xüsusiyyətləri == Planlı yanaşma məqsəd və məzmununa görə xüsusi bir plan üzrə idarə olunur. Komanda işində tərcüməçilər, redaktorlar, korrektəçilər, layihə menecerləri və digər mütəxəssislər iştirak edə bilər. Dil və mədəniyyət adaptasiyasında mətnin yalnız dil baxımından deyil, həm də mədəni kontekstə uyğun tərcümə olunması vacibdir. Ədəbiyyat, hüquq, texnika, elm, biznes və digər sahələrdə mətnlərin tərcüməsi layihənin məqsədindən asılıdır.
Azərbaycan Tərcümə Mərkəzi
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi — Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılıb. == Tarixi == Mərkəzin ilk sədri tanınmış türkoloq alim Aydın Məmmədov olub. 1991–2014-cü illərdə Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib və 1989–2014-cü illərdə onun baş redaktorluğu ilə Mərkəzin rüblük nəşri olan "Xəzər" jurnalı işıq üzü görüb. 2014-cü ildən 2021-ci ilədək Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu rəhbərlik edib . Mərkəz 1991–2007-ci illər ərzində 70-ə yaxın tərcümə əsərini ayrıca kitab kimi çap edib. 2014-cü ildən "Dünya ədəbiyyatı" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi dərc edilib. 2021-ci ilin iyul ayından Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzinin sədri tərcüməçi, dramaturq Vaqif Əlixanlıdır. Dərginin qurucusu və ilk baş redaktoru Səlim Babullaoğlu, hazırkı baş redaktoru ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Dərginin 2014–2017-ci illər ərzində Ukrayna, Rusiya, Oman, İran, İngiltərə ədəbiyyatları xüsusi sayı, "Dünya dramaturgiyası xüsusi buraxılışı" işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 2014–2017-ci illərdə Ukraynanın "Vsesvti" jurnalı, Omanın Mədəniyyət Assosiasiyası, İranın Mədəniyyət Mərkəzi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Serbiya və Moldova Yazıçılar İttifaqları, başqa təşkilatlarla əməkdaşlıq barədə Memorandum imzalayıb.
Azərbaycan tərcümə ensiklopediyası
Tərcümə çətinlikləri (film)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir. Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi). Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.
Kompüter dəstəkli tərcümə
Kompüter dəstəkli tərcümə — İngilis abbreviaturası CAT olan tərcümə növü. Bu proqram tərcümə zamanı tərcüməçiləri dəstəkləyən kompüter proqramı ilə edilir. CAT-ı maşın tərcüməsi və ya kompüterləşdirilmiş tərcümə ilə qarışdırmaq olmaz, burada tərcümə prosesi heç bir insan köməyi olmadan, tərcümədən əvvəl və ya sonra az insan dəstəyi ilə baş verir. Xüsusilə, texniki sənədlər və istifadəçi təlimatları kimi istifadəçi mətnləri adlanan mətn növlərinin tərcüməsində, lokalizasiya proseslərində CAT proqramından tez-tez istifadə olunur. CAT proqramı üç əsas komponentdən ibarətdir: tərcümə yaddaşı, terminologiyanın idarə edilməsi və tərcümədə layihənin idarə edilməsi. O, həmçinin mətn redaktə proqramı ilə işləmək üçün lazımi interfeyslərə, sistemə əvvəllər edilmiş tərcümələri əlavə etmək üçün istifadə edilən uyğunlaşdırma proqramına və tərcüməçilərin müxtəlif fayl formatları ilə işləməsini təmin etmək üçün istifadə edilən mətn çeviricilərinə malikdir. == CAT proqramı == Belə proqram təminatı tərcümələri tərcümə vahidlərinə bölür və mənbə və hədəf mətn tərcümə vahidlərini uyğunlaşdırmaqla tərcümə yaddaşında saxlayır. Sonrakı tərcümələrdə eyni və ya oxşar tərcümə vahidlərinə rast gəlindikdə, tərcümə yaddaşı bu vahidləri tərcüməçi üçün əlçatan edir. Beləliklə, tərcüməçi oxşar cümlənin əvvəllər necə tərcümə olunduğunu öyrənir və tərcümədən yaddaşda istifadə edərək daha sürətli və ardıcıl tərcümə etmək imkanı əldə edir. CAT proqramı tərcümə yaddaşı kimi güclü verilənlər bazası proqramından və ya paralel mətnlərdən istifadə edir.
Rusiyada elm
Rusiyada elm — Rusiyada elm adamları tərəfindən hazırlanmış elmi istiqamətlər. Müasir elm XVIII əsrdən etibarən fəal şəkildə inkişaf etməyə başladı, o vaxtdan bəri Rusiyadan olan bir çox alim bir sıra əhəmiyyətli kəşflər etdi və dünya elminə əhəmiyyətli töhfələr verdi. == Tarixi == Pyotr hakimiyyətindən əvvəl Rusiya nəzəri elm sahəsində Avropadan geri qaldı. Bunun səbəbi zəif mədəni əlaqələr, Bizansın kifayət qədər böyük təsiri, tərcümə edilmiş elmi əsərlərin məhdud yayılması, mədəni və sosial xüsusiyyətlərdir. İlk qədim rus riyazi əsəri 1136-cı ildə Novqorod keşişi Kirik tərəfindən yaradılmışdır. Daha sonra kosmoqrafiya, məntiq, hesab mövzusunda kitablar tərcümə edilərək paylandı. XVII əsrdə Rusiyada ilk universitetlər və özəl məktəblər meydana çıxdı: boyar F.M.Rtişev məktəbi (1648), Polotsk Simeon məktəbi (1665) və Slavyan-Yunan-Latın Akademiyası (1687). Elmdən fərqli olaraq texnologiya sahəsində Avropadan heç bir ciddi geriləmə yox idi. Elm, sosial bir qurum olaraq, Rusiyada I Pyotrun dövründə, Sibir və Amerikaya bir neçə ekspedisiya göndərdiyi zaman ortaya çıxdı, o cümlədən Vitus Bering və ilk rus tarixçi Vasili Tatişev. 1724-cü ildə bir çox məşhur Avropa alimlərinin dəvət olunduğu Sankt-Peterburq Elmlər Akademiyası açıldı.
Siyasi elm
Politologiya və ya siyasi elm — politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir. Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət.
Yalançı elm
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. == Haqqında == Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
Yaşıl Elm
Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə universitet tələbələri tərəfindən elmi bloq olaraq fəaliyyətə başlayan, hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır. Baş redaktoru Taryel Abdullayevdir. == Fəaliyyətlər == === Elektron qəzet === Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Burada hər kəs məqalə yaza bilər, məqalələr redaktorlar tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın böyük universitetlərində tədris edilən kitablara istinad edilərək hazırlanır. Heç bir şəxsi, siyasi görüş, inanc və inancsızlığı dəstəklənməsinı, reklamına və propoqandasına icazə verilmir.[mənbə göstərin] === Kitablar === Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır. Bununla yanaşı Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Ali Demirsoyun "Məktəblilər üçün təkamül" kitabları tərcümə edilərək çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır.[mənbə göstərin] === Tədbirlər === Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Görüşlərin əsas məqsədi oxuyucuların suallarını cavablandırmaqdır. Bununla yanaşı elmi seminarlar və elm adamlarının insanlarla görüşünü təşkil edir.[mənbə göstərin] === Digər Fəaliyyətlər === Portalın elmi seminarlar üçün fəaliyyət göstərən speaker.az saytı fəaliyyətə başlayıb.
İqtisadiyyat (elm)
İqtisadiyyat ("ekonomika") – yunanca "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi isə cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi; üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür. İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir: I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri; II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını; III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir; IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını; V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini. İqtisadiyyata aşağıdakı təriflər vermək olar: İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir; İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məcmuudur, cəmiyyətin iqtisadi bazisidir; İqtisadiyyat — ölkə ərazisində ictimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır. İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir. == Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər == Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif cür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asacların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaranır.
Elm adamı
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Elm xadimi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Elm attaşesi
Elm attaşesi — diplomatik missiyalarda, xüsusilə səfirlik və konsulluqlarda çalışan xüsusi diplomatik vəzifə. Elm attaşesinin əsas funksiyası ölkəsi ilə təmsil olunduğu xarici ölkə arasında elmi, texnoloji və təhsil sahələrində əməkdaşlığı təşviq etmək və genişləndirməkdir. Onlar elmi-tədqiqat işlərində, innovasiyalarda, tenologiyanın transferində və beynəlxalq əməkdaşlıq layihələrində mühüm rol oynayırlar. == Vəzifə və öhdəlikləri == Elm attaşesinin vəzifə və öhdəlikləri diplomatik missiya çərçivəsində ölkəsini beynəlxalq elmi-tədqiqat və innovasiya sahələrində təmsil etmək, elmi əməkdaşlığı təşviq etmək və bu sahədə əlaqələri gücləndirməkdir. Elmi əməkdaşlığın təşviqi baxımından iki ölkə arasında elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını inkişaf etdirmək, universitetlər, tədqiqat mərkəzləri və elmi institutlar arasında əlaqələri qurmaq və dəstəkləmək, müxtəlif ölkələrin alimləri və mütəxəssisləri arasında əməkdaşlıq üçün təmas nöqtəsi kimi çıxış etmək elmi attaşelərin vəzifələrindən yalnız müəyyən bir qismidir. Elmi məlumat mübadiləsinə daxil olan ev sahibi ölkədəki elmi və texnoloji inkişafları izləmək və bu haqda öz ölkəsinə məlumat vermək, elmi tədqiqatlar və innovasiya ilə bağlı məlumatların paylaşılmasını asanlaşdırmaq, beynəlxalq konfranslar və seminarlar haqqında məlumatları təbliğ etmək və alimləri bu tədbirlərdə iştirak etməyə təşviq etmək öhdəlikləri də elm attaşesinin qarşısında duran vəzifələr sırasındadır. Ev sahibi ölkədəki texnoloji yenilikləri, elmi kəşfləri və innovativ inkişafları izləmək, bu sahədə olan nailiyyətlərin öz ölkəsinə transfer olunmasına dəstək vermək, iki ölkə arasında elmi-texnoloji əməkdaşlıq layihələrini təşviq etmək və koordinasiya etməyi də vəzifə və öhdəliklərinə aid etmək olar.

Digər lüğətlərdə