1. Bir-birinə qarışmış, dolaşıq, nizamsız, qarışıq; pərişan.
[Süleyman Əsgərə:] Nədir sənin dərdin, bu nə ah-zardır; Nədir sənin fikrin belə tar-mardır.
Məzar… Şaxta kəsir, o tənha xəyal; Yönəlir yoluna fikri tar-mar.
2. Xaraba, dağınıq, dağılmış, viran qalmış. Tar-mar ev.
◊ Tar-mar etmək – 1) bir-birinə qarışdırmaq, dolaşdırmaq, nizamsız hala salmaq;
2) xaraba qoymaq, dağıtmaq, viranə qoymaq.
[Hacı Murad:] Məhərrəm bəy mənim atamın yurdunu tar-mar edər… ;
3) məhv etmək, yox etmək, dağıtmaq, darmadağın etmək.
Düşmənin səflərini eləyəndə tar-mar; Bilirlər ki, arxada neft dəryası Bakı var.
Tar-mar olmaq – 1) bir-birinə qarışmaq, nizamsız hala düşmək, dolaşmaq;
2) xaraba qalmaq, dağılmaq, alt-üst olmaq.
[Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. ;
3) dağılmaq, məhv olmaq, darmadağın olmaq.
Hitler Almaniyası tar-mar oldu.