TÖVZİH
TUBA
OBASTAN VİKİ
Tu-154
Tupolev Tu-154 Rus istehsalı olan orta mənzilli üç mühərrikli sərnişin təyyarəsidir. Boeing 727-yə oxşar bir dizayna sahibdir. Rusiya, Şərqi Avropa, Kuba, Çexoslovakiya və daha çox ölkədə istifadə olunan Rusiyanın ən çox istehsal olunan sərnişin təyyarəsidir. İstehsal edilən sərnişin təyyarələrinin çoxu Aeroflotda (keçmiş SSRİ və indiki Rusiya Hava yolları) xidmət göstərdi. Hal hazırda 17 fərqli hava yolu şirkətində ildə təxminən 138 milyon sərnişin daşıyır. Təyyarənin dizaynı ona həm torpaq həm də buzlu zolaqlara enməyə imkan verir. Şimal qütbü kimi həddən artıq soyuq şəraitlərdən təsirlənmədən qalxış üçün gözləyə bilər. Tu 154 1 mach sürətə çata bilən ən sürətli sərnişin təyyarələrindən biridir. Tu 154 Aeroflotda xidmət göstərən köhnə Tu 104 təyyrələrinin yerini doldurmaq üçün dizayn olunmuşdur. Aeroflot sovet təyyarə konsturktorlarından 16-18 ton yük daşıma qabiliyyətli, 2500–4000 km mənzil, operativ sürəti 900 km/saat və ya 6 ton yük daşıma 7000 km-ə qədər mənzil, 850 km/saat uçuş sürətinə sahib yeni bir model dizaynı tələb etdi.
Tu Kayven
Tu Kayven (çin. sadə. 杜 凱文, 28 iyun 1991, Tayçjun) — Yüngül çəki dərəcəsində Tayvanı təmsil edən cüdoçu. Tu Kayven beynəlxalq yarışlarda Tayvanı təmsil edir. 2008-ci ildən Çin Taybeyi yığmasına cəlb olunmuşdur. Londonda təşkil olunan 2012 Yay Olimpiya Oyunlarında iştirak etmiş, Şərqi Asiya çempionatlarının gümüş və bürünc mükafatçısı olmuşdur. Asiyanın gənclər çempionatının gümüş mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çoxunun iştirakçısıdır. Tu Kayven 28 iyun 1991-ci ildə Tayvanın Tayçjun şəhərində anadan olmuşdur. İlk dəfə 2008-ci ildə turnirlərdə iştirak etmişdir. On yeddi yaşlıların yüngül çəki dərəcəsində Taybeyin ev sahibliyi etdiyi beynəlxalq yarışda bürünc medal qazanmışdır.
Tu canción
Tu canción (azərb. Sənin mahnın‎) — İspaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Alfred Qarsiya və Amaya Romero dueti "Tu canción" mahnısı ilə İspaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Raul Qomes və Silviya Santoro tərəfindən bəstələnmişdir.
Tu Yuyu
Tu Yuyu (30 dekabr 1930[…], Ninbo, Çjetszyan, Çin Respublikası)—Çin alimi və fitokimyacı. Malyariyaya qarşı dünyanın ən təsirli dərmanlarından biri olan artemisinin kimi tanınan antimalarial maddə qinghaosu təcrid etməsi və tədqiqi ilə məşhur olub. Kəşflərinə görə Tu 2015-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı alıb. Tu Yuyu 30 dekabr 1930-cu ildə Çinin Çjetszyan-Ninbo şəhərində anadan olub. 1948-ci ildə Ninbo məktəbinə keçməmişdən əvvəl orta məktəbi və liseyin ilk ilini Xiaoshi məktəbində oxuyub. 1951-ci ildən 1955-ci ilə qədər Pekin Universiteti Tibb fakültəsində oxuyub. Tu Əczaçılıq Elmləri Bölməsində oxuyub və 1955-ci ildə oranı bitirib. Sonra iki il yarım ənənəvi Çin təbabəti üzrə təlim keçib. Məktəbi bitirdikdən sonra Pekində ənənəvi Çin Tibb Akademiyasında təhsil alıb. O, 1978-ci ildə Çin iqtisadi islahatının başlanmasından qısa müddət sonra Tədqiqatçı adını alıb.
AMEA Dilçilik İns­ti­tu­tu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. == Tarixi == 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. == Rəhbərləri == Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli == Nəşrləri == "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
Antoni Tu Şihua
Antoni Tu Şihua (Noyabr 22, 1919 – Yanvar 4, 2017) — Çin Vətənpərvər Katolik Assosiasiyasının yepiskopu olmuşdur. 1944-cü ildə Roman-Katolik kilsəsinə keşiş təyin olunmuşdur. Tu Şihua Çin Vətənpərvər Katolik Birliyi tərəfindən 1959-cu ildə papanın mandatı kimi Roma-Katolik kilsəsinə yepiskop təyin olundu. Lakin o, Hanyan Roma Katolik Yeparxiyasının yepiskopluğuna qeyri-legitim şəkildə qəbul edilmişdir. Şihua 4 yanvar 2017-ci ildə Pekində 98 yaşında vəfat etmişdir.
Et tu, Brute?
Et tu, Brute? (pronounced [ɛt ˈtuː ˈbruːtɛ]) — azərbaycanca "Sən də mi Brut?" və ya "Hətta sən də, Brut?" kimi tərcümə olunan məşhur latın sözü. Əfsanəyə görə bu, Yuli Sezarın son sözləridir. Sitat, Uilyam Şekspirin Yuli Sezar pyesinin 3-cü aktında 1-ci səhnəsində görünür, burada Roma diktatoru Yuli Sezar öldürülərkən dostu Mark Yuni Brutu sui-qəsdçilərdən biri kimi tanıdıqdan sonra səslənir. Deyilənə görə, bu ifadənin ilk məlum nümunələri Yelizaveta dövrünə aid iki qədim pyesdə görünür; Şekspirin VI Henri 3-cü fəsil və Riçard Edesin Sezar öldürüldü adlı daha qədim pyesi. Bu ifadə əsasən bir dostun gözlənilməz xəyanətini ifadə etmək üçün istifadə olunur. Tarixi Sezarın bu sözləri söyləməsinə dair heç bir dəlil yoxdur. Tarixi Sezarın son sözləri dəqiq bilinməsə də, hadisədən bir əsr yarım sonra Roma tarixçisi Svetoni qeyd edir ki, Sezar ölərkən heç nə deməyib, lakin başqaları Sezarın Bruta son sözlərinin "sən də, övlad" və ya "sən də, gənc adam" anlamına gələn yunanca Kai su, teknon (Και συ τέκνον) ifadəsi olduğunu bildirirlər. Populyar inancın əksinə olaraq, bu sözlər Sezarın tamaşadakı son sözləri deyil, çünki dərhal sonra "O zaman Sezar yıxılsın!" deyir. == Kontekst == E.ə 44-cü il martın 15-də (Mart İdesi) tarixi Sezar, dostu və çırağı olan Brutus da daxil olmaqla bir qrup senatorun hücumuna məruz qaldı.
Huun-Huur-Tu
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu. Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Petra-tu-Romiu
Petra-tu-Romiu (yun. Πέτρα του Ρωμιού), Afrodita qayası — Bafda (Kipr) dəniz kekuru (qaya). Ərazinin gözəlliyi və yunan mifologiyasında Afrodita ilahəsinin vətəni olaraq bilinməsi səbəbindən turistləri özünə cəlb edir. Turistlər arasında populyarlığına baxmayaraq, Petra tu Romiou yaxınlığındakı dəniz üzmək üçün təhlükəlidir və qayaya dırmaşmaq qadağandır. Ancaq yaxınlıqda bir restoran, bir turizm pavilyonu və Afrodita Hills kurortu vardır. Bir rəvayətə görə, qayalıq Afrodita sevgi ilahəsinin doğulduğu yerdir. Beləliklə Geya (yer ilahəsi) Kronosun oğullarından birini atası Uranı axtalamağa inandırır. Kronos tərəfindən axtalanan Uranın dənizə düşərək qar kimi ağ köpük əmələ gətirən sperma və qanından Afrodita Kifera adası yaxınlığında anadan olmuşdur. Külək onu Kipr adasına gətirmişdir (ya da Kiferanı sevmədiyi üçün özü oranı üzərək tərk etmişdir). Burada Orlar dəniz dalğalarından çıxaraq onunla görüşmüşdür.
Tupolev Tu-123
Sovet istehsalı Tupolev “TU-123” pilotsuz uçuş aparatı.
Tupolev Tu-141
İstehsalçı: SSRİ İstehsalçı şirkət: Tupolev Tip: Pilotsuz uçuş aparatı İlk uçuş: 1974-cü il İstismara verilib: 1979-cu il İstehsal tarixi: 1979 – 1989-cu il İstehsal sayı: 152 ədəd Kütləsi: 5.370 kq Uzunluğu: 14.33 m Qanad uzunluğu: 3.88 m Qanad sahəsi: 10.0 m² Hündürlüyü: 2.44 m Mühərrik: 1 ədəd Tumansky KR-17A Güc: 19.6 kN (4,409 lbf) Maksimal sürəti: 1.110 km/s; 1.000 km/s (Kreyser (normal) sürəti) Uçuş məsafəsi: 1.000 km Uçuş yüksəkliyi: 6.000 m Minimal uçuş yüksəkliyi: 50 m Tu-141, Tupolev Tu-123 PUA-larının davamıydı və nisbətən böyük, orta ölçülü bir pilotsuz uçuş aparatı idi. Transonik sürətlərdə ön cəbhə xətlərinin bir neçə yüz kilometr arxasında kəşfiyyat missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. Film kameraları, infraqırmızı müşahidə cihazları, EO müşahidə cihazları və görüntü radarları daxil olmaqla bir sıra qurğuları üzərində yerləşdirmək olardı. Əvvəlki Tupolev modellərində olduğu kimi, dart kimi arxaya monte edilmiş delta qanada, önə quraşdırılmış kanadalara və quyruqdan yuxarıya quraşdırılmış bir KR-17A reaktiv təyyarə mühərrikinə malik idi. Qatı yanacaq ilə işləyən gücləndiricinin köməyi ilə bir treyderdən (buraxıcı qurğu) buraxılırdı və quyruğuna monte edilmiş paraşütün köməyi ilə yerə enirdi Tu-141 1979-1989-cu illərdə SSRİ ordusunda xidmətdə olmuşdur, əsasən Sovet İttifaqının qərb sərhədlərində istifadə edilmişdir. Tu-141, Donbass müharibəsi zamanı Ukrayna Hava Qüvvələri tərəfindən təkrar xidmətə qəbul edilmişdir.
Tupolev Tu-144
Tupolev Tu-144 (NATO kod adı: Charger) — 1962-ci ilin yanvar ayından Aleksey Tupolev tərəfindən dizaynı verilmiş dünyanın ilk səsdən sürətli (supersonik) təyyarəsidir. Aviaşirkətlər tərəfindən daha çox ticarət daşınmaları üçün istifadə edilmişdir. Qərb müşahidəçilər Tu-144-ə "Konkord"a oxşarlığından ötrü "Concordski" adını vermişlər. Çünki təyyarə dizayn xüsusiyyətləri baxımından "Konkord"a çox oxşayırdı. Təyyarənin ilk prototipi 1968-ci il 31 dekabr tarixində Moskva yaxınlığında ilk uçuşunu reallaşdırdı. Bu hadisədən iki ay sonra isə Konkord ilk uçuşunu həyata keçirdi. Tu-144 səs sürətini ilk dəfə 1969-cu il 5 iyun tarixində keçdi. Tu-144, 1969-cu il 15 iyul tarixində March 2 sürətini aşan ilk ticari nəqliyyat təyyarəsi və dünya tarixinin ən sürətli ticarət təyyarəsi oldu. 3 iyun 1973-cü ildə Paris Hava Şousunda istehsal olunan ilk Tu-144S təyyarəsi qəzaya uğrayır. Bu qəza layihəyə də böyük zərbə olur.
Tupolev Tu-154
Tupolev Tu-154 Rus istehsalı olan orta mənzilli üç mühərrikli sərnişin təyyarəsidir. Boeing 727-yə oxşar bir dizayna sahibdir. Rusiya, Şərqi Avropa, Kuba, Çexoslovakiya və daha çox ölkədə istifadə olunan Rusiyanın ən çox istehsal olunan sərnişin təyyarəsidir. İstehsal edilən sərnişin təyyarələrinin çoxu Aeroflotda (keçmiş SSRİ və indiki Rusiya Hava yolları) xidmət göstərdi. Hal hazırda 17 fərqli hava yolu şirkətində ildə təxminən 138 milyon sərnişin daşıyır. Təyyarənin dizaynı ona həm torpaq həm də buzlu zolaqlara enməyə imkan verir. Şimal qütbü kimi həddən artıq soyuq şəraitlərdən təsirlənmədən qalxış üçün gözləyə bilər. Tu 154 1 mach sürətə çata bilən ən sürətli sərnişin təyyarələrindən biridir. Tu 154 Aeroflotda xidmət göstərən köhnə Tu 104 təyyrələrinin yerini doldurmaq üçün dizayn olunmuşdur. Aeroflot sovet təyyarə konsturktorlarından 16-18 ton yük daşıma qabiliyyətli, 2500–4000 km mənzil, operativ sürəti 900 km/saat və ya 6 ton yük daşıma 7000 km-ə qədər mənzil, 850 km/saat uçuş sürətinə sahib yeni bir model dizaynı tələb etdi.
Tupolev Tu-160
Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır. Rusiya Rusiya Hərbi Hava Qüvvələri: 2008-ci ilin aprel ayına olan məlumata əsasən 16 ədəd (12-si döyüş, 4-ü təlim məqsədilə) Tu-160 istifadə olunurdu. 2015-ci ildə döyüşə hazır vəziyyətdə olan bu bombardmançıların sayı 11 olmuşdur. 2017-ci ildə Rusiya Federasiyası Ordu Generalı Yuri Borisovun dediyinə görə hazırda döyüşə hazır vəziyyətdə olan Tu-160 döyüş təyyarələrinin sayı 16 ədəddir və bu təyyarələrin modernizasiya olunması planlaşdırılır.
Tupolev Tu-22
Tu-22, Rus Tupolev şirkəti tərəfindən yaradılmış olan bir bombardmançı təyyarəsidir. NATO kod adı “Blinder” olaraq bilinir. 311 ədəd istehsal edilmişdir.
Tupolev Tu-22M
Tu-22M (Ty-22M) və ya NATO kod adı ilə Backfire – dəyişkən qanad quruluşu olan uzun mənzilli supersonik adi bir bombardmançı. Ən böyük istifadəçisi Rusiyadır. Onlardan biri Osetiya müharibəsi zamanı vurulub. TU-22 modelinin əlamətdar bir müvəffəqiyyəti olmasa da, əvvəlki model TU-16-dan daha üstün bir təyyarədir. Onun əməliyyat diapazonu və uçuş performansı təyyarənin zəif nöqtələridir. TU-22 modelinin istehsalı ilə, bu təyyarəni əvəz edəcək növbəti nəslin inkişafına başlanılmışdır. Mig-23 və Su-17 dizaynları ilə dəyişkən həndəsi qanad texnologiyası tərəfindən təklif olunan qısa uçuş zolağından qalxma, yüksək kreyser sürəti, aşağı hündürlükdə uçan zaman mövcud uçuş rahatlığı, səmərəli naviqasiya kimi xüsusiyyətləri nəzərə alaınraq yeni bir təyyarə layihəsi yaradılmışdır. Layihənin nəticəsi yeni dəyişkən həndəsəli Samolyot 145 (Ru. Aeroplane 145) modelidir. Tu-22M, Tu-22 əsaslı silah sistemlərindən istifadə edir və eyni Kh-22 döyüş raketindən istifadə edir.
Tupolev Tu-95
Tupolev Tu-95 (NATO kod adı Bear) – Soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş, uzun ömürlü və çox uğurlu strateji bombardmançı və raket daşıyıcı təyyarə. 2011-ci ildə hələ də xidmətdə olan bu təyyarənin, Rusiya Hərbi Hava Qüvvələrinin aldığı qərara əsasən 2040-cı ilə qədər sərhəd təhlükəsizliyi kimi xidmətdə qalması nəzərdə tutulub. Tu-95 dörd ədəd Kuznetsov turboprop tipli mühərrikə malikdir. Bunun sayəsində bütün zamanların ən sürətli və güclü təyyarələrindən biri hesab olunur. İndiyə kimi xidmətə girən tək turboprop motorlu bombardman təyyarəsidir. Donanma kəşfiyyat variantına Tu-142 adı verilmişdir. Bundan başqa, Çar Bombası adlı bomba xüsusi olaraq hazırlanmış Tupolev Tu-95 təyyarəsindən atılıb. "95" təyyarəsinin hazırlanmış variantlarının ümumi sayı, seriya modifikasiyalar, laboratoriyalar və həyata keçməyən layihələr uçan təcrübə nümunələri ilə birlikdə təxminən 500 vahiddir. Suriyada Tu-95 praktiki tətbiq etməsi sübut etdi ki, təyyarə tək "nüvə təmkinliyinin abstrakt vasitəsi" deyil, həmçinin real müasir lokal müharibələrdə istifadə oluna bilər. National Interest qeyd edir ki, Tu-95-i "köhnəlmiş silah" hesab etmək kifayət qədər sadəlövhlükdür.
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus Naxçıvan–Bakı reysi ilə hərəkət edən "Tu-134" təyyarəsinin qəzası. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.
Məşhəddə Tu-154 qəzası (2006)
Məşhəddə Tu-154 qəzası — 2006-cı il sentyabrın 1-də Bəndər-Abbas Beynəlxalq Hava Limanıdan Məşhədə daxili reyslə uçan İranın "Tu-154M" sərnişin təyyarəsi təyinat hava limanında sərt eniş edib. Qabaq şassenin nasazlığı nəticəsində yerə endikdən sonra təyyarə sürüşərək uçuş-enmə zolağından çıxaraq parçalandı və yandı. Təyyarədə olan 148 nəfərdən (137 sərnişin və 11 ekipaj üzvü) 28 nəfər həlak oldu.
Qəzvində Tu-154 qəzası (2009)
Qəzvində Tu-154 qəzası — 2009-cu il iyulun 15-də Tehrandan İrəvana müntəzəm reyslə uçan "Caspian Airlines" aviaşirkətinə məxsus "Tu-154M" sərnişin təyyarəsi Qəzvin şəhəri yaxınlığında, qalxdığı hava limanından 200 km məsafədə yerləşən Cənnətabad kəndi yaxınlığında qəzaya uğradı. Təyyarədə olan 168 nəfərin hamısı — 15 ekipaj üzvü və 153 sərnişin, o cümlədən iki uşaq həlak oldu. Ölənlərin arasında beş Ermənistan vətəndaşı da var idi. 2016-cı il mayın 10-da Tehran prokurorluğunun nümayəndəsi Qazi Şəhriari bildirdi ki, fəlakət təzyiq kompressorunun klapanındakı problemlər səbəbindən baş verib. Prokurorluq təyyarəni istehsal edən Rusiya şirkətini və uçuşa xidmət edən personalı günahlandırdı.
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası, 25 dekabr, 2016-cı il tarixində Moskva saatı ilı (UTC+3) 05:50-də Tupolev Tu-154 tipli təyyarə ilə Moskvadan Latakiyaya gedən Qızıl Ordu heyətindən 65 musiqiçi, jurnalist və əsgərləri daşıyan təyyarənin qəzası. Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatlarına əsasən Tu-154 təyyarəsindən kimsə xilas oluna bilinməyib. Təyyarədə ümumi olaraq 93 nəfərin olduğu rəsmi olaraq açıqlanmışdır.
Dünya turizm reytinqləri
Dünya turizm reytinqləri (ing. World Tourism rankings) — Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı tərəfindən ildə üç dəfə açıqlanan turizm reytinqi. Bu reytinqdə BMT-yə üzv olan region və subregionlar beynəlxalq turistlərin sayına, daxili turizmdən əldə olunan gəlirə və xaricə gedən ziyarətçilərin xərclərinə əsasən sıralanmışdır. == 2014 gəliş istiqamətinə görə ən çox ziyarət edilən ölkələr == 2014-cü ildə bütün dünyada 1,133 turist gəlişi olmuşdur. Bu rəqəm 2013-cü ildəkinə nisbətən 4,3 % çoxdur (2013-cü ildə 1,087 milyard turist gəlişi). 2014-cü ildə ən çox ziyarət edilmiş yerlər: === Afrika və Orta Şərq === ==== Afrika ==== 2013-cü ildə Afrikaya 55,7 milyondan çox turist gəlişi olmuşdur. Bu rəqəm 2012-ci ildəkinə nisbətən 5,4 % çoxdur. 2013-cü ildə Afrikada ən çox ziyarət edilmiş 10 ölkə ==== Orta Şərq ==== 2014-cü ildə Orta Şərqə 51 milyon beynəlxalq turist gəlişi olmuşdur. Bu rəqəm 2013-cü ildəkinə nisbətən 5 % çoxdur. 2014-cü ildə ən çox ziyarət edilən Orta Şərq ölkələri: === Amerika === 2014-cü ildə Amerikaya 181 milyondan çox beynəlxalq turist gəlişi olmuşdur.
Dünya Şahmat Namizədlər Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Dünya Şahmat İddiaçılar Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Elektrik tutumu
Elektrik tutumu — naqilin elektrik yükü toplamaq xassəsi. Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir. Düstur: C=q/U Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var.
Erigeron tuerckheimii
Erigeron tuerckheimii (lat. Erigeron tuerckheimii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron turczaninowii
Erigeron turczaninowii (lat. Erigeron turczaninowii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron turnerorum
Erigeron turnerorum (lat. Erigeron turnerorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermənistanda turizm
Ermənistanda turizm ― ölkəyə gələn turistlərin sayı hər il dəyişir. Ən çox Rusiya, Avropa ölkələri, ABŞ və İrandan turistlər gəlir. Nisbətən kiçik ölçülü olmasına baxmayaraq, Ermənistanın dört UNESCO Ümumdünya irsi ərazisi var. Daxili və xarici problemləri olmağına baxmayaraq, ölkəyə gələn turistlərin sayı 2007-dən bu vaxta qədər artmaqdadır. 2018-ci ildə 1,6 milyondan çox turist ölkəyə axın etmişdir. Turistlərin çox hissəsi ölkənin paytaxtı olan İrəvana səyahət edirlər. == Tarixi == === 2015-ci ildən bəri === 2019-cu il hesabatına görə, Ermənistanda otellərin qiymətinin normal olması, onu dünyadakı ən yaxşı sərfəli otelləri olaraq 7-ci sırada qərarlaşdırır. Həmçinin CNN kanalı, Ermənistanın paytaxtı İrəvanı ən gözəl 20 Avropa şəhərindən biri olaraq seçdi. === 2000–2015 === 2000-ci ildən sonra, Erməni turizmi üçün yeni dövr başladı. Rusiya, ABŞ, Liviya, Fransa və digər xarici ölkələrdən Ermənilər öz vətənlərinə gəlməyə başladı.
Euseius tularensis
Euseius tularensis (lat. Euseius tularensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Euseius tutsi
Euseius tutsi (lat. Euseius tutsi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Eyst Turseax
Eyst Turseax (pol. Eist Tuirseach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kralı, kraliça Kalantenin ikinci həyat yoldaşı. == Bioqrafiya == Eyst Turseax Skelliq kralı Branın qardaşı, yarl Krax an Kraytın dayısıdır. O, hələ həyat yoldaşının sağlığında yaxın münasibətdə olduğu Sintra kraliçası Kalante ilə evlənir və Pavettanın atalığı olur. Onun Kalante ilə evliliyi 14 il davam edir. Eyst Turseax nilfqaardlılara qarşı Marnadal döyüşündə həlak olur. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Eys rolunu Byörn Hlinur Haraldsson canlandırmışdır. Personaj serialın pilot seriyasında nilfqaardlılara qarşı döyüşdə həlak olsa da, sonradan keçmiş dövrün hadisələrini təsvir edən dördüncü və yeddinci seriyalarda yenidən görünür.
Film turizmi
Film turizmi — film, televiya verilişləri və ya başqa məqsədlərlə çəkiliş aparılan yerləri ziyarət etməyi hədəfləyən şəxslər üçün nəzərdə tutulan turizm növü. Film sektorunun inkişafı ilə birlikdə bu turizm sahəsi sürətlə inkişaf edir. Filmdə göstərilən tarixi yaxud ideoloji əhəmiyyəti böyük olan ərazilər tamaşaçılara tanıdılır və insanlar bu yolla göstərilən ərazilərə səfər etməyə həvəsləndirilir. Film turizmi üçün təşkil olunan turlarda əraziləri ziyarətdən başqa, filmdə istifadə olunan əşyaların geniş nümayişi də nəzərdə tutulur. İngiltərədə Harri Potter filminin səhnələrinin çəkildiyi Alnvik qalasında ziyarətçi sayında 120% artım qeydə alınıb və bu artım əraziyə təxminən 9 milyon funt-sterlinq dəyərində turizm gəliri gətirib.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976, Orhus) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Firuz şah Tuğluq
Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388, Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar. == Həyatı == Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372). Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi.
Fode Ballo-Ture
Fode Ballo-Ture (3 yanvar 1997, Konflan-Sen-Onorin[d]) — Seneqallı futbolçu. İtaliyanın Milan FK klubunda və Seneqal Milli futbol komandasında müdafiəçi kimi çıxış edir. == Klub karyerası == === Lill === Ballo-Ture Pari Sen-Jermen akademiyası vasitəsilə inkişaf etmişdir. 1 iyul 2017-ci ildə Ballo-Ture Lill klubu ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü Lill klubu ilə 6 avqust 2017-ci ildə etmişdir. O, ilk hissənin sonunda Rominige Kuame ilə əvəz olunmuşdur. Liqa 1 görüşündə Lill Nant klubuna 3–0 hesabı ilə qalib gəlmişdir. === Monako === 10 yanvar 2019-cu ildə Ballo-Ture Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Ballo-Ture Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır.
Fordi tunqağacı
Fərhad Turanlı
Fərhad Turanlı (26 dekabr 1960, Çiçəkli, Sabirabad rayonu) — tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin Humanitar elmlər fakültəsinin Ümumi və Slav dilləri kafedrasının professoru.. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin professor Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019–2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. == Həyatı == Turanlı Fərhad Qardaşxan oğlu 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977–1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979–1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində, o cümlədən Pırikarpatiya Polis akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1986-cı ildə ailə həyatı qurmuşdur (bir övladı və bir nəvəsi var). Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Ukraynanın Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakültəsini bitirib. 1993–1996-cı illərdə Ukraynanın Pırikarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tədqiqat işləri aparmaqla bərabər, 1994–1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs.
Fərqət Tuxtamışev
Gagea turcomanica
Gagea fragifera (lat. Gagea fragifera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Galendromimus tunapunensis
Galendromimus tunapunensis (lat. Galendromimus tunapunensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin galendromimus cinsinə aid heyvan növü.
Galeodes turcmenicus
Galeodes turcmenicus — Bövlər dəstəsinə, Galeodidae fəsiləsinə aid növ. 1937-ci ildə qeydə alınmışdır. == Endemik == Azərbaycanın endemik canlısı.
Galeolamna tufiensis
Carcharhinus amblyrhynchos (lat. Carcharhinus amblyrhynchos) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinin karxarin cinsinə aid heyvan növü.
Gnaphalium tunariense
Novenia (lat. Novenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Novenia acaulis (Benth. & Hook.f. ex B.D.Jacks.) S.E.Freire & F.H.Hellw. == Sinonim == Novenia tunariensis (Kuntze) S.E.Freire Gnaphalium tunariense Kuntze Lucilia tunariensis (Kuntze) K.Schum. Dolichogyne acaulis Wedd. ex Benth. & Hook.f. Mniodes tunariensis (Kuntze) Hieron.
Gran Turisme
Gran Turisme (İt: Gran Turismo) və ya qısaca GT ― uzun məsafəli sürüşlər üçün dizayn edilmiş yüksək performanslı bir avtomobildir. Hər hansı bir vasitə Gran Turisme kateqoriyasında adlandırıla bilər, lakin ümumi qəbul edilmiş olan qaydalara görə iki qapılı kupe gövdə və ya 2+2 oturacaqlı, 1991/1995 OBDI standartlarına görə 260Hp, 1996/1999 OBDII standartlarına görə 310Hp, 2004/2011 EOBD&HDOBD (OBD:On-board diagnostics) standartlarına görə 430Hp (HP: At gücü) olaraq qəbul edilir.
Grus turfa
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.

Digər lüğətlərdə