1. Bir işə başlama, iqdam etmə.
Rzaquluxan hansı təşəbbüsə başladısa da, yarımçıq qaldı.
[Mürşüd:] Özün də bilirsən ki, bu iş bizim təşəbbüsümüzdür.
□ Təşəbbüs qaldırmaq – yeni təşəbbüs irəli sürmək, qarşısına yeni məqsəd qoymaq.
[Qərənfil:] İnişil təşəbbüs qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir arşın qalxmayıb.
// Hər hansı bir işdə rəhbər rol, birincilik, başçılıq. Təşəbbüsü əldən verməmək. Rəqib komandanın təşəbbusü.
2. Təşəbbüskarlıq; müstəqil, fəal hərəkət etmək qabiliyyəti.
[Firəngiz Cəbrayıla:] Mən səndə hələ cəsarətli bir …təşəbbüs görməmişəm.