1. Yüksəltmək, daha uca etmək, qaldırmaq, getdikcə hündürlüyünü artırmaq (bina və s. haqqında).
Yeni binaları ucaltmazdan əvvəl köhnə evləri sökmək lazım idi.
2. məc. İctimai mövqeyini, əhəmiyyətini, nüfuzunu, hörmətini artırmaq, yüksəltmək. Alicənab hərəkəti cəmiyyətin nəzərində onu xeyli ucaltmışdır.
– Meydana buraxdığın böylə şah əsərlərlə; Ucaldırsan ölkəmin şöhrətini, şanını.
3. Gücləndirmək, yuxarı qaldırmaq, zilləşdirmək (səs haqqında).
Məmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı.
Salman kişi səsini getgedə ucaldırdı.