UCUZ

sif.
1. Az pula satılan, qiyməti aşağı olan, dəyəri baha olmayan (baha ziddi). Ucuz palto. Ucuz parça. Ucuz enerji.
– Ucuz ətin şorbası olmaz. (Məsəl).
Söz yox, ulaq atdan yaxşıdır.
Əvvələn, ondan ötrü, ulaq atdan ucuzdu. C.Məmmədquluzadə.
Burada nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən.
İndi o qədər ov tüfəngi var ki, özü də qiymətdə ucuz. M.Rzaquluzadə.

// Zərf mənasında.
[Cavad ağa:] Taxılı ucuz buraxın, çox buraxın, çörək də ucuz olsun. M.S.Ordubadi.
Malı ucuz alıb, baha satanlar; Dəllaldır, onları cilovlayaq biz. B.Vahabzadə.

2. məc. Zəhmətsiz, əziyyətsiz, asanlıqla əldə edilən (başa gələn). Ucuz şöhrət ardınca qaçmaq. Ucuz qazanc.
[Leyla:] De ki, üz döndərib məhəbbətimdən; Ucuz şöhrətlərə əyilmərəm mən! B.Vahabzadə.

// məc. Heç bir qiyməti, dəyəri olmayan; dəyərsiz, əhəmiyyətsiz, boş, bayağı. Ucuz söhbətlər.
– Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan; Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. S.Vurğun.

◊ Ucuz başa gəlmək (oturmaq) – zəhmətsiz, əziyyətsiz, asanlıqla başa gəlmək, əldə edilmək.
Lakin Əmir Həşəməti və onun təşkilatını dağıtmaq təşəbbüsü çar konsuluna ucuz oturmadı. M.S.Ordubadi.

Ucuz qurtarmaq – xoşagəlməz, yaxud xətərli bir işdən, hadisədən çox asanlıqla, başına bir iş gəlmədən qurtarmaq.
Ucuz olmaq məc. – qiymətdən düşmək, yüngül olmaq, hörmətdən düşmək, heysiyyətini, mənliyini itirmək.
Təmkini cünunə qılma təbdil; Qızsan, ucuz olma, qədrini bil! Füzuli.

Ucuz tutmaq – əhəmiyyət verməmək, saymazlıq göstərmək, qiymətləndirməmək. Onun sözlərini ucuz tutma.
– Görəsən vicdanı salırmı yada; Eşqin mənasını ucuz tutanlar?! S.Vurğun.
[Şərəfoğlu:] Haqq-sayı, yoldaşlığı, dostluğu da belə ucuz tutmaq olar? M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UCUZ duzsuz — bayağı — şit
  • UCUZ yüngül — əlverişli
  • UCUZ qiymətsiz — dəyərsiz — əhəmiyyətsiz — boş
  • UCUZ UCUZ (qiyməti az) Çox ucuz qiymətə hər şey satıram; Ay alan! Məmləkəti-rey satıram! (M.Ə.Sabir); DƏYƏR-DƏYMƏZİNƏ [Əkiz:] Hor halda, o, bənnadır; Evin

Antonimlər (əks mənalı sözlər)

  • UCUZ UCUZ – BAHA Lap ucuz verirəm, al, baha qiymətə sat (S.Vəliyev). UCUZ – BAHALI Artezian quyusu həm ucuz başa gələr, həm də həmişəlikdir (Ə
UCUŞİŞ
UCUZCA
OBASTAN VİKİ
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. == Tarixi == Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.

Digər lüğətlərdə