1. nida Qorxu, həyəcan, təəssüf, kədər, ağrı, təəccüb, fərəh kimi hissləri ifadə edir.
Vay, yazıq! Vay, ilana bax! – Vay, kim, əğyar ilən ol yar həmdəmdir yenə.
[Ziba xanım:] Vay, yad kişinin səsi gəlir; vay, indicə qapıdan girəcəkdir.
// Yenə yuxarıdakı mənalarda olaraq, müxtəlif tərkiblər daxilində işlənir.
Vay, dədəm, vay! Vay, mənim başım! Vay, mənim günümə! – [Şölə xanım:] Vay, dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında gizlən.
Amma vay bizim arvadlarımızın gününə, şah Təhmasın vaxtında geyilən paltarı indi də geyirlər.
// Bəzən təkrar şəklində işlənir: vay-vay, vay-vay-vay.
Qorxuram Zakiri hicrin qəmi bir halə sala; Görən adəm deyə vay-vay, budu divanə gəlir.
Vay-vay, nə yaman müşkülə düşdü işim, Allah!
[Arvad:] Vay-vay-vay! A kişi, bu nə üstbaşdır, bu nə əl-ayaqdır, əşi, qoşunkeşdidən, davadan gəlirsən nədir?
□ Vay salmaq, vay-şivən salmaq (qoparmaq) – qışqırıq salmaq, çığırmaq, fəryad etmək, şivən qoparmaq.
Cənnət xanım dizlərinə çırpıb vay-şivən saldı.
Vayını vermək – cəzalandırmaq, döymək, əzişdirmək və s.
[Güldəstə:] Sən neçin qaçırsan, … axtarar, tapar, vayını verər.
2. is. Yas, ölü yeri, yaxud müsibət, bədbəxtlik mənasında.
Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa.
Vayımı yar eşidib, vay, könül, söylədi kim; Seyyidim çoxdan ölübdür, bu onun vayı deyil.
[Vaqif:] Bizdə hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur.