WATER-POLO

n id. vaterpolo, su polosu (suda oynanılan top oyunu)

WATER-POINT
WATER-POWER
OBASTAN VİKİ
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Iranda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. == Çin səfəri == XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
Polo Sərkan (Qürvə)
Polo Sərkan (fars. پلوسركان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 354 nəfər yaşayır (89 ailə). Əhalisini kürdlər təşkil edir.
Marko Polo (teleserial, 2014)
Marko Polo — venesiyalı səyyah Marko Polonun Monqol imperiyasının, xüsusilə Yuan dövlətinin böyük hökmdarı olan Xubilay xanın sarayındakı ilk illəri haqqında çəkilmiş ABŞ televiziya serialı. Şou 12 dekabr 2014-cü ildə "Netflix"də başlayıb. Seriyaların ssenarist və yaradıcısı Con Fuskodur və baş rolda Lorenzo Riçelmidir. İstehsalçı şirkət "Weinstein" kompaniyasıdır. 2015-ci il yanvarın 7-də "Netflix" serialı 10 seriyalıq ikinci sezon üçün uzatmışdır. == İstehsal == Serialın çəkilməsi ilk olaraq "Starz"da başladı. "Starz" 2012-ci ilin yanvarından seriyaların çəkilməsinə başladı. Çində serialın çəkilməsinə cəhd uğursuz alınanda proyekt "Weinstein" şirkətinə geri verildi. Neftliks 90 milyon dollar xərclə 10 seriyalıq sezon çəkdi. Proyekt 2014-cü ilin yanvarında "Netflix" kanalında rəsmi olaraq elan edildi.
Nikkolo və Maffeo Polo
Nikkolo (1230 — 1294) və Maffeo (1230 — 1309) Polo — Marko Polonun, müvafiq olaraq, atası və əmisi, venesiyalı tacir və səyyahlar. XIII əsrin sonlarında yazılan "Marko Polonun səyahəti" və yaxud "Dünyanın rəngarəngliyi barədə kitab" dünya tarixində əsas yazılı mənbələrdən biri sayılır. Bu əsər Böyük coğrafi səyahətlərin ilham mənbəyi sayılırdı. Deyilənə görə, hətta Xristofor Kolumb Hindistana yeni dəniz yolu axtararkən gəmisində bu kitabı saxlayırmış. Lakin bu dəfə alimlər italyan səyyahı yalanda ittiham etdilər. XIII əsrin ikinci yarısında Markonun vətəni Venesiya Avropanın ən inkişaf etmiş, ən zəngin və ən mədəni şəhəri idi. Markonun dünyaya gəlməsindən yarım əsir öncə, 1204-cü ildə Venesiya Respublikasının qəddar və hiyləgər doju Enriko Dandolo səlibçilərin əli ilə öz rəqibi – Bizansı məğlub etmiş və Şərqə yeni ticarət marşrutları açmışdı. Bu zaman iki tacir qardaş Nikkolo və Maffeo Pololar Konstantinopola yollanır və bir müddət burada qalırlar. Lakin 1261-ci ildə pravoslav bizanslılar birləşərək öz paytaxtlarını işğalçı katoliklərin əlindən qurtardılar və Polo qardaşları Qızıl Ordaya, oradan isə Orta Asiya vasitəsilə Çinə yola düşdülər. Monqol xanı Qubilay xanın sarayına səfir kimi gələn qardaşlar xan tərəfindən hörmətlə qarşılanırlar.