Ağvan — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur.
Ağvan | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | |
Mənsəbi | Qarqarçay |
Mənbəyini Çınqıldağın yamacından alır. Yerli əhalinin dilində Alvançay variantında işlənir. Keçmişdə Şuşa rayonunun Malıbəyli kəndi ərazisində Ağvan adlı yaşayış məntəqəsi də olmuşdur. Etnotoponimdir. Ağvanlar Azərbaycanın qədim türk mənşəli tayfalarından biri olmuşdur.[1]